Ölüm məni nişan alır,Gündə neçə dəfə.Bir nakamın,Bir bikəsinÖmründə neçə dəfə.Ölüm məni nişan alır,Vədəsiz tökülən yarpaq görəndə,Atasız doğulan uşaq görəndə.Tənqid qələmində qurum olanda,Qəbul zallarında – «Rəis məşğuldur»Yalanı qrim olanda.Ölüm məni nişan alır,Təbrik çələngindəTəmənna varsa.Alqış ahəngindəEyham eşitdirən bir məna varsa...Görünür, məniÖldürən qədər dəYaşadan var!Yoxsa bu qədər ölüm olar?..

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Death