Meymuna əl çalmaq öyrədən uşaq
Meymuna əl çalmaq öyrətmə, balaO bir gün özünü oyada bilər.İnsan dünyasından əl çala-çalaHeyvan dünyasına qayıda bilər.
Yığılar başına dost-tanışları,Hər ağız açana əl çalar qonaq.Sonra bu vərdişə uyan başlarıAğıllı başlardan kim ayıracaq?!
Ədalı başçılar qızar-qızınar,Meymun da meymuna alçalar indi.Daş üstə kəkliyi didən quzğuna,Daş atan meymunlar əl çalar indi.
Meymuna əl çalmaq öyrətmə, bala,Uşaqsan, bu ağır bir dərddi bəlkə,Palıd yarpaqları əl çala-çalaPalıda əyilmək öyrətdi bəlkə.
Gərnəşər ağac da, daş da, qala da,Tülkülər, dovşanlar xoşlar bu dəbi.Tikilər fillərə yaxın talada,Çəpik qərargahı, alqış məktəbi.
Nə pisdi, bu səsə qatıb səsini,Gəvəzə qarğalar tərif yazsalar.Meymun vərdişini, meymun dərsini,Ayı təlimçilər oğurlasalar...
Arı balsız qalar, qarışqa dənsiz,Vaxt tapmaz ot çala çəpik çalanlar.Çətin ki, yorulsun, səbri tükənsin,Meymuna əl çalmaq öyrətmə, bala!
Köhnə duruşunda baxar dağ-dağa,Dağ qonşu ucaya, uca dağ deyər.Meymun küllüyündə sülək sağsağan,Qanad çalmağına əl çalmaq deyər.
Birdən əl çalmağa şir payı – şillə!Meymunlar meymunluq eləsə, – azdı.Birdən bu çəpiyə şirniksə şirlər...Bir meşə qoşula bu səsə – azdı.Yaxşıya yamanlıq öyrətmə, bala!Öyrətmə, meymunu, öyrətmə, bala!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-araz-meymuna-el-calmaq-oyreden-usaq
Use ← → keys to move, R for a random poem
More by this author
İnsandan insana körpümüz sınıb,Ya rəbbim, hamımız sənə sığınıb.
Ata millət, ana millət, ağlamaPəncərəni külək döyüb ağlasa,Eyvanına quşlar qonub ağlasa,
Bizi Vətən çağırır!İndi bizim ölümlə,Çarpışan çağımızdı.
Əsgər oğul«İgid əsgər, möhkəm dayan».*Ş.Əlizamanlının oxuduğu mahnıdan.*
Poems by other poets
Neylmişdim sənə, ey çərxi-gərdunBizim ilə düşübsən inadə, fələk
BağışlaQul xətasız olmaz, ağa, kərəmsiz,Ağa, məni o Mövlaya bağışla,
Cahan bağında, ey bulbul, Nigari kimi yar olmazCahan bağında, ey bulbul, Nigari kimi yar olmaz,Mənim tək sinəsi gul-gul bulunmaz, dağidar olmaz.
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm