Nə yaxşı bu boyda qızıl deyilsən,Adicə qayasan,Adicə daşsan.Minlərin gözündən gilələnib sənBirinin boynundan asılmamısan.

Kürəyin söykəli nəhəng bir dağa,Bir bulaq nəğməsi başlar dibindən.Şöhrət aparmadın özgə torpağaFateh xurcununda,Oğru cibində.

Qocadan qocasan, cavandan cavan,Döşündə ildırım nərəsi sınar.Sellər yedəkləyən, küləklər çapanİgidlər son anda sənə sığınar.

Qızıldır vətənsiz gələn dünyaya,Qızıldır hər üzə irişən qadın,Nə qədər xoşbəxtsən, a Qızıl qaya,Bu boyda daş oldun,Qızıl olmadın.

Qızıl tabaqlarda qızıl badələrQızıl qan daşıdı həris şahlara.Sən boyda qızıl da azlıq edərdiXəzinə içində ac tamahlara.

Başında sızıldar səhər yelləri.Dibində qaqqıldar urun, kəkliyin.Sinənin mamırsız, hamar yerləriDağ kəli yalayan yerlərdi yəqin.

Nə yaxşı lal oldu bu boyda yalan,Riyalar, məkrlər çovğuna düşdü.Nə qədər qan-qada, nə qədər talanYarğana tuşlandı,Uçruma düşdü.

Qızıl söz ələyər dindirsən əgər.Vüqarı əyilməz,Özülü möhkəm:Qızıl qayaları belə görüblər,Bizim qayaları belə görmüşəm...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets