Bir də keçməyəcək ələ bu anlar
Ömrümüz günlənər, günlər aylanar,Qış yaza qovuşar, yaz da yaylanar,Dağlara gün düşər bulaq çaylanar.Arzu qızmarında coşan könüldü,Torpaq da toxumdu, qönçədə güldü,Açılmaq istəyir hələ bu anlar,Bir də keçməyəcək ələ bu anlar!
Çəkil, ey gözümün düşməni yatmaqÇalışıb gecəni gündüzə qatmaq,Gündüzü bir az da çəkib uzatmaq...Kim deyir arzusu Arazdı,Kürdü,Elə gecələr də yarı ömürdü.Əsnəyə-əsnəyə baxar yollaraTəpələr qaşında qabir-limanlar:Ay ana döşündən süd əmən uşaq,Ay ilk sevdasına yol gedən cavan,Ay uzaq səfərdən qayıdan qoca,Bir də keçməyəcək ələ bu anlar.
Gəzər taleyində bahtın əlləri,Zaman saçlarında sırsıra bağlar.Dönər budaqlara ömrün illəri-Asılar çiynindən oğul-uşaqlar,Çıxsa da yoluna dərələr, diklər,İlk eşqin odunu yadında saxla;Kərəmə neyləyər qarlı gədiklərƏsli sevgisidir, Lələ, bu anlar,-Bir də kəçməyəcək ələ bu anlar.
O taydan yüksələn “Arazbarı”dır,Keçə bilmiyirik Araz, barıdır.Gör neçə həsrətin Araz barıdır,Çaya bax suyunda dağlayır bizi,Alıb kəməndinə saxlayır biziTikanlı məftildən tələ bu anlar,
Bir də keçməyəcək ələ bu anlar.
Bu sənin ömrünün Koroğlu dövrü,Bu sənin ömrünün Babək çağları.Durub əlverişli məqam gəzirsən.İgitlik zamana, vaxta baxmayır,Taleyə, qismətə, baxta baxmayır,Külək də söndürməz gur ocaqları.Yatma o vəzifə xumarlığında-Nə verib gəlişin obaya, elə?Bir gün çırpınarsan vaxt darlığında.Əlinə keçdmi vaxtı mum elə,Sənin əlindədir hələ bu anlar,Bir də keçməyəcək ələ bu anlar!
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-ismayil-bir-de-kecmeyecek-ele-bu-anlar
Use ← → keys to move, R for a random poem