Düşüb aralığa həftələr, aylarQalmısan ömrümün ötən ilində.Bir həsrət sinəmdən səni haraylarMuhəbbət, sadaqət, sevgi dilində.

Bir eşqin uğursuz qədəmi kimiDemə aramızı soyudacağam.Limana qayıdan bir gəmi kimiTəzədən mən sənə qayıdacağam.

Şöhrətdən gözümə gur ışıq düşübElə bilmişəm ki, yenilməz dağam.Bircə xəyalına gətir sən məniFikrim də, yolum da dolaşıq düşüb,-Həmişə narahat edirsən məni.Kimi oyatmamış de həsrət, kimi-Anadan olduğum doğma kənd kimi,Təzədən mən sənə qayıdacağam.

Yolundan, qəlbindən, yadından çıxıbHaçansa mən səndən buxarlanmışam.Eşqin alovundan, odundan çıxıbDolan bulud kimi quharlanmışam.Bir çılğın şimşəyə bəndəm ki, yağam,-Quraqlığa yağan yağışlar kimi,Nifrəti soyumuş baxışlar kimi,Təzədən mən sənə qayıdacağam.

Demə ki, ay-aydan, il ildən keçib;Hicranın görüşlə bağrını yarıb,Döyüb könülləri, ünvan axtarıb,Neçə gözdən keçib, könüldən keçibHələ xoş duyğular oyadacağam.Duyub gileyini, duyub ərkini,Ünvanı səhv düşən bir məktub kimiTəzədən mən sənə qayıdacağam.

Surətin—gözümdən çəkilən yuxu,Bulud kipriklərin yağışla dolu.Mənim bu gecikmiş peşimanlığımHəyat yollarında bələtçim olub.

Bu yeni fərəhlə,fikirlə,hisləElə bilirəm ki, körpə uşağam.Ayların, illərin uzaqlığındanSinəmə saldığın çığırla, izləTəzədən mən sənə qayıdacağam,Təzədən mən sənə qayıdacağam!!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets