Ərəb qızı, eşitmişdimZaman-zaman söhbətini,Nazlı afət, görməmişdimAncaq gözəl surətini.

Sən keçəndə ceyran kimiMümkünmüdür dayanmamaq?Seyr etməmək qamətini.Sevinclərə boyanmamaq?

Nə insafsız olmuş qədimİnsanlar, ay ərəb qızı?Sənə heyran ikən günəş,Ulduzlar, ay, ərəb qızı.

Çürütdülər həyatınıDörd divarın arasında.Yuva saldı gizli həsrətGözlərinin qarasında.

Cəfa çəkdin zaman-zamanAh, nə qədər ağ etdilər.Qız doğanda yer üzünəSəni daşqalaq etdilər.

Heykəltəraş yonmalıykənQranitdən heykəlini,Azadlıqdan elədilərMəhrum ərəb gözəlini.

Getdi o çağ, getdi o dəm,Ərəb qızı, indi sənəHeyran olur bütün aləm.

Dayan, baxım camalına;Üz döndərib yan durma, gəl,Qahirənin qonağınıAteşlərə yandırma, gəl.

Azər oğlu alovludur,Sən də salma od canına,Bu qaydadır hörmət elərEv sahibi mehmanına.

Ərəb qızı, axma desənBir sözünlə Nil dayanar.Səndən alıb şöləsiniÇilçıraqlar eldə yanar.Bəsrə, 1960

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets