Qaranlıq çökəndə, gələndə axşam,Anam otaqlarda alışdırdı şam.

Dedim ki: “ay ana, işıqlar yanır,Ətraf gündüz kimi nura boyanır.Söylə yandırdığın bu şamlar nədir?Dedi: mehribanım, əziz gecədir.Axı ildə bu vaxt şam yandırarlar.Bizə qonaq gəlir sevimli bahar!Bayram axşamıdır, el adətidir,İşıq səadətin əlamətidir!”Bu gecə göydə də yanır çox ulduz...Gözümdə canlandı xoşladığım qız,Yandıra bilsəydim əgər onun mənKönül otağında məhəbbətimdənBalaca bir işıq, balaca bir şam,O günü sayardım sevimli bayram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets