Ağ kağız kimidir qız, mərmər sinən,Sən məgər dağlarda qarsan, a zalım?Nə bir uf demərəm, nə də bir aman,Xəncərlə bağrımı yarsan, a zalım!

Sənsən aşiqlərin fikri, xəyalı,Gecələr mat qoyur hüsnün hilalı.Olmaz sevənlərin dərdi, məlalı;Sən ki, bu hüsnilə varsan, a zalım!

Ay ellər gözəli alagöz pəri!Şairin dilinin sənsən əzbəri.Hüsnünü vəsf edir havaxdan bəriSən məgər Rahimə yarsan, a zalım?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love