Qara gözlər
Musiqisi C.Cahangirovundur
Məndən ayrı gəzən yardan,Ürəyimi üzən yardan,Kəklik kimi süzən yardanKönül gəlmiş zara gözlər,Qara gözlər, qara gözlər.
Adım dildən-dilə düşdü,Sona vurdum, gölə düşdü,Məcnun kimi çölə düşdüKönül oldu yara, gözlər;Qara gözlər, qara gözlər.
Yarın nazlı baxışları,Şimşək kimi çaxışları,Sular kimi axışlarıÇəkdi məni dara, gözlər.Qara gözlər, qara gözlər.
İnsaf elə, mürvət elə,Dərmanımı şərbət elə.Bu dərd ilə, möhnət iləKönül oldu para, gözlər,Qara gözlər, qara gözlər.
Dağlarda yer əsər, gedər,Söz qılıncdır kəsər, gedər,Hay deməmiş küsər, gedər,Neyləmişəm yara, gözlər?Qara gözlər, qara gözlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmed-rahim-qara-gozler
Use ← → keys to move, R for a random poem
More by this author
Mən səni axtarıram, gözlərim çəməndədir.Mən səni axtarıram, çünki bahar səndədir.
Həsən bəy zərdabiyəÇox ulduzlar doğur göydə,Parıldayır zaman-zaman.
ÖlümO gün yaxın dostumu əbədi yola saldım,Qayıdıb evə gəldim həyəcanlı, təlaşlı.
Bülbül vəfalıdırmıDeyirlər ki, bizim bu sarı bülbül,Güllü bağçalara vermişdir könül.
Poems by other poets · Love
Salma bu qəra zülfünü rüxsarə, amandır,Tapşırmagilən Kəbəni küffarə, amandır.
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür
Soğan acısıSoğan soya-soya ağlayan qadın,ömrün soğan kimi acıdı, acı.