Nə qızılgül deyim adına əsla,Nə də oxşatmayım reyhanə səni.Nə mən atəşinə yanıb kül ollam,Nə görmək istərəm pərvanə səni.

Şöhrətin dolanır ağızda, dildə,Əməlin gül açır sadə könüldə.Səadət beşiyi bizim bu eldəAzad yetişdirib zəmanə səni.

Bahar səninkidir, çiçək sənindir,Xoş arzu, şən duyğu, dilək sənindir.Rahimin dövləti – ürək sənindir,İzin ver çağırım cananə – səni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring