Axşam yanıb alovlara,Düşər dara, pərvanələr.Öz dərdinə nə zamandırTapmaz çarə pərvanələr.

Aşiq olub, gəlməz dilə,Eşq odunda dönər külə.Qurban gedər şəmə beləBaxtı qara pərvanələr.

Nə hünərdir, nə də cürətAlovlanmaq bir yol fəqət.Yüz dəfə yandım gülsifətBir nigara, pərvanələr!

Səməndərəm şölə çıraq.Dildarımdan aldım soraq.Rahim qurban bir al yanaqNazlı yara, pərvanələr.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love