Allaha şükür olsun ki, axırı Bakıda da əmin-amanlıq bərqərar oldu. Doğrudan da, mən həmişə Bakının işlərini eşidəndə xarab olardım: həqiqət, bu qədər bədbəxtlik, bu qədər zülm və fəsad ki, Bakıda üz verirdi, heç bir yanda olmayan və eşidilməyən bir iş idi: gün olmazdı ki, küçə və bacada adam ölməsin, adam yaralanmasın, adam oğurlanmasın, heç kəs cürət eləyib küçəyə çıxa bilmirdi. Millətlər içində biabır olmuşduq. Xülasə, indi Allaha min şükürlər olsun ki, bunların hamısı bir günün içində götürüldü. Xudayi-taala dərgahından istədiyim budur ki, şəhər rəislərimizin və idarə üzvlərinin və cəmi şəhər rişsəfidlərinin bir neçəsinin ömrünü tulani eləsin.

Vaqeən, insan fikirləşdikcə şad olur, düşündükcə qəmgin olur, qüssə etdikcə sevinir və sevindikcə az qalır ki, insan dəli-divanə olsun və bunların hamısı keçəndən sonra adamın ruhu şad olur.

Allah baislərin ruhunu şad eləsin! Genə şükür olsun Allaha ki, işlərin axırı xeyir oldu. İndi Bakıda o qədər sakitlikdir ki, o qədər rahatlıqdır ki, o qədər arxayınlıqdır ki, əhali qurd-quzu kimi otlayırlar, necə ki, Məşədi Çijimqulu deyib:

Sirqətə qətlə, qəbih işlərə eyləndi əlac,
Qəmə, qəddarə, karastular olundu ixrac,
Bakıda əmin-amanlıq yenidən tapdı rəvac,
Bədnəzərdən bizi hifz eylə, xudaya, mən ölüm.

Malades bakılılar gör necə bidad elədi,
Afərin onlara, şəhri əcəb abad elədi,
Qorxudan qəmli olan qəlbləri şad elədi,
Bədnəzərdən bizi hifz eylə, xudaya, mən ölüm.

Dəli

“Molla Nəsrəddin”, 8 mart 1909, №10

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Dili tutulub

Göyçay şkolasında iki yüz şagirdin çoxu müsəlmandır. Bununla belə elmi-ilahi müəllimi ayda səkkiz manat on dörd şahı üç qəpik məvacib alır: yəni müsəlman uşaqlarına ayda səkkiz manat bir neçə qəpiklik dərs verir.Bəzi külfətdə uşaqların biri gözüac olar, anası balalarına aş bişirib paylayanda bu gözüac uşaq hələ payını yeyib qurtarmamış elə hay deyər:

2 min
Şükür

Bir şey yadıma düşdü: keçən həftə müsəlman qəzetlərində yazılmışdı ki, İrəvan şəhərində bir möhtərəm və dövlətmənd şəxs vəfat edib. Mərhumun adını da yazmışdılar, amma mənim yadımda deyil. Yazmışdılar ki, İrəvan camaatının beli qırıldı; çünki mərhum çox şikəstə-nəfs bir adam idi. Yazmışdılar ki, İrəvan müsəlmanları üçün mərhumun ölməyi bir böyük bədbəxtçilikdir; o səbəbə ki, bu vücud çox səlamət və özgə ilə işi olmayan sakit bir vücud idi. Bir də yazılmışdı ki, mərhum millətin cibindən getdi; çünki mərhum dövlətli mülkədarlardan hesab olunardı və cibində həmişə çox pulu olardı. Müxbir cənabları bu xəbəri yazandan sonra, axırda bunu yazmışdı ki: “inna lillahi və inna ileyhi raciun”.Həqiqət, bu xəbər cəmi müsəlman şəhərlərində xalq arasında bir vəlvələ saldı. Çox danışıqlar oldu və yenə olmaqdadır.

3 min
Ruhanilər yığıncağı

İndi mən bu sözləri yazıram və bilmirəm ki, mənim bu sözlərimi oxuyan başa düşəcəkmi ki, nə yazıram və nə deyirəm, yainki başa düşməyəcək. Bunu hamı bilir ki, müsəlmanca oxumaq və qanmaq bir hünərdir. Əvvələn, o hürufat ilə ki, biz yazırıq, onu oxumaq çətin məsələdir. Bu barədə çox danışmışıq. Hazır bu yazdığım “danışmışıq” kəlməsinin onbeş nöqtəsinin biri artıq-əskik düşsə, oxumağı çətin olacaq. Vay bizim halımıza, vay mürəttiblərimizin gününə, heyif oxucularımızın gözlərinin işığına.Hələ bu belə.

2 min
İdarədən

Möhtərəm oxucularımıza məlumdur ki, jurnalımız iki il dayanıb çıxmır.Burada iki mətləb var ki, oxucularımız əlbəttə onu bilmək istəyəcəklər: biri jurnalın dayanmağının səbəbi, biri də budur ki, aya, bu iki ilin müddətində ki, jurnal çıxmırdı, bəs, mən Molla Nəsrəddin harada idim və nə işlə məşğul idim, ya bəlkə bikar gəzib dolanırdım, ya ki, müftəcə yeyib yatırdım?

7 min

Poems by other poets · Satire