Bikarlar bayramı
Məhərrəm ayı yetişdi. Məscidlər yavaş-yavaş dolacaq, sinələrin düymələri açılacaq, papaqlar başlardan götürüləcək, bitlər hərəkətə gələcək, keçəllərə hava dəyəcək, arvadlar töküləcəklər küsə və məscidə, uşaqlar doluşacaqlar qəndab təştinin ətrafına və ağlayıb qəndab istəyəcəklər. Məscid müdirləri keçəl başlarını qaşıyandan sonra çirkli əlləri ilə stəkanı uzadacaqlar qəndabın içinə və doldurub verəcəklər uşaqlara. Uşaq da başını təştin içinə tutub qəndabın yarısını içəcək, yarısını da ağzının yanından qaytarıb tökəcək yenə təştin içinə.
Bu heyndə xəbər gələcək ki, “ədə, çəkil, çəkil, dəstə gəlir!” Qabaqdan bir şəxs – ağ köynək, bir əlində xəncər, bir əlində kağız oxuya-oxuya gəlir. Bunun dalınca bir dəstə adam – ağ köynək, əllərində xəncər, sinələri açıq, oxuya-oxuya sinə vururlar.
Hər dəm gələr fəğani dili-zarim, ağlaram.
Soldu xəzani-zülm ilə gülzarim, ağlaram.
Bunların dalınca üç-dörd yüz camaat ağlaya-ağlaya gəlir.
Qabaqda gələn və sinəzən oxuyan şəxsi mən tanıyıram. Bunun adı Məşədi Səfər Quludur. İki il bundan qabaq bu adam bəzzaz Hacı Əlinin dükanından iki top çit oğurlamışdı və miravoy sudya buna ay yarım dustaq kəsmişdi.
Məşədi Səfər Qulunun dəstəsində olan adamları da tanıyıram: bunların biri Kərbəlayı Heydərdir ki, bir neçə ay bundan qabaq öz dostu Kərbəlayı Cəfərin doqquz yaşında oğlu Zeynalı xəlvət bir yerdə bihörmət eləmək istəmişdi. Allah rast salmışdı ki, gəlib uşağı namərdin əlindən xilas eləmişdilər.
Dəstədə olan adamların biri Mir Qasımdır ki, doğma bacısı Səkinənin malını yemək qəsdi ilə saxta kağız düzəltmişdi. İl yarım dustaq olandan sonra qurtarıb gəldi və başladı evlərdə mərsiyə oxumağa.
Xülasə, bu dəstədə bir müsəlman görmürəm ki, ondan bir haramzadalıq və xəyanət baş verməmiş ola.
Bəli, sinəzən oxunur:
Hər məclisi-əzadə məni-zarü binəva
Ta var dilimdə qüvvəti-göftarim, ağlaram.
İndi hər kəs məndən soruşsa ki, “niyə ağlayırsan?” – cavab verərəm ki:
– Ağlamağımın səbəbi, ağlamağımın səbəbi, ağlamağımın səbəbi…
Səbəbi budur ki, belə insanların içində yaşamağa məcbur oluram və bir çarəm də yoxdur.
Müsəlman qardaşlardan da təvəqqə edirəm ki, həmişə məsciddə yağlı başlarına döyüb ağlayanda və birisi bunların ağlamağının səbəbini soruşanda belə cavab versinlər:
Desinlər ki, biz ağlayırıq ona ki, dünyada hər bir millətin içində quldur söhbəti düşəndə – Qafqaz müsəlmanları yada düşür.
Biz ona ağlayırıq ki, dosta və qardaşa xəyanət etməkdə, haramzadalıqda, namərdlikdə və anamızın əmcəklərini kəsməkdə biz Qafqaz müsəlmanları dünya və aləmə dərs verə bilərik.
İndi də yığışmışıq məscidə və başımıza döyüb oxuyuruq:
Bəzmi-visaldən məni saldı fəraqə çərx,
Qaldı qiyami-məhşərə didarim, ağlaram.
Yəni Tiflisə yolum düşəndə orada bir urus uşağı gördüm. Ax! Ax!.. Dəxi olub gedib; elə bir “mal” bir də görə bilməyəcəyəm.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 13 dekabr 1909, №50
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-bikarlar-bayrami
Use ← → keys to move, R for a random poem
More by this author
Möhtərəm oxucularımıza məlumdur ki, iki il yarımdır Avropa padşahları iki dəstə olub bir-birilə dava meydanına çıxıblar və həmin müharibə başlanandan sonra qalan hökumətlərin bir neçəsi öz məsləhətini mülahizə eləyib həmin davada iştirak eləyiblər ki, ibarət olsun Bolğardan, İtaliyadan və qeyrilərindən (hamısını saymaqla istəmirəm məqaləni uzadam; çünki bu söhbətlər hamıya məlumdur). Amma hökumətlərin bir neçəsi də yenə öz məsləhətinə baxıb özlərini bitərəf saxladılar və həmin bitərəf qalan hökumətlərə də “neytralni” ad qoydular. Bu sözün mənasını aşağıda məqalənin axırında bəyan edərik və indi hələ söhbətimizdə olaq.Bəli, öz məsləhətlərini yoxlayıb bitərəf qalan hökumətlər bunlardır: Şvetsiya, Norvegiya, İran (yəni elə bilirəm bəsdir; çünki indi bu mətləbi də bilməyən heç yoxdur).
ŞorBir əhvalat var ki, heç mənim yadımdan çıxmır. Əhvalat budur ki, keçən il Ağdaşdan Tiflisə gürcü qəzetlərinin birinə rusca bir teleqraf çəkilmişdi. Teleqrafı göndərən bir müsəlman qardaş idi ki, adı yadımdan çıxıbdır (yəni adında bir iş yoxdur). Teleqrafın məzmunu belə idi: mən flankəs pasxa bayramı münasibətilə cəmi gürcü qardaşlarımı təbrik edirəm. Bu teleqrafın mənası budur ki, mən, yəni Ağdaşda flan müsəlman qardaş ancaq gürcü qardaşlara mübarəkbadlıq göndərirəm, yoxsa rus və erməni qardaş [.. . ]; amma doğrusu məhəbbətin şiddətindən dəxi gürcü qardaşdan savayı bir özgə qardaş yadıma düşmür.Çox gözəl! Amma bildirdən bu teleqraf heç mənim yadımdan çıxmır və çıxmamağın da səbəbi budur ki, mən bildir bu teleqrafı oxuyanda bir şey nəzərimə gəldi. Mənim nəzərimə gəldi ki, müsəlman qardaşın, deyəsən, məhəbbəti o dərəcədə cuşa gəlib ki, teleqrafın duzunu artıq salıb; o qədər artıq salıb ki, qır duz olub.
Müftilik məsələsiİndi ortalıqda bir əhəmiyyətli məsələ var ki, Qafqaz müsəlmanlarını məşğul edir və gərək də etsin. O – müftilik məsələsidir. Bu məsələ təzə deyil, köhnədir; ancaq mərhum müftinin vəfatı bu məsələni ortalığa gətirir.On il bundan qabaq Qafqaz müsəlmanlarına bir yüngül vədə verilmişdi ki, bundan sonra müfti və şeyxül-islamın təyini müsəlmanların öz intixabı ilə əmələ gəlsin. Amma o vaxtın danışıqlarının axırı bir yana çıxmayan kimi, seçki məsələsi də yavaş-yavaş yaddan çıxdı. İndi haman məsələ yenə ortalığa gəlir.
MübarəkbadlıqRusiya hökumətinin dəyişilməyi bu saat dünya və aləmə məlumdur.Rəvayətin müxtəsəri budur ki, neçə müddətdən bəri bir dəstə zalım bir yerə cəm olub və özlərinə bir başçı qərar verib minmişdilər camaatın boynuna və nəfəs almağa da izn vermirdilər. Axırda elə oldu ki, məzlumların ahü-naləsi ərşə qalxdı.
Poems by other poets · Satire
Sən özün bir sənəlik dövrünü bayram elədin,Qoyduğun bid’ətə ancaq bizi bədnam elədin.
Səndən sonra, ey tagi-sər başımaMixail Petroviç Kolyubakinə*Səndən sonra, ey taci-sər, başıma
Övrət almaq, boşlamaq, övlada ad qoymaq kimiÖvrət almaq, boşlamaq, övlada ad qoymaq kimiNəsnələrdən ücrət almaqçın Qazan mollaları
Halın necədirAy Baba, söylə görüm, indiki halın necədir?Millətin halı üçün fikrü xəyalın necədir?