Dəllək
... nski küçədə Qarı nəvəsi Cuqqulu dəllək dükanını açıb, bir azdan sonra dəllək dükanı da səhvən dönüb olub qumarxana. İmdi əgər Cuq¬qulu qumar oynatmasa, şətəl pulu cibindən çıxacaq. Əgər oynatsa, dəlləkliyi yaddan çıxacaq. Odur ki, həmi qumar oynadır, həmi baş qırxır. Deməli, hər barədə də qırxır.
(Hələlik qulaq verin)
Bir dəllək idim, qırxardım gündə beş-on baş,Dəllək dükanı özgəyə karxanəyə döndü.Hər nə qoçu var şəhrdə cəm oldu tamamiAxırda dükan zor qumarxanəyə döndü.
Dəlləkliyin heç yoxdu mənə xeyri əvvəldən,Bir başı yolunca düşür insan daha əldən,Lap üzdüm əlimi daha mən bu pis əməldən,Qırx altı manat pul yığım gündə şətəldən,Daxmam vurub axır yekə kaşanəyə döndü.
On beş il olar əvvəlki çəm ilə yoluram baş,Daim ac idim, tapmayır idim sulu bozbaş,İmdi çoxalıb pul, yeyirəm hər gecədə aş,Əvvəlcə qumarxanə açaydım dükanı kaş,Dəlləklik evim yıxdı ki, viranəyə döndü,Tikdim onu şimdi yekə kaşanəyə döndü.
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-dellek-seir
Use ← → keys to move, R for a random poem
More by this author
İngiltərə hökuməti ilə Şuralar ittifaqının pozuluşması təbiidir: necə ki, od ilə suyun yola getməməyi təbiidir.İndi oxucularımız bunu bilmək istəyəcəklər ki, bu iki tərəfin hansını biz od adlandırırıq və hansını su?
Yuxum gəlirGecələri yatmaq mümkün deyil, hava xeyli istiləşib, bu şoğərib taxtabitilər də bir yandan!..Bircə ümid yerim bəzi müdirlərin intizar otağıdır ki, yumşaq kreslo döşəyinin üstə oturursan ki, növbə gözləyəsən. Bircə burada canın rahat olur: çünki burada şoğərib taxtabiti olmur.
Qızdırma müalicəsiQızdırma bir yaman azardır ki, indiyədək ona bir yaxşı dərman tapa bilməyiblər.Doğrudur, qızdırmanı genə dərmanı ilə müalicə edirlər. Amma bir fayda bağışlamır.
Arvada gücləri çatırBizim qeyrətli cavanlarımız başlarını salıblar aşağı elə köhnə qayda ilə gedirlər: köhnə qayda budur ki, heç bir müsəlman arvadının ixtiyarı yoxdur kişilər ilə üzü açıq danışsın.Amma indi yeniyetmə qadınlarımız bu köhnə qaydanı pozmaq istəyirlər və nəinki yad kişilər ilə danışıb gülüşürlər, hələ bəlkə teatrlarda onlar ilə bir yerdə oynayırlar da.
Poems by other poets
Leyli camalını görəndə dilbər,Eylədi Məcnun tək divanə məni.
İləSalam və əleyküm, Çaylı İsmayılAxirət haqqını sədaqət ilə
Əzm eylə diyari-ŞirvanıƏzm eylə diyar-ı ŞirvanıQət eylə rəh-i Azərbaycanı
Saqiya, bir şur ilən gəl, şurləndir məclisiSaqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.