Qızdırma müalicəsi
Qızdırma bir yaman azardır ki, indiyədək ona bir yaxşı dərman tapa bilməyiblər.
Doğrudur, qızdırmanı genə dərmanı ilə müalicə edirlər. Amma bir fayda bağışlamır.
Axır vaxtda Ağdamda yeni təbiblər bir yeni dərman icad ediblər. O dərmanın adı “Alkoqoldur” ki, farsca ona şərab deyilir. Türkcə də qıcqırmış üzüm suyu deyilir.
Yeni doktorlarımızdan Xındırıstan həkimi ki, adı yadımdan çıxıbdır, bir məvacibdən ötrü gəlib Ağdama. Özü qızdırmalı imiş. Cibi də pulsuz. Pulsuzluğun dərdindən başlayıb şərab içməyə.
Bir də görüb ki, qızdırma-zad hamısı getdi işinə. Odur ki, qızdırması gəlməyə yavuqlaşan zaman vurub, lül olur. Qızdırmanın atasını yandırır.
Hələ güllücə həkimi də bundan dərs almağa başlayır. Görür ki, kolleqası vurmaq ilə qızdırmanı özündən rədd edir. Bu da başlayır şərab istemal etməyə (gecə və gündüz).
Amma Ağdam şəhərinin nizafət doktoru Cilinski daxi yaxşısını eləyir. O, baxıb görür ki, yoldaşları sərxoş olmaqla özlərini qızdırmadan qoruyurlar. Bu da gedir tiryəkxanaya və tiryəkçəkən məşədi və babilər ilə başlayır tiryək çəkməyə. Doktorun tanışları həkimi bu halda görüb, məzəmmət edirlər. Cavabında bu da belə deyir ki, onun tiryək istemal etməyi məhz elmi-təbabətə bir xidmətdir. Belə ki, bundan sonra cümlə cahan ətibbası biləcək ki, qızdırmanın yeganə dərmanı tiryəkdir.
Cırcırama
“Molla Nəsrəddin”, 23 iyun 1927-ci il, №26, səh.3
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-qizdirma-mualicesi
Use ← → keys to move, R for a random poem
More by this author
Üzümüzə gələn qış, yaz və yay fəsillərində əkin aləmi üçün çox böyük məsələlər meydana qoyulmalıdır və qəzetlərin yazmağına görə hökumət özü də həmin məsələlərə indidən baş qatmaqdadır.Bu mühüm məsələlər haman çəyirtgə, pambıq əkmək, kənd əhalisinə toxum paylamaq və əkin sularını abad bir yola qoymaq məsələləridir ki, biz bu barədə keçmiş nömrələrimizdə bir neçə dəfə işarələr eləmişik.
Heykəl açılışıBu noyabrın 17-də böyük bayram günü Azərbaycan türklərinin sevgili şairi Sabirə dikəlmiş heykəlin açılı oldu.Şəhərimizin anlaqlılarının çoxusu orada görsənirdilər.
Bir növ yazıçıLüğət kitablarımızın birində sözlər bu qaydada məna olunurlar. Məsələn:Som – bu bir növ balıqdır.
NöqtələrMüsəlman yazısının bu nöqtələri yazıq yazı yazanın başına bir bəladır.Elə söz var ki, ərəb hərfləri ilə o sözü yazanda gərək qırx dörd nöqtə qoyaq: yarısını üstdən, yarısını altdan.
Poems by other poets · Satire
Evdən çölə çıxmazdı əzəldən bizim arvad,Şura gələli çıxmış əməldən, bizim arvad.
Bir məclisdə on iki kişinin söhbətiVəkilHəqsizə həqli deyi, bir çox günahlara batmışam.
Röya deyilTuti, yaz bu sözü xalqa elə elan, mən ölüm,Hamı bilsin, ayılıb daxı müsəlman, mən ölüm!
ƏrizəNazimi – Ümurati-məmalik cənab general-leytenant knyaz Bebutov hüzuruna*Qarabağ vilayətinin Cavanşir uçastokunda Xındıristan kəndinin sakini Qasım bəy Əli bəy oğlu tərəfindən*