Diqqət etməli
Tiflisin müsəlman qəbiristanına gedən yolda müsəlman məhəlləsinin qurtaracağında haman məhəllə ilə qəbiristanın arasında olan darvazanın yanına axşam vaxtları çox müsəlman uşağı cəm olub oynayırlar. Mənim yolum qəbiristana düşən vaxt haman uşaqları uzaqdan görüb geri qayıdıram. Səbəbi budur ki, pişəzvəqt yəqin edirəm ki, qəbiristana gedib qəbristandakı ölümün üstünə diqqət və hörmətlə surəyi-cümə oxumağa uşaqların səsi və qilü-qalı mane olacaq. Burada oynamaqdan ötəri cəm olanlara uşaq adı qoymaqda mən səhv elədim; çünki doğrudur, bunların içində balaca uşaqlar da tapılar, lakin saqqallı kişilər balaca uşaqlardan dəxi çox olur, bunların cümləsi bir-birinə qarışıb qəbiristanın meydanında qisim-qisim oyunlar oynayırlar.
Mənim yolum buraya düşəndə, bu işləri görüb heç başa düşə bilmirəm ki, burada səhərdən axşamadək oyunla günlərini keçirən saqqallı kişilərin yedikləri çörəyi kim qazanır. Bunu da başa düşə bilmirəm bu qədər balaca uşaqlar məgər sahibsizdir, bunları dərsə və sənətə qoymayıb öz başına buraxmışlar?
Həmişə qəbiristana yolum düşəndə buraya cəm olan küçə uşaqlarından elə biədəbanə hərəkətlər görmüşəm və bunlardan elə bir nagüvar danışıqlar eşitmişəm ki, yazı ilə söyləmək qabil deyildir. Və mən elə bilirəm ki, bu işləri görən, bilən və eşidən tək bir mən deyiləm. Pəs niyə bu barədə bir kəs bir söz söyləmir?
Bir dəfə qəbiristanın kənarından yol ilə bir neçə xaric millətin arvad-uşağı keçirdi. Məhəllə uşaqları başladılar bunlara daş atmağa və bihörmət sözlər deməyə. Arvad-uşaq istədilər ki, qaçıb uşaqlardan uzaq olsunlar. Məhəllə uşaqları və bunların içində bir neçə saqqallı cavanlar qızları qovalayıb hər tərəfdən əhatə etdilər. Qızlar başladılar çığırmağa, axır qəbiristandan bir neçə müsəlman qızların dadına yetişib bunları məhəllə uşaqlarının əlindən xilas elədi.
Söylədiyimiz sözlərin haqq və biğərəz olmağına məhz Tiflis qəbiristanına yolu düşən şəxslər inanıb şəkk etməyəcəklər. Vallah, nə Naxçıvan, İrəvan, nə Bakı və İran, nə Hindistan, nə Türküstan və nə uzaq-uzaq cəzirələrin vəhşi millətləri inana bilər ki, Tiflis kimi şəhərin saqqallıları uşaqlara qarışıb və qəbiristana cəm olub günlərini oynamaq, söyüşmək, çığırışmaq, savaşmaq və yoldan keçənlərə sataşmaqla keçirsinlər.
“Şərqi-Rus”, 18 iyun 1904, № 77
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-diqqet-etmeli
Use ← → keys to move, R for a random poem
More by this author
Yadındadırma, əzizim ki, həmişə mən sənə deyərdim: “Dayan, qardaş, o yol ilə getmə, qayıt geri, peşiman olarsan!”. Sən mənə cavab verərdin ki, “yox, yox, gərək bu yol ilə gedəm. Bu yol məni aparıb çıxaracaq gülüstana”. Mən deyərdim: “Getmə, qayıt geri. O yol ki, sən gedirsən, gülüstan yolu deyil. O yol səni aparıb çıxardar qamışlığa, orada qabanlara rast gəlib puç olarsan”.Yadımdadır ki, sən mənim üstümə hirslənib istəyirdin ki, hələ məni vurub öldürəsən də. Mən deyərdim: “Getmə”, sən deyərdin: “gedəcəyəm”.
Elmi-musiqi “İttihad” mədrəsəsində“İttihad” mədrəsəsində elmi-musiqi xəbərini bakılı qardaşlar, söz yox, oxudular və bildilər ki, keçən cəmadiəl-əvvəl ayında “İttihad” əncüməni-xeyriyyəsində əksəriyyət ara ilə təlimi-musiqi təsdiq olundu.Qəzetdə bu müjdəni verəndən sonra, “İttihad” mədrəsəsinin müdiri mədrəsənin şagirdlərini təbrik edir və deyir ki, musiqi kimi ali və vəsi elmin təhsilinə çatıb xoşbəxt olacaqlar. Müdir cənabları təəssüf edir ki, musiqinin həqiqi və dünyanın məişətində əlzəm ləvazimdən olduğu bizim üçün indiyədək aşkar olmayıb və islam ədibləri və fəlasifələri o qədər bu elmdə çalışıblar ki, heç millətdə bu qədər zəhmət çəkən yoxdur. Və hətta Avropa tarixi sübut edir ki, elmimusiqi Avropaya islamdan və İrandan sirayət eləyib.
Bir əldə iki qarpızı tutmaq olmazÖmrünün əvvəlindən axırınadək İranın tərəqqisinin arzusunda olan məşhur prins Mirzə Məlküm xan yazdığı neçə-neçə cild kitablarının birisində deyir: “Ma əgər Azərbaycanra xərab besazim, rus məcbur xahəd şüd ki on məmləkətra hər tövr həst əz dəsti-ma birun beyavərəd. Əgər dövləti-İran on həmə nəəmati-Gilan və Mazəndaranra misliimruz bərayi-dünya biməsrəf bedarəd, əz qüdrəti-dövləti-rus xaric xahəd bud ki, betəvanəd əz təsərrüfi-on vilayət sərfi-nəzər nümayənd”.Bu sözləri yazandan bir neçə il sonra mərhum Müzəffərəddin şah başladı yenə Culfa yolu ilə Avropaya səfər eləməyə və qayıdıb Tehrana gələndən sonra hökm elədi ki, səyahətnaməsini çap eləyib dağıtsınlar. Haman səyahətnamənin hər bir səhifəsində yazılıb: “Bəli, flan tarixdə və flan saatda varid olduq flan şəhərə. Maşallah, gözəl şəhərdir. Mənzilə düşən kimi rövzəxan gözəl sövt ilə bir yaxşı mərsiyə oxudu. Bir qədər ağlayıb feyziyab oldum və sonra bir qədər dincələndən sonra çıxdım şəhəri səyahət eləməyə”.
Üç qara xəbərBu gün mən üç xəbər eşitmişəm. Doğrusu, başımdan deyəsən, bir ağrı tutub, az qalıram özümü öldürəm.Biri budur ki, Məhəmmədəlini taxtdan yendirdilər. Hələ bu məlum. İkinci xəbər budur ki, Bakıda hər nə qədər adlı müsəlman var, – hamısını bir-bir qatıblar “qazamata”. Ay, vay, nə yaman günə qaldıq! Dəxi Bakının nə ləzzəti? Dəxi bundan sonra ümidimizi hara bağlayacağıq? Heyif, heyif, evimiz yıxıldı. Dünyada az-çox şöhrətimiz Bakı ilə idi. Tamam yer üzündə Bakı yada düşəndə hamı bilirdi ki, bəli, yer üzündə müsəlman da var imiş. Amma indi, amma indi? Vaveyla! Əgər bir az belə getsə, dəxi heç, heç və heçdən də heç.
Poems by other poets
Axtının bax necə gör yaxşı gözəl halları var,Danışan şirin-şirin farsi-ərəb dilləri var,
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
Gəraylı: Ala gözlü nazlı yardanAla gözlü nazlı yardanMən dönərəm, könül dönməz,