Ədəbiyyat maraqlılarına müjdə
Gəncəli Məhəmmədzadə Abdulla Tofiq əfəndinin “Türk ədəbiyyatına bir nəzər” nam əsəri fevral ibtidasından etibarən hər ay başında bir risalə şəklində nəşrə başlanacaq. 25 risalədən ibarət olan bu əsər üç cild üzrə üç min səhifəlik ədəbi bir əsərdir. Türk ədəbiyyatının dövri-ətiq, dövri-təcəddüd və dövri cədidinə dair tarixi, ictimai ədəbi məlumatlar verəcək. Bu münasibətlə osmanlı üdəba və şüərasının haman həpsinin rəsmləri ilə bizə deyiləcək. Səlatini-osmaniyyədən bir çoxunun fotoqrafları da bunlar sırasında bulunacaq.
Abunə, yəni müştəri dəftəri açıldı.
“Türk ədəbiyyatına bir nəzər” in abunə bədəli – post məsarifi ilə bərabər Rusiyanın hər tərəfində 5 rüblə, məmaliki-sairədə 7 rüblədir. Sühulət olmaq üçün abunə bədəli şu qərar ilə dəxi qəbul olunur: şimdidən 2 rüblə. Səkkizinci risaləyi-təslimdə genə 2 rüblə. On altıncı risaləyi-təslimdə genə 2 rüblə. Məmaliki-sairədən olan müştərilər üçün hər qəst 3 rüblədir.
Adres: Naşir Yusifbəyzadə Nəsib
q. Elizavetpol, Nasıbbeku Usubbekovu
“Molla Nəsrəddin”, 14 dekabr 1908, № 50
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-edebiyyat-maraqlilarina-mujde
Use ← → keys to move, R for a random poem
More by this author
Növbə gözləməyə indi hər kəsin qulağı qızışıbdır, hamı adətkərdə olubdur.Axşam vaxtı saat yeddi keçəndən sonra hər məhəllədə tək bircə dənə açıq olan kooperativ dükanından bir qutu spiçka almaq üçün on beş dəqiqə növbə gözləmək lazımdır. Habelə indi rəməzan münasibəti ilə məscidlərə daxil olmaq və başmaqları çıxarandan sonra onları ağzıoruc oğrulardan qorumaq...
Ecazi-quran“Nasux üm-təvarux” kitabının sahibi belə rəvayət edir ki, həzrəti – Rəsulun əli ilə bir rəvayətə görə üç min və bir rəvayətə görə bir min möcüzə zahir olubdur.Bu min möcüzənin birincisi Qurandır. Belə ki, bu müqəddəs kitabın fəsahətinin müqabilində o əsrin cəmi füsəhası aciz qaldılar və öz əczlərini də iqrar və etiraf etdilər. Necəki Müslüm Quranının tək bircə kəlməsinin də misl və manəndini yarada bilmədi.
Beynəlxalq qadınlar günü və şəriətMən elə bilirəm ki, sən zarafat eləyirsən. Ağlını yığ başına, düzəməlli danış. Bu orucağız vaxtımda onsuz da aclıq və papirossuzluq məni elə cinləndirib ki, hirslənməyə bircə bəhanə axtarıram. Bu gün bütün dünya işçi və kəndli qadınları öz qardaşlıq əllərini bir-birinə uzadıb, bir-biri ilə rabitələrini daha da artıracaqlar. Ancaq üzr istəyirəm, mən ona təəccüb edirəm ki, dünya işçi və kəndli qadınları mənə əllərini uzadanda mənim əlimi onlar necə tapa biləcəklər ki, mənim əlim bu dəqiqə məşğuldur: bu dəqiqə mən iki əlimlə Quranı tutub qoymuşam başıma və axund Molla Hüseynin tilavətinə iqtida edə-edə deyirəm:– Bikə, ya Allah
Mərkəz və qəzalarYaz əkini kampaniyasına dair*Yaz əkini barəsində mərkəz bu il də – necə ki, keçən illərdə, – öz təklifini əmələ gətirir və öz vəzifəsini bitirir.
Poems by other poets
O gün kim həsrət ilə ol büti-zibadan ayrıldım,Qalıb bir surəti-bihiss kimi mənadan ayrıldım.
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
Iqbalnama, chapter 41مغنی بدان ساز غمگیننوازدرین سوزش غم مرا چاره ساز
GörümBu yağışa dayanırmı dəmir, daş, görüm,Qalaydı xeyrin, ilahi, qapında kaş görüm!