Mən heç başa düşmürəm ki, nə olub. Neçə vaxtdır ki, səndən kağız yoxdur. Bir də, axı, Bakıya gəlməyə hazırlaşırdın, axı, ləngiməyinə səbəb nədir? Uşaqlar sənin üçün yaman darıxırlar və bu, onların dərsinə də, səhhətinə də pis təsir eləyə bilər.

Naxoş deyilsən ki? Bir şeyə ehtiyacın yoxdur ki? Səbrsizliklə səndən xəbər gözləyirəm.

Dəyirman işləri necə gedir? Müzəffər necədir? Münəvvər xəstəxanada işləyirmi? İşləmirsə, nə üçün?

Sən və o birilərə bir şey lazımsa, yaz, mən təcili alıb göndərim. Əliş bəyə de ki, göndərdiyi şeyləri və 2+1 çervonu, deməli, cəmisi 3 çervon aldım. Deyəsən, çervonun birini Bünyad üçün göndərib.

Uşaqların hamısı sağ-salamatdır. Keçən payız mən həmişə kefsiz oldum. İndi halım bir az yaxşıdır. Teymur çox naxoş oldu.

Uşaqlar hamısı yaxşı oxuyur. Midhətin məşğələləri lap müvəffəqiyyətlə gedir. O, xüsusi müəllimdən alman dilini öyrənir, habelə fars dilindən də eyni qayda ilə dərs alır. Teymurdan başqa uşaqlardan heç biri xəstələnməyib.

Sənə səmimi salam göndərir və təvəqqe eləyirəm söz verəsən ki, indi də gəlməsən, bayram üçün burada olacaqsan.

Burada həmişə yazdır.

Sənin Cəlilin

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Nainsaflıq

Məhərrəm yetişdi. Şaxseylər gediləcək, başlar yarılacaq, şərbətlər içiləcək, məşəllər yanacaq.Bunlar hamısı öz qaydası ilə. Lakin bircə şey var ki, mənim xoşuma gəlmir və heç bir insaf əhlinin xoşuna gərək gəlməsin.

1 min
Cavabımız

Mərvdən 558 və Teymurxan-Şuradan130 nömrəli oxucularımıza

3 min
İmalə

Ərz olsun ki, müsəlman mətbuatı, şükür Allaha, ilbəil tərəqqi tapmaqdadır və axır vaxtlarda bizim də içimizdə bəzi qələm sahibləri tapılır ki, qeyri millətlərin yazıçılarından geri qalmırlar. Bunlar hamısı çox gözəl, amma bir eybi buradadır ki, bir para yerlərdə yazıçılarımızın və müxbirlərimizin bəzisi şərab içmək və keflənmək dərdinə giriftardırlar, o dərəcədə ki, iki-üç butulka çaxır və bir butulka araq içməyincə ələ qələm götürmək istəmirlər və götürəndə də iki kəlmə sözü bir-birinə yapışdıra bilmirlər.Söz yox, heyifsilənməli və bəlkə dərd etməli bir həqiqətdir; amma necə ki, xudavəndi-aləm hər dərdi yaradanda bir dərman yaradıb, keflənməyin də müalicəsi var və Molla Nəsrəddin arzu edir ki, məst olmağı adət edən müxbirlərimiz və xüsusən rus qəzetlərinə rusca məqalə yazan cavanlarımız nəsihətimizi qəbul edib, şərabxanalara yol döyməkdən geri çəkilə idilər və öz şərəflərini itirməyə idilər.

1 min
Məscid

Belə tutaq ki, bir bütpərəst, ya xaçpərəst bizim islam dinini qəbul etmək istəyir. Qabaqdan mən deyirəm ki, bu şəxs məscidlərimizi görcək bu fikirdən düşəcək. O səbəbə ki, məscidə girən kimi çıxıb qaçmaq istəyəcək. Və məsciddən qaçanı dəxi bir də məscidə çağırmaq olmaz. Çünki dəxi gəlməz. Mən də o səbəbə gəlmirəm.Mən deyirəm məscid Allah evidir, orada Allaha ibadət etməkdən savayı dəxi özgə əhvalat yaraşmaz. Amma sən məscidin havasını üfutləndirirsən, mən burnumu tutub çıxıram.

2 min

Poems by other poets