Əzizim Həmidə! (Moskva, 9 oktyabr 1924)
Biz artıq Moskvadayıq. Krım – Moskva – Daşkənd – Orenburq – Ufa – Yekaterinburq – Kazan şəhərlərində olub, srağa gün yenə Moskvaya qayıtdıq. Daim evdən nigaran qaldığımı nəzərə almasaq, bu səyahətin bizim hamımız üçün nə qədər maraqlı olduğunu təsəvvür edə bilərsən.
Mənim yola düşməyim sənin üçün gözlənilməz oldu, sənin gəlməyini gözləyə bilmədim, odur ki, evə aid tapşırıqların hamısını Polinaya verdim.
Mən məktublarımda da, telefonla da səndən xahiş eləmişəm ki, uşaqları da götürüb Bakıya gələsən; bilmirəm gəldin, ya yox. Əhvalın necədir? Uşaqlar necə oxuyurlar? Biz burada ən çoxu oktyabrın 16–17-sinədək qalacağıq; yəni ayın 20-si, 21-i üçün Bakıda olacağıq.
Bilmirəm gününüz necə keçir? Jurnalın kontorundan mənim məvacibimi sənə verməli idilər, bilmirəm Teymur sözünə əməl elədi, ya yox.
Bizim uşaqların dərsi necə gedir? Əlişi fəhlə fakültəsinə, yaxud instituta götürdülərmi? Səmədi necə? Əgər o qəbul olunmayıbsa, Əliş bəyin oğlanlarından birini Bakıya gətirmək lazımdır. Bilmirəm bu barədə sənin fikrin necədir. Bir də yerimiz darısqal olmaz ki?
Əlbəttə, səyahətimiz barədə indi yazmağımın mənası yoxdur – bunu nağıl eləmək olar. Əziz balalarım, sizin üçün bərk darıxmışam və ona görə də evə can atıram. Müzəffər və Münəvvər necədirlər? Kəndə yağ (maz) göndərirlərmi? Hələlik sağ ol.
Sənin Cəlilin
Midhət! Anan Bakıda deyilsə, bu kağızı poçtla ona göndər.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-ezizim-hemide-moskva-9-oktyabr-1924
Use ← → keys to move, R for a random poem
More by this author
Bizim məscidin dalında, qapının səkisində əlli-əlli beş yaşında bir kişi oturub kasıblıq edir; bunun peşəsi bisavad müsəlmanlara və çox vaxt İran qəriblərinə məktub yazmaqdır. Bu kişinin adı Məşədi Molla Həsəndir.Məşədini burada yayda da görmək olar, qışda da, payızda da və baharda da.
Pirverdinin xoruzuQasım əminin övrəti Həlimə xala çörək yapırdı.Hər dəfə çörək pişirən vaxt Həlimə xala iki, ya bəlkə üç övrət qonşularından özünə mədədçi çağırardı və gahdan bir Təzəkənddən bacısı Zibeydəyə də xəbər verərdi ki, gəlib ona kömək eləsin.
Fatma xalaDünyada çox arvadların başmaqları düşüb, xah at üstə gedən vaxt, xah arabadan ya faytondan, xah dəmir yol ilə gedəndə.Mənim bir dostum var, nağıl edir ki, bir neçə il bundan qabaq övrətlə Xorasana gedən vaxt övrətinin başmaqları otuz dörd dəfə faytondan düşdü, iyirmi bir dəfə dəmir yolda gedən zaman pilləkanları enibçıxanda düşdü və yüz qırx altı dəfə İranda at yolu ilə gedəndə düşdü.
Təzə xəbərTükəzban xalanın gəlini, istəyirdi toyuqlara dən səpə, sarı toyuq gözünə sataşmadı. Bir az “cü-cü” eləyib çağırdı, sarı toyuq görsənmədi. Gəlin fikir elədi ki, bəlkə toyuq Fatma xalanın həyətinə keçib və divara tərəf yeriyib divarın alçaq yerindən başını Fatma xalanın həyətinə uzadıb çağırdı:– Ay Fatma xala, sən Allah, bax gör bizim sarı toyuq sizin həyətə keçməyib ki?
Poems by other poets
Çərx cəfapişə gətir gərdişəBürk aldı qaç olubdu Şirvanımız
Göndərib lütflə, ey dil, mənə dilbər kağızGöndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.
Könlümü həm dəmbədəm edər pərişan saçlarınKönlümü həm dəmbədəm edər pərişan saçların,Əqli qılur dəngü valeh, məstü heyran saçların.
Qəzəl: Gülzari-məlahətdə gözüm bir gülə düşdüGülzari-məlahətdə gözüm bir gülə düşdü,Ruxsari ara xali-siyəh sünbülə düşdü