“Xaçpərəst voskresenyesi və müsəlman cüməsi”

Yer üzündə dinlərin ən əlası babilikdir. Ancaq heyif ola ki, şura əsrində yaşayanlar bu gözəl dinin qədrini bilmədilər.

Məsələn, sözün düzünü danışaq. Şura hökuməti bu gözəl dinə o qədər hörmət qoymadı, nə qədər ki, İngilis və Amerika hökumətləri qoyur. O səbəbdən də Bakıda babilik o qədər rövnəq tapmadı, nə qədər ki, bəhayilər ümidvar idilər. Onunçün də eşitdiyimə görə bəhayilərin mübəlliğləri şələ-şülələrini yığışdırıb Ərdəbilə köçmək fikrindədirlər,

Əlbəttə, Ərdəbil ilə Bakının böyük fərqi var:

  1. Ərdəbildə hər bir din məsələlərinə artıqraq maraq göstərirlər, nəinki Bakıda.

  2. Ərdəbildə hal-hazırda çox bəhayi var.

  3. Ərdəbil qanacaqda və axirət maarifində Bakıdan çox qabaqdır (Maştağanı çıxandan sonra).

  4. Babilik Ərdəbildən Həmədana da yayıla bilər, amma Bakıdan bir tərəfə sirayət edə bilməyəcək; səbəb budur ki, Bakının ətrafındakı şəhərlərin hərəsini bir qolçomaq islam fazili sahiblənib, əldən qoymaq istəmir.

Məsələn, Maştağanın avamını Axund Mirzə Məhəmmədkərimin torundan və İrəvanın möminlərini Mirzə Hüseyn ağa vaizin zəncirindən babilərin babası da qoparda bilməz!

Xudaya! And verirəm səni öz yoxluğuna: məni bir başa sal görüm, əgər dünyanın cürbəcür elmini yaradırdın, onda daha keşiş və mollaları niyə yaradırdın?

Əgər maarif və inqilabı yaradırdın, onda bəs bu cürbəcür dinləri niyə yaradırdın?

Xudaya! Bəs, səni adil deyirdilər: bu ki, zülmün lap intəhası oldu!...

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 10 oktyabr 1929, №41

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Qohumluq

Darvin öz kitabında yazır: “Heyvanlar bir-birilə qohumdurlar, necə ki insanlar da Adəm ilə Həvvadan əmələ gəliblər”.İnsanlar bir-birilə qohumdur. Bu qohumluq ya qədimdən, ya yavıq vaxtlardan, ya təzəlikdir. Bir övrət bir kişi ilə neçə müddət yaşayandan sonra, bunların övladı olur; amma haman övrət və haman kişi onsuz da bir-biri ilə qohumdurlar: övrət də, kişi də Adəm və Həvva kimi bir cift insandan əmələ gəliblər.

2 min
Məramnamə

Tiflisdə müsəlmanların bir “Xanımlar cəmiyyəti-xeyriyyəsi” var. Hərdənbir idarəmizə kağızlar yazıb soruşurlar ki, bu cəmiyyətin “məramnaməsi” nədir, yəni nəyə qulluq eləyir, məqsədi nədir?..Keçən vaxtlarda bir-iki kağız sahiblərinə cavab verdik ki, “Xanımlar cəmiyyəti-xeyriyyəsinin” məramnaməsi pul yığmaqdır, vəssəlam. Bizim bu cavabımızı eşidib, keçən il bir-iki Tiflis xanımları küçədə üzüaçıq mənə rast gəlib başladılar giley-güzarı ki, “sən niyə ona-buna yazırsan ki, bizim məqsədimiz pul yığmaqdır, niyə bizim bu qədər zəhmətlərimizi gizləyib, haqqı danırsan və bizə yaraşmayan adı bizim üstümüzə qoyursan, məgər görmürsən ki, biz hər il “bal” veririk, qızlarımızı orada işlədirik? Məgər bu millətpərəstlik deyil, məgər bizim üçün bu fədakarlıq deyil? Dəxi bizdən nə istəyirsən?”.

1 min
Yadigari-həzrət İbrahim Xəlil

Yaxud “Qurban Bayramı”Tarixin göstərməyindən belə anlaşılır ki, həzrət İbrahim Xəlil zilhəccənin onuncu günü sübh tezdən yerindən durub Həcərdən olan balaca oğlu İsmayıla dedi: “Bala, dur gedək!”. Oğlu başladı getməyə və gördü ki, atası bıçaq və kəndir də götürür, tifil soruşdu: “Ata, məni hara aparırsan?”. Atası cavab verdi: “Oduna”. Həzrət İbrahim çölə çıxıb qəfildən yapışdı oğlunun xirtdəyindən, basıb qoydu ayağının altına, bıçağı çəkib başladı yazıq uşağın başını kəsməyə. Məsum balası başladı yalvarmağa ki, “ay ata, aman günüdür, mənim axır günahım nədir ki, məni öldürürsən?”. Bir tərəfdən uşaq yalvarır, bir tərəfdən də gözləri qızmış həzrət İbrahim bıçağı daşa çəkir ki, itiləsin. Elə bıçağı uşağın boğazına çəkdiyi əsnada, yuxarıdan Allah-taala qeyzə gəlib çağırdı: “Dayan, dayan! Yekə kişi, qudurmamısan ki! İnsan da ağlı başında ola-ola, məgər oğlunun qanını tökər? Ay vəhşi, ay nainsaf!”.

2 min
Nainsaflıq

Məhərrəm yetişdi. Şaxseylər gediləcək, başlar yarılacaq, şərbətlər içiləcək, məşəllər yanacaq.Bunlar hamısı öz qaydası ilə. Lakin bircə şey var ki, mənim xoşuma gəlmir və heç bir insaf əhlinin xoşuna gərək gəlməsin.

1 min

Poems by other poets · Satire