İnsanın bəxtindən çox şey asılıdır. Əgər bəxti var – xoşbəxt olacaq. Əgər bəxti yoxsa, bədbəxt olacaq. Şübhəsizdir.

Bu da adamın özü ilə deyil. Hər nə ki, insanın alnına yazılıb, o da olacaq. Əgər yaxşı yazılıb – yaxşı olacaq. Yaxşı yazılmayıb – yaxşı olmayacaq.

Götürək Gəncə qiraətxanasını. Əgər Allah-taalanın həmin qiraətxanaya mərhəmət nəzəri olsaydı nə pulu yellərdi, nə də yayın istisində evi elə damardı ki, oxucular kitab və qəzetə oxuyanda elə cumculuq olardılar ki, guya paltarlı-zadlı suya düşüblər.

Hələ yazda bərk yağış yağanda evin dammağını eşitmişdik. Bu yayın cırlamasında evin dammağı – yəni çe?

Bu belə. İndi keçək pul məsələsinə. Bəli, ravi belə rəvayət edir ki, bir-iki ay bundan qabaq Gəncə maarifbazları yığışdılar, belə məsləhət elədilər ki, kitabxananın kitablarını artırmaqdan ötrü bir “Koloniya” düzəltsinlər ki, türkcə ona gəzmək deyirlər, ərəb və farsca da təfərrügah kimi bir şey deyirlər.

Bəli, yığışdılar, gəzdilər, çaldılar, çağırdılar və bu fənd ilə bir qədər pul yığıb, bir əmin adam axtardılar ki, pulları saxlayanda tamahı düşməsin. İndi kimə verək?

Əlbəttə, əgər tək bircə adama tapşırsam, ola bilər ki, tamahı düşə və götürüb xərcləyə. Nə eləyək, nə eləməyək? Ağıl-ağıla verəndən sonra pulları gətirib tapşırdılar “Soyuza”. Çünki “Soyuz” dəxi nə tövr pulu yeyə bilər? Soyuzun nə ağzı var, nə dişi var. Bununla bərabər indi bir məsələ var. İndi lazımdır kitab almaq. Buna da pul lazımdır. Pul da soyuzda. Amma nədənsə ortalığa pul çıxmır. Hər kəsə deyirsən, deyir xəbərim yoxdur. Maarif müdirinə də deyəndə, cavab verir ki; “Pullar soyuzda salamatdır”. Amma bir tərəfə baxanda görürsən ki, pul yoxdur. Doğrudur, pul yeyilməyib və inşallah da yeyilməz. Amma ortalığa pul söhbəti gələndə, heç kəs puldan bir xəbər verilmir.

Bunlar hamısı Allah məsləhətidir. Əgər Gəncə kitabxanasının alnına yazılmış olsa ki, onun kitabları artsın, onda soyuz da pulları qoyar ortalığa. Əgər yazılmamış olsa, bu da bir ayrı söhbətdir.

Hər halda, bu işlər Allah-taalanın öz yanındadır.

Lağlağı

“Molla Nəsrəddin”, №30, səh. 4-5, 18/VIII-1923

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Müsəlman ürəfa və danişməndlərinə

Xitabnamə*Müsəlmanlar!

11 min
Müsəlmanların “millət duması”

Ramazan ayının əvvəllərindən başlanmış axırına qədər Qafqazın və İranın cəmi uyezd və quberniyasında, hətta 6 evlidən ibarət olan qəryəsində də millət duması namında bir şura olacaqdır.Qərardadlar:

4 min
Yoldaş

Cəmi oxucularımızdan təvəqqe edirik ki, Bakıda təzə çıxan “Yoldaş” adlı qəzetin ikinci nömrəsini bir adamdan yalvarıb alıb oxusunlar, genə qaytarsınlar sahibinə. Və görsünlər qəzetin əvvəlinci səhifəsində cənab Rəsulzadə nə yazır.Yazır ki, dəxi indi erməni və müsəlmanlar öz dost və düşmənlərini tanıyıblar, öz mənfəətlərini və zərərlərini dəxi qanıblar və bundan sonra onları aldadıb alət etmək qeyri – mümkündür.

3 min
“İrşad” çıxır

“İrşad” – “Proqres”qəzetləri üçün tərtib olunmuş müdiriyyət heyəti ümum əhaliyə elan edir ki, “İrşad”-”Proqres” qəzetlərini nəşr etmək üçün bina olunmuş şirkət bu noyabr ayının 17-dən, şənbə günündən “İrşad”qəzetini nəşr etməyə şüru edəcək: Qəzet həftədə üç dəfə çıxacaq; lakin qəzetin cəsamət və formatı böyük rus qəzetləri cəsamətində olacaq; müsəlmanların cümlə ürəfa və danişməndləri “İrşad” da iş görməklə bərabər daim mühərrirlik üçün ən ümdə yazıçılarımız cəlb olunmuşdur. “İrşad”a sabiqdə müştəri olanlara qəzet yanvar ayınadək müftə göndəriləcək. Abunə qiyməti Bakı üçün birilliyi altı manat, altıaylığı üç manat yarım: mədənlər və qeyri şəhərlər üçün birilliyi yeddi manat, altıaylığı dörd manatdır. Qəzetin idarəsi sabiqdə olduğu yerdə, yəni Qubernski küçəsində Dadaşovun evindədir.“Molla Nəsrəddin”, 18 noyabr 1907, № 43*

1 min

Poems by other poets · Satire