Keçən günlər
Bir vaxt var idi ki, türk cavanları öz doğma ataları adlarının quyruğuna ”ski” sözünü yapışdırmağı özləri üçün fəxr hesab edirdilər.
Bir vaxt vardı ki, ”Naxçıvanski”lər, ”Yerevanski”lər, və ”Qadcinski”lərə desəydin gəl adını ”Naxçıvanlı” elə – onu hörmətsiz eləmiş kimi olardın.
Bir vaxt vardı, bizim artistlərimizin bekarları ”skilik” ilə şöhrət tapmaq istəyirdilər və tapırdılar da.
Hələ indinin bu saatında da belə-belə meymunların sayı az deyil. Amma indi daha düşünməyin vaxtı gəlib çatıbdır. İndi daha zəmanə bilmərrə dəyişilibdir.
Dəfələrlə deyilib və yazılıb ki, keçənlərdə padşah hökuməti dövründə bu sözləri danışmağın mənası yox idi, çünki camaatımızın başçıları xanlar, knyazlar və hətta intelligentlərimiz özlərini elə bir şövq ilə və həvəslə ”ski”ləşdirmişdilər ki, onların içində bu sözləri danışmaq üçün böyük cürət lazım idi. O ki qaldı, qara camaata, bunlar da, söz yox, başda duran siniflərin dalıyca gedirdi.
İş belə olanda daha öz ana sözlərimizin ”ski”ləşməyinin böyük bir hörməti var idi, ona görə də nəinki Təzəpir məscidinin küçəsini ”Təzəpirski” edəndə bizim xoşumuza gəlirdi, hətta az qalmışdı mollalarımız da minbər üstə Məhəmməd və imamları çöndərib ”Maqometski” və ”imamski” eləsinlər.
Hələ burada bir nöqtə də var ki, onu da nəzərə almağımız pis olmaz.
Günahın hamısı yox, ancaq yarısını mən padşah hökuməti üstünə yıxıram. Bizim bu cür meymunlaşmağımıza səbəb o qədər də padşah hökuməti deyildi, nə qədər ki, bizim öz səfahətimiz idi, çünki bu barədə padşahın zorundan artıq bizim meymunluğumuz iş görürdü.
Və həmin meymunluğun milliləşməyimizə bu qədər müsaidət verməyinin vücudilə bizim mömin hacılarımızın dilindən ”Təzəpirski” küçələr hələ düşmür.
Hələ bu saat da ”ski” quyruqlu böyük-böyük ”ağalarımız” yenə hələ meymunluqlarından əl götürmürlər.
Mığmığa
“Yeni yol” qəzeti, 14 avqust 1923, №25
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-kecen-gunler-2
Use ← → keys to move, R for a random poem
More by this author
Meşə çaqqalsız olmaz.*Atalar sözü*
Qəyyumluq kantoruDinli, imanlı, ədalətli, ibadətli, ağzıdualı, əli təsbehli hacıları Allah-taala dünyada nədən ötrü xəlq eyliyib?Ondan ötrü ki, ölülərimiz vəsi və qəyyumsuz qalmasınlar və yurdları kor olmasın və mallarını zorba-zorlular yeyibdağıtmasınlar və mövqufatlar ara yerdə puç olmasın.
MuştuqBu urus tayfası doğrudan, çox xamdı.Məsələn, məlumdur ki, urus məktəblərində falaqqa saxlamaq qadağandır və həmçinin uşaqları ağacnan döymək də qadağandır və hələ bundan savayı, uşuqlara çor demək də qadağandır.
YamaqÇürümüş parçanın dəxi faydası yoxdur: bir yandan yamadın, o biri yandan cırılacaq.Bu gün görürəm ki, yetim iranlılar sevincək qaçırlar konsulxanaya ki, Məhəmmədəlişah tərəfindən məşrutənin təzə elan olunmağı barəsində konsula mübarəkbadlıq versinlər.
Poems by other poets · Satire
Dedilər gəıçi mülki-İranəAçdı məşrutə bir təriqi-nəcat,
Əvvəl və indiƏvvəl kəbin kəsərdi bir kəllə qəndə molla,Gündə nikah oxurdu dörd-beş həpəndə molla.
ŞücaətimVardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..”Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
NifrətGündə bir cildə girən simasız adamlaraHeyrət etmədiyinçin heyrət edirəm sənə.