Həmidə! (Şuşa, 7 iyul 1931)
Dərmanı aldım. Sənin çaydanını itirmişik, amma söz verirəm ki, Bakıya gələn kimi sənə eynilə o cür bir çaydan alım. Biz hələ sahmana düşməmişik. Buranın sahibi Rəhim sabah Şuşaya gələcək ki, sizin Şirin xanımdan alaçıq üçün vədə verdiyi keçəni alıb gətirsin. (Əsədzadə bilir).
Mənim halım pis deyil və elə bilirəm ki, dağlıq yerdə ilk günlər keçirdiyim ağır hal keçib gedib. Elə ki, sahmana düşdük, sən də gəlib bizimlə bir yerdə istirahət edə bilərsən. Bura təbiətin gözəl bir guşəsidir. Suyu İsa bulağının suyu kimidir. Tut boldur, mənə də elə bu lazımdır.
Qəməri göndər bizim üçün 5 girvənkə düyü alsın və ver Rəhim gətirsin. Süleyman kişinin oğlu Əliş onlarda qoyub gəldiyim və həmçinin özlərinin hazırladığı yodu (hər ikisi ağdır) mənə göndərməlidir.
Ənvərdən və Midhətdən nə xəbər var? Hər ikisini ürəyim istəyir. Yola düşəndə elə narahat idim ki, səninlə xudahafizləşə bilmədim. Heç bilmirəm necə oldu ki, mən belə elədim. Xahiş edirəm məndən inciməyəsən, bağışlayasan.
Pis olmazdı Əsədzadə ilə birgə qabaqcadan Rəhimlə danışaydınız görək mövsümün axırınacan burada, bağda qalmaq üçün nə qədər kirayə verəcəyik və alaçıq üçün kimə nə qədər pul verəcəyik. (Əlbəttə, alaçığın gətirilməsi və aparılması haqqı öz yerində. Bunu qabaqcadan danışmaq lazımdır ki, sonra söz-sov olmasın). Bu məsələni gecikdirmə.
10 girvənkə kartof və bir az kömür göndər.
Xudahafiz.
Münəvvər salam göndərir. 5 girvənkə təzə lobya da göndər.
Qəmərlə 20 manat göndərdim.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-hemide-susa-7-iyul-1931
Use ← → keys to move, R for a random poem
More by this author
Hamdan artıq mənim yazığım ingilislərnən firənglərə gəlir.Doğrudan da, hələ müsəlmanlar bir tərəfdə qalsın, necə olsa bunlar ötüşər. Bunların başına nə gəlsə, dayanıb durarlar. Çünki müsəlman millətinin canı bərk olar. Amma ingilis və firənglər çünki əslindən nazikdirlər, onun üçün də xəlifə taxtdan endiriləndə bu iki hərif o qədər dərd elədilər ki, əgər tez bir vaxtda Hüseyn xəlifə özünü yetirməsəydi, bunlar, yəni ingilis və firəng qardaşlar dərd və qəmdən çürüyəcək idilər.
OrucluqDoğrusu, mən aşkar orucumu yeməyə qorxuram. Heç özüm də bilmirəm nədən qorxuram və niyə qorxuram; amma qorxuram.Bax, bunu hamı bilir, mən də bilirəm ki, oruc tutmaqnan, ya oruc yeməknən nə adamı behiştə hurilərin içinə ötürərlər, nə behiştdən qovlayarlar. Bunu hamı bilir.
Üç saatƏlimdə bir vacib yazım var idi.Hamı öz yazısını vacib hesab eləyir. Qapı döyüldü. Dedim:
Su budkalarıSu budkaları cümə günləri bağlı olur.Su budkaları cümə axşamları ancaq günortayadək açıq olur.
Poems by other poets
Adi gün bilməyin keçən günləri,Bu gün də tarixi günlərdən biri,
DərdimiBabat babat yüz min mənim dərdim var,Kimə deyəm yana yana dərdimi
AmandıÖzün yaxşı-pis qapılar açarsan,Bir ox atıb könlüm evin yıxarsan,
Dəyən bülbül pərinə daima gülzarsız qalsınDəyən bülbül pərinə daima gülzarsız qalsın,Salan aşiqləri pərgardən pərgarsız qalsın.