Hamdan artıq mənim yazığım ingilislərnən firənglərə gəlir.

Doğrudan da, hələ müsəlmanlar bir tərəfdə qalsın, necə olsa bunlar ötüşər. Bunların başına nə gəlsə, dayanıb durarlar. Çünki müsəlman millətinin canı bərk olar. Amma ingilis və firənglər çünki əslindən nazikdirlər, onun üçün də xəlifə taxtdan endiriləndə bu iki hərif o qədər dərd elədilər ki, əgər tez bir vaxtda Hüseyn xəlifə özünü yetirməsəydi, bunlar, yəni ingilis və firəng qardaşlar dərd və qəmdən çürüyəcək idilər.

Hələ tək bir xilafət məsələsi deyil. İran şahının da taxtdan salınmağı bu biçarə ingilisə və firəngə yenə bir yekə dərd olub.

Allah, sən özün kərim Allahsan, sən özün bu yazıqların harayına yetiş. Doğurdan da bu biçarə ingilisnən firənglər gör biz müsəlmanları nə dərəcədə dost tuturlar ki, bizim xeyir-şərimizə onlar bizdən artıq təlaş edirlər.

Allah özü rəhm eləsin!

Vızvıza

“Molla Nəsrəddin”, №6, səh. 4, 13/IV-1924

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Kifayət deyil

O idarə qulluqçuları ki, eydi-mübarəki-rəməzanda qulluqdan azad olub, bütün gün gəzməklərinə getdilər, yainki səhərdən axşama kimi evlərində yatdılar, onlar güman etməsinlər ki, onların boynunda dəxi başqa bir təklif yoxdur.Eydi-şərifi-rəməzanda məktəblərdən, nəşriyyat idarələrindən, maarif müəssisələrindən azad olub tətilə qalmış və bayram şəraitini əmələ gətirməmiş müsəlman və müslimələr şəriət sahibinin yanında müşğüzümmə ola bilərlər.

1 min
Ammalar

Bu saat bir çox yerlərdən xəbər gəlir və bunların da görürsən biri “Amma”ilə qoyur, biri “Lakin” ilə qurtarır. Biri “fəqət” ilə qurtarır, biri “ancaq” ilə qurtarır və habelə. Bunlar bizim yazımızda olmasaydı, işlərimiz çox əla surətdə keçərdi.Hər gün qəzalarımızdan bir xoş xəbər eşidirsən. Amma axırda görürsən ki, bu xoş xəbərin quyruğunda ya bir “Amma” var, ya “Fəqət” və ya yuxarıda yazdıqlarımızdan biri.

2 min
Təlimi-doxtəran

Pəhləvidə çıxan “Nisvani-Şərq” ruznaməsi iyirmi səkkiz rəməzanda yeddinci nömrəli nüsxəsində yuxarıdakı mövzua dair bir məqalə başlayıbdır.Bunu mən başdan axıradək artıq maraqla oxudum; çunki Pəhləvi kimi bir müqəddəs şəhərdə qızların tərbiyəsi barəsində, aya, görəsən, nə kimi təzə bir söz danışmaq olar?

2 min
Tabut içində

Özəklərin namizədlərinə ibrət olsun. Səkkiz apreldə getmişdim Padar kəndinə. Gördüm ki, məscidin qabağı adamla doludur. Nə var?Uzaqdan gördüm ki, ortalıqda bir tabut var. Yavuq gəlib gördüm ki, tabutun içində bir adam var, amma paltarlıdır, kəfənli deyil. Dedim:

1 min

Poems by other poets · Satire