Təlimi-doxtəran
Pəhləvidə çıxan “Nisvani-Şərq” ruznaməsi iyirmi səkkiz rəməzanda yeddinci nömrəli nüsxəsində yuxarıdakı mövzua dair bir məqalə başlayıbdır.
Bunu mən başdan axıradək artıq maraqla oxudum; çunki Pəhləvi kimi bir müqəddəs şəhərdə qızların tərbiyəsi barəsində, aya, görəsən, nə kimi təzə bir söz danışmaq olar?
Dünyada həqiqət tək bircədir, şəriət də tək bircədir və pak olan islam məmləkətlərində yaşamaq üçün istər kişilər haqqında və istər arvadlar haqqında tək bircə şəriət yazılıbdır. Bizə göstərdiyi yoldan başqa bir yola azıb getmək olmaz.
Habelə qızların təlim və tərbiyə məsələsi də. Çox təəccüb elədim ki, “Nisvani-Şərq” rəfiqimiz, guya “Şərq qadını”ndan dərs alıb başlamışdır ki, qızları dərsə qoymaq lazımdır ki, savad və elm əhli olsunlar...
Çox təəccub, Pəhləvi kimi bir şəriət mədənində “ağayi-şəriətmədar”ın gözünün qabağında belə sözlər? Necə yəni qızlara dərs oxutmaq? Məgər sən dəlimi olubsan? Qurd ürəyimi yeyibsən?
Çox təəccüb elədim.
Yenə möhtərəm ruznamə yazır: “Nə qədər ki, biz islam ümməti qızlarımızı dörd divar arasında saxlayıb onları kor və kar böyüdürük, – bizə dünyada heç bir vəchlə bir yandan bir nicat olmayacaq”.
Mərhəba Pəhləvi kimi bir məmləkətdə bu sözləri yazanın cürətinə! Əsil həqiqəti yazıçılıq və bəlkə mücahidlik budur; çünki yəqin bilirəm ki, belə bir küfr və nasəza söyləyəni tək bircə ağayi-filan vaizin təhriki ilə məscidə çəkib, orada bu məlun qələm sahibini səngsar elərlər.
Amma, şükür olsun Allaha ki, ruznamə sahibi o qədər də xam deyil imiş ki, özünü vəhşi təbrizlilərə iyrətdirsin. Məqalənin axırında qoçaq gör nə yazır: “Və lakin qızlar qəvanini-məzhəbi heç bir vaxt unutmamalıdırlar və bu qanuna müvafiq yaşamağı özləri üçün səbəbi-səadət və nikbəxti hesab etməlidirlər...”.
Şükür olsun Allaha ki, mən də nigarançılıqdan qurtardım. Yoxsa, xudanəkərdə, Pəhləvi kimi yerdə qız tərbiyəsi məsələsinə cürət edib əl vurmaq xatalar xatasıdır.
Amma məzhəb nəsihəti ki, ortalığa gəldi, daha iş düzəlir.
Bəlkə indi dəxi, inşallah, bir fəsad törəməyə. Mənim bunlarla işim yoxdur; mən tək bircə məsələnin həllində acizəm: aya görəsən, necə eləmək olar ki, dünya tərbiyəsi ilə məzhəb tərbiyəsi tuş getsin? Qız tərbiyəsi üçün məqalə sahibinin istinadgah qərar verdiyi Firəngistan əhli-qələmlərinin və mürəbbilərinin Firəngistan tərbiyəsi ilə “Şişgilan” ya “Dəvəçi” məhləsinin müqəddəs tərbiyəsini nə tövr bir yerdə sığışdırmaq olar?
Bunu bilsə idim – yaxşı olardı.
Dəli
“Molla Nəsrəddin”, 1 may 1926, №18
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-telimi-doxteran
Use ← → keys to move, R for a random poem
More by this author
Söhbət məktəb şagirdlərinə tənbeh etmək barəsindədir. Tənbeh də ona deməzlər ki, başlayasan şagirdə uzun-uzadı nəsihət eləyəsən. Çünki sən ona nəsihət edincə o da Krilovun “Dayının pişiyi” kimi bir ucdan əti yeyib, qurtaracaq. Hətta atalar da bunu deyiblər ki, Quran oxumağınan donquz darıdan çıxmaz.Müxtəsər ki, kötək lazımdır.
Qonaq[lıq] verməkQəza şəhərlərində oturan şura xidmətçiləri, əlbəttə xəbərdar oldular ki, hökumətin axırkı qərardadına görə, bundan sonra qəza işçiləri borclu olacaqlar, tez-tez kəndlərə gedib və əlaqələrini kəndlilər ilə sıxı saxlayıb onların harayına hər gün çata bilsinlər və onların ehtiyaclarına hər gün kifayət verə bilsinlər.Amma burada bir balaca söhbət var ki, bu barədə bir neçə söz danışmaq istəyirəm.
TəmizlikMay ayının 16-da hökumət tərəfindən şəhər hamamlarının təmizliyi barəsində sadir olan qərardadı oxuduq ki, on üç maddədən ibarətdir.Və lakin həmin qərardadı diqqətlə mülahizə edəndə məlum olur ki, burada ancaq əcnəbi millətlərin hamamları nəzərə alınır, nəinki müsəlmanların; çünki bu on üç maddədə bir kəlmə də olsun şəraiti-istehmam yaxud adabi-həna və nurədən bəhs olunmur.
Kəndlilərə yavıqBelə-belə sözləri qəzetlərdə çox yazanda mən qorxuram təzə həkimlərimiz bu sözləri öz üstlərinə götürələr. Çünki məlum şeydir ki, bu qədər xərc ki, cavanlarımızın ali təhsili yolunda qoyulur, kənd əhalisi də müntəzir ola bilər ki, darülfünundan ilbəil təhsilini tamam edən təbiblərimiz kəndli qardaşlarını yada salalar və bilələr ki, onlar ziyalı cavanların köməyinə çox möhtacdırlar.Amma mən bu barədə üzr istəyirəm və qəti surətdə deyirəm ki, novrəs təbiblərimizin kəndistana getməklərinin heç tərəfdarı deyiləm və bu iş də baş tutan iş deyil. Buna iki böyük səbəb var:
Poems by other poets · Satire
Vıveskayı türkcə yaz,Latınca yaz, rusca yaz.
Ədəbiyyat (20-ci nömrədə "Cinani"yə cavab)Çox eybculuq etmə, məndən senə vəsiyyət,Sanma ki millətində bilmərrə yoxdu qeyrət.
Saqi dolanım başına, Allahi sevərsənSaqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.
Can avtobusEy Bakı şəhrində hər tərif şayan avtobus!Sən ki, gəldin, çıxdı yaddan konka, dilcan, avtobus!