İsgəndəri-kəbirlər
Qədim əsrlər çox da fəxr eləməsinlər ki, onların İsgəndəri-kəbiri var imiş.
İndiki əsrin İsgəndəri-kəbirləri qədimki isgəndərlərə bir təpik də hələ vurublar.
Əsrimizin isgəndərlərinin birinci növbədəkiləri məşhur rus dramnəvisi Qoqolun kitabında rəvayət olunan tarix müəllimidir ki, İsgəndəri-kəbirin hünərindən sinifdə söhbət açan vaxt o qədər ağzı köpüklənib və o dərəcədə cuşa gəlib ki, stulları əli ilə qalxızıb sağasola tullayıb hamısını qırıbdır.
Və lakin, İsgəndəri-Rumiyə tarixin sonlarında padşahlardan iqtida edən çox oldu. Qərbi Avropanın İsgəndər padşahlarından başlamış, Rusiyanın üç nəfər taclı İsgəndəri öz taclarını əldən buraxmamaq yolunda o qədər azadlıq mucahidlərinin qırmızı qanını axıtdılar və o qədər mücahid boğdurdular ki, İsgəndəri-kəbir o qələti eləməmişdi. İndi də Albaniyanın hələ kal padşahı İsgəndəri-seyyüm, yaxud Əhməd Zoğu Mussəlinin əli ilə qazandığı krallıq tacını neçə-neçə Albaniya cavanlarının qanı ilə saxlayacaqdır.
Şöhrət xeyli qiymətli bir şey imiş. Padşahlıqla şöhrət qazanmağa müqtədir olmayanlar hər növ çalışırlar özlərini İsgəndəri-kəbirə bir tövr oxşatsınlar.
Bu yolda təlaş edənlərdən–Biləcəridə dəmir yolda çalışan Aleksey Raxmanindir ki, Biləcəri ilə Ələt stansiyası arasında stansiya növbətçiliyini daşıyır.
Aleksey Raxmanin. Bunun mən avqustun on birində vaqonda vaqon gözətçisinin üstünə hücum çəkib təhqir eləməyini gördüm: bir qədər də keçsə idi, gözətçini kötəkləyə də bilərdi, ancaq qatar müfəttişi (müsinn bir rus idi) özünü yetirdi və Raxmaninin havasını dəlilnəsihətlə yatırtdı.
Həmin dəmir yol İsgəndəri-Zülqərneynindən sonra fəth edən zəmanə isgəndərlərindən Car mahalında Dar-doqqaz kəndində dörd nəfər komsomoldur: bu ağrısını aldıqlarım bir gün eşidirlər ki, Carda Göyəm kəndində şənlikli bir toy var. Qoçaqlar lül keflənirlər, xəncər və tapanca bellərində atlanırlar və bir baş toya. Orada da, söz yox, çalmaq, oynamaq qalmaqalı, arvad və uşaq var. Lotular gözü qızmış atlarını bir baş çapırlar toy evinə. Car dairə naziri də orada imiş və bu dəlilərin qabağını saxlamaq istəyir.
Paha! Sən nə cürət edib bizim qabağımıza çıxırsan? Axı biz komsomoluq və xəncəri çəkib dairə nazirinin qarnına soxurlar. Oradaca biçarə dairə naziri can verir və ölür. Hərçənd bu dörd nəfər Dar-doqqaz isgəndərləri sair komsomolların da adını biabır edir; amma nə eləmək: meyvə bağında saf meyvələr arasında həmişə çürük-mürükləri də olur.
Budur zəmanəmizin İsgəndəri-kəbirləri.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 13 sentyabr 1928, №37
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-isgenderi-kebirler
Use ← → keys to move, R for a random poem
More by this author
S a l d a t : Həmşəri, zaçem tvaya qamsum tatar şaxsey-vaxsey başqa qinjal prapal.H ə m ş ə r i : Ağa saldat, patamu qamsı tatar zorba başqa rejim rabatay; məsələn, erməni takoy çalavert, qorxax, musurman qorxax bilməz, patamu indi qamsım urus, firənk, erməni, gürcü pasmatri musurman şaxsey-vaxsey mnoğo-mnoğo kriçit, kriçit, başqa vsyo qinjal, başqa vsyo qəmə, rejim, rejim, şaxsey rejim, patamu vsyo ingilis, vsyo urus, vsyo firənk qamsum gəlib pasmatri kakoy zorba pasmatri musurmandan qorxub delayet, tvoyo urus şto? Burnundan adin nemnoşko qan gələn kimi kriçit, ay umirat, ay doxtor, umirat. Patamu musurman zorba.
Allaha şükür olsunAllaha şükür olsun ki, axırı Bakıda da əmin-amanlıq bərqərar oldu. Doğrudan da, mən həmişə Bakının işlərini eşidəndə xarab olardım: həqiqət, bu qədər bədbəxtlik, bu qədər zülm və fəsad ki, Bakıda üz verirdi, heç bir yanda olmayan və eşidilməyən bir iş idi: gün olmazdı ki, küçə və bacada adam ölməsin, adam yaralanmasın, adam oğurlanmasın, heç kəs cürət eləyib küçəyə çıxa bilmirdi. Millətlər içində biabır olmuşduq. Xülasə, indi Allaha min şükürlər olsun ki, bunların hamısı bir günün içində götürüldü. Xudayi-taala dərgahından istədiyim budur ki, şəhər rəislərimizin və idarə üzvlərinin və cəmi şəhər rişsəfidlərinin bir neçəsinin ömrünü tulani eləsin.Vaqeən, insan fikirləşdikcə şad olur, düşündükcə qəmgin olur, qüssə etdikcə sevinir və sevindikcə az qalır ki, insan dəli-divanə olsun və bunların hamısı keçəndən sonra adamın ruhu şad olur.
Ticarət xəbərləriKeçən nömrələrin birində bir belə şəkil çəkmişik ki, hacılarımız Məkkəyə gedib qayıdandan sonra kasıblayıb yoluq cücəyə oxşayırlar.Dünyada hamı səhv eləyə bilər. Çox ehtimal ki, biz bu barədə həqiqətən çox kənarıq. Məsələn, Gəncədən yazırlar ki, Gəncə hacılarının əhvalatı bizim şəklə müvafiq gəlmir. Məsələn, Gəncədə elə hacılar var ki, Məkkəyə getməsəydilər, bu qədər dövlətə çata bilməzdilər və bu qədər hiylə yollarını öyrənə bilməzdilər və bu qədər hörmət qazana bilməzdilər. Yazırlar ki, Gəncə hacıları əgər Məkkəyə getməsəydilər, qohum-qardaşlarının on min manatlıq mülkünə sahib ola bilməzdilər və natariusda şərtnamə qayıranda bijlik eləyib mülk sahibinin adını şərtnamədən çıxarda bilməzdilər.
Pillə-pilləPillə pillədir.Bir il bundan qabaq millətlər gördülər ki, “bəli, əlbət, müsəlmanların ruhani rəisi belə olar”. Bəli, bir ay keçdi. Nə tövr oldusa, bir biabırlıq üz verdi. Belə olanda bizim qoşunlarımız uzaqdan baxa-baxa dedilər ki, “bəli, əlbət, elə şeyxülislam belə olar”.
Poems by other poets · Satire
Derlər, düşübdü İran səhmanə, əhsən, əhsən!Əhsəntü barəkallah İranə, əhsən, əhsən!
NovbaharŞad ol, könül ki, fəsl yenə novbahardır;Hər yerdə bəzmi-eyşü tərəb aşkardır.
Öymə nəsəbi, öyməyə şayistə həsəbdirÖymə nəsəbi, öyməyə şayistə həsəbdir,Gördük o müləvvəsləri kim, paknəsəbdir.
Ey olan xas şiəyi-HeydərEy olan xas şiəyi-Heydər,Ver qulaq, eyle bu sözü əzbər: