Mənim möhtərəm Kislovodsk tanışlarım – Vladimir Pavloviç və Valentina Pavlovna Aqapyevlər!
Sizdən ayrılandan sonra mən yanvarın 2-də Bakıya gəldim və yanvarın 7-də buradakı Semaşko adına xəstəxanaya girdim. Yanvarın 19-da xəstəxanadan buraxdılar və fevralın 20-dək ambulatoriyada müalicə olundum.
Bütün bu müddət ərzində mənim dərdim-sərim bu idi ki, qan təzyiqim xeyli qalxmışdı. Axırı bundan təngə gəlib, naxoşluğumu da, qan təzyiqini də yaddan çıxardım. İndi kefim necə istəyir, elə də yaşayıram. Bütün ümidimi, ancaq Allaha bağlamışam.
Bu mənim tərcümeyi-halım.
İndi isə Siz deyin görək: Vladimir Pavloviçin gözü necədir? Siz orada, Kislovodskda nə qədər qaldınız və nə vaxt, haraya yola düşdünüz? Valentina Pavlovnanın əhvalı necədir?
Əgər bu kağızım sizə çatsa, mənə bir-iki kəlmə yazmağa vaxtınız və imkanınız olsa, Sizin barənizdə dürüst məlumat almağımdan çox məmnun olaram.
Çox yazmağa halım yoxdur. Odur ki, kağızımı qurtarmaq istəyirəm.
Hələlik.
Sizə xoşbəxtlik arzulayıram.
Bu il haraya getmək fikrindəsiniz?
Sizə hörmət bəsləyən
Cəlil Məmmədquluzadə
“Molla Nəsrəddin” jurnalı redaktoru
Bakı, Staraya poçtovaya küçə, ev № 64
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-menim-mohterem-kislovodsk-tanislarim-vladimir-pavlovic
Use ← → keys to move, R for a random poem
More by this author
Dərədə yatmış idim, oyatdılar, oyanmadım,Bumuma tikanlan uzatdılar, oyanmadım,
Lal ol və danışma!Ey dil, dəxi dinmə və sükut et, səni tarı,Lal ol və danışma!
Danabaş kəndinin müəllimiKomediya, 4 məclisdəƏhvalat vaqe olur İrəvan quberniyası, Danabaş kəndində, miladi tarixinin 1895-ci ilində.
Birinci məclisDanabaş kəndinin kənarında xirmən. Bir bütün taxıl tayası, bir başı açılmış taya, haman kəndli Məşədi Ağakişi on iki yaşlı oğlu Əsəd ilə bahəm xırman döyürlər. Məşədi Ağakişi əlində yaba, küləşi eşələyib qarışdırır. Bir vələ iki öküz qoşulub; Əsəd minib vəlin üstə və öküzləri çubuq ilə sürür. Tayanın kölgəsində bir köpək yatıb, dilini çıxardıb istidən ləhləyir. Bir tərəfdə tayanın dibində su bardağı, çörək düyünçəsi, əyin paltarı və bir neçə boş çuval. Məşədi Ağakişi başına dəsmal bağlayıb; ata və oğul, isti olmağa görə, köynəkçəkdirlər. Hər ikisinin ayağında çarıq. Əsəd “he-he” deyə-deyə öküzləri sürməkdə idi ki, qonşuları Kərbəlayı Mirzalı tələsik xırmanə çatıb, tövşüyə-tövşüyə xəbər verir.Kərbəlayı Mirzalı. Məşədi Ağakişi, bilirsən nə xəbər var? Evin tikilməsin, bu sabah kəndə, mən deyə bilərəm ki, yüz də olmasa, bəlkə əlli atdı gəldi; hamısı da böyük-böyük adamlardı. Qanmıram bu nə sirdi?
Poems by other poets
Yardan ayru bolublən canü dildən mədfəri,Öz-özümni öldürürmən kim nişə qaldım diri.
Sayad əmməniOvçusan, gəzirsən dağ damanında,Sən Allah, öldürmə sayadam məni.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,
از دست و سنانت آب و آذر خیزدوز خشم و رضات زهر و شکّر خیزد