Nisyə mal ötürmək
Söhbət qulluqçulara nisyə mal buraxmaq üstündədir ki, bunu nə cür başa düşmək.
Söz burasındadır ki, doğrudan da indi qış gəlir və ev üçün, uşaqlar üçün hər növ yalavaclıq lazımdır. Hazırda Allah atalarına rəhmət etmişlər qulluqçuların halına yanıb onların gələcək məvacibləri hesabında indidən bir xeylək paltarlıq mal buraxırlar və insanın da gözünə gəlmir. İndi adam qənimət bilir ki, malı alsın qoysun evinə və yavaş-yavaş işlətsin. Axırda da Allah kərimdir, məvacibindən ayda dörddən bir hissə çıxarlar, bir də görərsən ki, borcun da qurtarıb gedibdir və paltarın da əynindədir.
Ancaq burada bircə şey var ki, o da işi bir azca xarablayır: biri budur ki, sənə verilən “çekin” beş-on gün müddəti var, gərək hər necə olmuş olsa, malı bu beş-on gündə alıb oradan çıxasan. Odur ki, sən tələsirsən, hər necə olmuş olsa, çekin müddətini itirməyəsən; yoxsa çek gücdən düşər və sənə zərər olar.
Onunçün də kooperativə girərkən, görürsən ki, adam əlindən qiyamətdir və çox saatları itirəndən sonra, darıxandan sonra, basabasa düşəndən və çıxandan sonra, bəxtinə çıxan parçanı adamların başının üstündən bir tövr alıb Allaha şükür eləyirsən və qan-tər içində gedirsən evə, görürsən ki, ocağın altı keçib, uşaqlar ac qalıb, eləcə yuxu tutub yatışıblar. Allahın altında bircə basabas olmayaydı!
Qaldı bircə dənə eybi, onu bir istəyirəm deyəm, bir də qorxuram kooperativçi qardaşların kefinə dəyə.
Bax, ona söz yox ki, bazarda xüsusi alverçilərdə bu mallar yoxdur; olsa da birə-iki qiymətə baha satacaqlar və bu barədə kooperativlərin varlığına minlərcə “yaşa” söyləyirəm, ancaq “bəşərtiha!”. Ancaq bu şərtnən ki, bu ucuz satılan kooperativ malları axırda çürük çıxmayalar; yoxsa Allah şahiddir ki, keçən vaxtlar “palatno” adına alınan köynəklik ağların bir parası “o söz”, yəni – kooperativçi yoldaşlar inciməsin
– vallah çürük çıxdılar.
Əlbəttə, demək olmaz ki, həmişə belə olacaq və mən də bari pərvərdigardan istiğasə edirəm ki, bundan sonra bu qədər məşəqqət ilə, “oçered” ilə və bir-birlərini dümsükləmək və itələməklə alınan mallar çürük çıxmasınlar və o mallar barəsində çeşmə kimi tər tökən bacıları axırda kor və peşman etməsinlər.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 6 noyabr 1926, №45
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-nisye-mal-oturmek
Use ← → keys to move, R for a random poem
More by this author
Dünyada çox az ittifaq düşüb ki, birisinə cavab verməyə aciz qalam. Həmişə hazırcavab olub, hər bir kəsin sözünü haman saat rədd eləmişəm. Amma dünən bir söz məndən soruşdular və mən cavab tapa bilməyib məəttəl qaldım.Dünən küçədə nuxalı dostlarımdan birisi mənim qabağımı kəsib başladı məni məzəmmət eləməyə ki, “a kişi, hələ utanmırsan da köhnə sultanı pisləyib təzəni tərifləyirsən?” İstədim ki, dostumun cavabını verəm, tez cibindən təzə sultanın şəklini çıxardıb, tutdu qabağıma və bir az hirsləndi və başladı:
Üç yüz milyon maşallahAxır vaxtlarda bəzi “millətpərəstlərimiz” bir cür “mücahidliyi” özlərinə adət eləyiblər: məsələn, xata olur ki, bir nəfər Məşədi Həsən əlində bir kasa qatıq yol ilə gedən yerdə, bir nəfər İvan buna naqafil toxuna və məşədinin qabı əlindən düşə və qatıq tökülə yerə. Bunu eşidən kimi “millətpərəstlərimiz” o saat çıxırlar bir uca damın üstünə və əllərini qulaqlarına qoyub bar-bar bağırırlar: “Ay müsəlman qardaşlar, görürsünüzmü ki, haramzada İvan murdar ola-ola necə müsəlmanlardan utanmadı, necə üç yüz milyon bir camaatdan qorxmayıb Məşədi Həsənimizin qatığını tökdü küçədə torpaqların üstünə. Vay-vay!.. Ar olsun bizə, hələ durub baxırıq, hələ bu binamusluğu qəbul eləyirik!..”Amma mən deyirəm ki, belə millətpərəstliyin istotu bir az çoxdur, az qalır adamın ağzını yandırsın. Mən belə qanıram ki, İvan əgər qəflətən Məşədi Həsənin qatığını tökmüş olsa, günahı o qədər azdır ki, bundan ötəri minarəyə çıxmaq lazım deyil. Əgər qəsd ilə tökülmüş olsa, burada İvana bir balaca nəsihətdən savayı heç özgə bir atılıb düşməyə ehtiyac yoxdur.
QənaətAtalar yaxşı deyiblər ki, qənaət kimyadır; hər bir şey çox işlənsə, əlbəttə tez qurtarar. Götürək Nuxa cavanlarını ki, bir-birilə müsəlmanca danışanda müsəlman sözlərinə qənaət eləyib, aralığa rus sözləri qatırlar. Və yaxşı da eləyirlər; əgər belə eləməsələr, yəni əgər müsəlman sözlərini çox işlətsələr, əlbət ki, yavaş-yavaş qurtarar; çünki bir şey çox sərf olunsa, tez də qurtarar.Xüsusən, pul.
Qurddan çoban“İttifaq” qəzetəsinin 112-ci nömrəsində “Qurddan çoban” adlı məqaləsini uzaqdan görən kimi öz-özümə dedim ki, vallah, bu qəzetələr bilmirəm bu mollalardan nə istəyirlər, nə daraşıblar bu axund və əfəndi və şeyx və müftilərin canına? Başdan bir-iki sətir oxuyub gördüm ki, söhbət Türküstan vilayətindən başlanıb və mən o saat yəqin elədim ki, məqalə sahibi Səmərqənd müftisi Məhəmməd Bəqa xasəyə qurddan çoban ad qoymaq istiyir. Bir az da məqalədən oxudum gördüm “Türküstan vilayəti qəzetəsi”nin də söhbəti aralığa gəldi və indi dəxi lap yəqin elədim ki, bəli, biçarə Məhəmməd Bəqanın evi yıxıldı. Yəqin elədim ki, məqalə sahibi axırda mətləbi bu yerə yetirəcək ki, Səmərqənd müftisinin başına özgə bir qəzetə qəhətdir ki, Ostroumov kimi bir misyonerin qəzetəsində uzun-uzun felyetonlar yazır.Hərçənd məqalədə Məhəmməd Bəqa xacənin adı yoxdur, amma vallah, bu bijliklər keçməz. Xacə əfəndini belə fəndlər ilə tovlamaq olmaz. Bu ona oxşuyur ki, “qızım, sənə deyirəm, gəlinim, sən eşit”. Əgər həqiqətdə Ostroumov özünü qoyub misyonerliyə və öz qəzetəsi vasitəsilə öz murdar fikrini Türküstan vilayətinin ikiayaqlı heyvanlarına soxmaq xəyalındadır, - elədə bəs Səmərqənd müftisi niyə öz qələmi ilə bu qəzetəyə şərakət edir? Dadaşım, əgər Ostroumov misyonerdi, elədə Məhəmməd Bəqa əfəndi də oldu onun qardaşı və yoldaşı. Əgər sən sübuta yetirsən ki, xeyr, Səmərqənd müftisi misyonerə yoldaş ola bilməz, o vədə mən də səndən təvəqqə edirəm ki, Məhəmməd Bəqa əfəndiyə də bir ad qoyasan.
Poems by other poets · Satire
Derlər, İran günbəgündən xar olur, əlbəttə ki!Səhhətin hifz etməyən bimar olur, əlbəttə ki!
Nakam şairO qədər yazdı ki, dəftərlərə, əldən düşdü,Çox özündən dedi, “mən”, “mən” dedi, dildən düşdü.
Ağam caniÜzümdə zahir etsəm nuri-imani, ağam cani,Düşürrəm ərşi-əladən Məsihani, ağam cani.
«Kefsiz»ə nəzirəYarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.