Nə olardı ki, dünyada yaxşılıqdan başqa heç bir şey olmayaydı; nə yalan, nə palan, nə oğurluq, nə quldurluq, nə zülm, nə sitəm–bunların heç biri olmayaydı!..

Gərək əyrilik olmayaydı – düzlük olaydı; bahalıq əvəzinə ucuzluq olaydı; cibgir uşaqlar məktəblərdə gizlənəydi və Bakının bazar-küçələrindən zibil ildə bir dəfə süpürülüb təmizlənəydi.

Gərək Naxçıvan ölkəsinin müdirlərinin çoxu yerli əhalidən və azı gəlmə əhalidən olaydı, nəinki müdirlərin azı yerli əhalidən və çoxu gəlmələrdən olaydı (çünki gəlmələrin bir parası deyir: “canı cəhənnəmə”).

Nə olardı hər bir şey öz yerində olaydı: məktəbdə müdərrislik edən

– dükanda olaydı və dükançılığa məcbur olan – məktəbdə dərs deyəydi; çəkməçi öz çəkməçiliyinə məşğul olaydı, zərgər də öz zərgərliyinə. Dəllək baş qırxaydı və mühəndis körpü tikəydi (çünki elə olsaydı, baş qanamazdı və körpü uçmazdı).

Həmçinin nə olardı ki, firqədən kənarda qalanların bir parası firqədə olaydı və firqəyə daxil olanların bir para yaramazları firqədə olmayaydılar.

Nə olardı ki, qolçomaqlar tərəfindən quyulara qaranlıq gecələrdə oğurluğunca tökülən taxılın hamısının yerini rəml elmi vasitəsilə biləydim: onda hamı görərdi ki, taxıl tədarükü nə deməkdir.

Nə olardı ki, mənim bu məqaləmi oxuyub dərk edən olaydı!

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 17 oktyabr 1929, №42

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Şütüri-zəman

Bu axır vaxtlarda mən bazardan keçəndə görürəm ki, tək-tük bazar əhli qəzet oxuyur, bir-birindən soruşur ki, bu Almaniyadakı “şütürizəman”ın mənası farsca zamanın dəvəsi deməkdir?“Molla Nəsrəddin” idarəsi tərəfindən cəmi bazar əhlinə elan olunur ki, onlara hərdən bir ittifaq düşüb qəzet oxuyanda “Şütüri-zəman” Almaniya baş vəzirinin adıdır ki, onu rus əlifbası ilə “Ştrezeman” yazılır, yeni türk əlifbası ilə də “Ştrezeman” yazılır, amma ərəb hərfləri ilə yazanda doğrudan da “zəmanənin dəvəsi” çıxır.

1 min
Qaranlıqda

“Şəki fəhləsi” qəzetinin 96-cı nömrəsində axırıncı səhifədə oxuduq: “Əmələ müxbirlərimizdən. Təəccüb ediləcək bir hal.Keçmişdə deyirlərdi ki, çəkməçinin çox vaxt ayağı yalın olur, eləcə də azərbaycanlı olub neftsizlikdən qaranlıqda qalmaq da təəccüb ediləcək iş deyildir. Bir aya çatar ki, qəzamızın fəhlə-kəndliləri neft olmadığından gecələr qaranlıqda qalırlar. Bütün kəndçi-fəhlələr günüzlər axşamadək əllərində neft qabları gəzirlər, bir girvənkə neft tapmırlar. Doğrudur, əlacsız qalıb girvənkəsinə üç-dörd yüz milyon verib xəlvət alanlar da olur... ”

2 min
Şərq qadını

“Şərq qadını” məcmuəsi çıxmağı münasibətiləBaşıbəlalı bir məsələ, xəta-bəlalı bir danışıq... Qan qoxusu gəlir, barıt tüstüsü görsənir, qeyrət hissi oyanır!..

2 min
Kimdən ötəri

Bu yeni hürufat kimdən ötəri icad olundu?Bu barədə çox danışıq var və bu məsələ çox dolaşıq məsələdir.

1 min

Poems by other poets · Satire