Təfavüt
İran ya Şirvan – heç təfavütü yoxdur, amma iranlı ilə şivanlının təfavütü çoxdur, bir az açıq danışaq ki, hamı başa düşsün. Məsələn, iranlı Sadıq və şirvanlı Rza, bunların təfavütü çoxdur. Hərçənd bunların ikisi də Allah bəndəsidir, amma sözüm burasındadır ki, əgər Sadıq Rzaya zülm eləsə, Sadığın atasını yandırarlar, amma Rza Sadığa zülm eləsə, keçib gedər, ondan ötrü ki, Sadıq İran rəiyyətidir, amma Rza şirvanlıdır.
Bunların təfavütü budur ki, Sadıq iranlıdır, amma Rza şirvanlı.
İstər İran olsun, istər Şamaxı – təfavütü yoxdur. İranda da Rza Sadığa zülm eləsə – keçib gedər, çünki Rusiya təbəəsidir, Şirvanda da zülm eləsə – keçib gedər, ondan ötrü Sadıq iranlıdır, qəribdir.
Demək ki, burada məkanın təfavütü yoxdur. İranda da birdir, Şirvanda da birdir.
İki ildir ki, Sadıq Şamaxıda Rzanın çörəkçi dükanında xəmir salırdı. Amma axırda istədi çıxsın və çıxıb getdi özgə dükana.
Əhvalat uzundur və çoxları üçün lazım olmayan bir hekayətdir. Müxtəsər, axırda Sadığa bir neçə güllə dəydi.
Amma Rzanın bacısı oğlunun əli bir az cızıldı.
Niyə, nə səbəbə? O səbəbə ki, Sadıq Rzanın sözündən çıxdı və ömrünün axırına kimi Rzanın dükanında qalmadı.
Və lakin heç təfavütü yoxdur; İran və yainki Şirvan. Əgər bu iş İranda da ittifaq düşsəydi, genə Sadığa zülm olunacaq idi, ondan ötrü ki, Rza Rusiya rəiyyətidir. Bundan da bu çıxır ki, Sadığın bədbəxtliyi məhz buradadır ki, İran rəiyyətidir.
Bəs, qardaşlarım, İran ilə Şirvanın heç təfavütü yoxdur, amma iranlı ilə şirvanlının təfavütü çoxdur.
İndi bizim əsrimizdə iranlı olmaq başa bəladır.
Lağlağı
“Molla Nəsrəddin”, 19 may 1908, №20
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-tefavut
Use ← → keys to move, R for a random poem
More by this author
Rusiyada və Yevropada nəşr olunan qəzetələr ha yazırlar ki, müsəlmanlar çalışırlar “ittihadi-müslimin” düzəldib birləşsinlər və əcnəbi millətlərə zor edib, bütün yer üzünə sahib olsunlar.Bir adam lazımdı ki, gedə yapışa bu qəzetləri yazanların əlindən və gətirə Qarabağa və Qarabağın bir para vaizlərini nişan verə; haman vaizləri ki, camaatı yetmiş iki tirəyə bölməkdən savayı özgə bir işləri yoxdu.
MeymunlarHürriyyət və hüquq davası düşəndən indiyədək heç bir müsəlman məclisi olmayıb ki, orada bir obrazovannı müsəlman ayağa durub deməsin: “Hökumət qoymayır məktəblərdə ana dilimizi öyrənək”.(Hələ məzəsi budur ki, bu nitqləri hamısı urus dilində söylənir və niyə urus dilində söylənir? – bu sirdən də indiyədək heç kəs baş aça bilməyib).
Danabaş kəndindənAxund dadaş, o bir məsəl var… deyərlər, filankəs çox bicdi… indi… xa xa xa xa … əgər gülmək qoysa deyərəm… ha ha ha ha… ay vay, qarnımın dərisi az qaldı yırtılsın… xa xa xa xa xıx xıx xıx ə ə ə, vah, vah, vah, vah vay dədəm vay… lənət şeytana. A kişi, zəhirmar gülmək gələndə adam az qalır ağlasın, hə, istərəm onu deyəm ki, zaddı o nədi… Görüm nə deyəcək idim… Yadımdan çıxdı… Hə… yadıma düşdü… Bu yaponiyalılar nə bic adam imişlər… Dünən qəzetdə oxudum ki, bir yaponiyalı Milan şəhərindən bir qızı zornan çığırdaçığırda, bağırda-bağırda götürüb qaçıb, xa xa xa xa, xıx xıx xıx, ha ha ha ha…vay dədəm vay… A başına dönüm, bilmirsən nə qədər gülməyim gəlir…Bu yaponiyalılardan haramzada millət yer üzündə gərək ki, olmasın. Xa xa xa xa, qoymayın, canım çıxdı, bağrım çatdadı… Görüm nə deyəcək idim…Hə, qızı çığırda-çığırda aparır Almaniya torpağına və Almaniya keşişlərinə bir torba qızıl verir ki, qızın kəbinini kəssin. Xa xa xa xa…A başına dönüm gülmək qoymur ki, sözümü tamam eləyim, keşiş razı olmur və deyir ki, qızın razıçılığı olmayan yerdə Allah da razı olmaz, insaf da razı olmaz. Xa xa xa xa… Sonra qızı gətirir Rusiya torpağına, burada da rəfiqin işi tutmur… Hı… necədi, indi başına nə çarə qılacaqsan? Xa xa xa xa, yazıq kişi yaxşı kələyə düşdü. Müxtəsər, yeddi cür məmləkətə və yeddi cür millətlərin içinə qızı apardısa hər yerdə keşişlər dedilər ki, qız çığıra-çığıra ona kəbin düşməz. Xa xa xa xa. İndi canını hara qoyacaqsan? Xıx, xıx, xıx, lotunun işi xarabdı… Xa xa xa, vay dədəm vay… Yaman dərddi, Allah heç kəsə göstərməsin. Yazıq nə eləsin, əgər qızı çığırda-çığırda dalına alıb Yaponiyaya aparsa, Yaponiya keşişləri nəinki kəbin kəsməzlər, hələ bəlkə tutub onu boğarlar, ondan ötrü ki, bütpərəst ola-ola yaponiyalılar qızı zornan bir kişiyə arvad eləməzlər…Xa xa xa… İş nə yaman yerdə dayandı!..
MıncıqBirisini tovlayıb, əlindən var-yoxunu alanda heç insaf deyil ki, bunun əvəzində onun əlinə bir şey verməyəsən. Dörd yüz il bundan irəli avropalılar Amerikanın vəhşi adamlarını tovlayıb, qızıllarını alanda, heç olmazsa, əvəzində onlara əlvan mıncıqlar verirdilər.Bəli, dörd yüz il bundan irəli Amerikanın meşələrində üryan gəzən hindilər aldanıb, qızıllarını Avropa müsafirlərinə paylayanda yenə əvəzində, heç olmazsa, iki qəpiklik əlvan mıncıqlar alırdılar.
Poems by other poets · Satire
Səndən ayrılandan sonra, Nəsir bəg!İstədim qayıram bir nəzmi-göyçək!
Yumruq (1)(1)Niyə salmışsan, adə, bir belə boş qovğanı,
Oğulun cavabıMəni təhrik eləmə alverə, vicdansız ata!Qəlbsiz, duyğusuz, anlaqsız ata, şansız ata!
Yubiley aşiqiYubiley istəyirəm, yubiley istəyirəm,Çox az şey istəyirəm, çox az şey istəyirəm,