Yemək bayramı
İnsanlar həmişə Allahı aldatmaqda olublar, amma Allah da onların fəndini çoxdan duyubdur.
Götürək bu bayrambazlığı: indi də pasxa bayramı yavuqlaşır və xaçpərəstlərlə yəhudi millətləri pasxaya hazırlaşmaqdadırlar.
Bu hazırlaşmaq nədən ibarətdir? Müsəlmanlar qurban bayramına qoyun-quzu tədarük edən kimi, bunlar da bayram süfrəsinə düzmək üçün donquz balasını və toyuqları büryan etməyə hazırlaşırlar. Ancaq Allah özü millətlərinin bicliyini səndən də, məndən də yaxşı görür.
Dərhəqiqət: sən əgər haqq və həqqaniyyət axtarırsan, bəs nə səbəbə bu bayram günlərində qarınqululuqdan başqa özgə bir savab işlərə məşğul olmursan? Nə səbəbə süfrə başında əyləşib ləzzətli yeyib içmək əvəzinə əlsiz-ayaqsızları yada salmırsan, onların hər bir rast gələnini doyuzdurmursan, xeyir işlərdə özünü kənar saxlayırsan (çünki eyşü-işrət səni elə bərk məşğul edir ki, dünya yadına düşmür).
Dünən bir yekə dəstə pasxabaz insanlar bazarda növbəyə durmuşdular. Nəyə? Toyuq-cücəyə. Toyuğun biri neçəyə satılırdı? Biri dörd manata. Sabahdan müsəlmanlar qurban üçün qoyun-quzuya növbəyə duracaqlar. Biri neçə(yə)dir? Əlli manata.
Söz yox ki, burada pasxa-masxa, qurban-murban bir bəhanədir; yoxsa sən əgər doğrudan da Allahı sevənsən, dəxi bu qədər yeyib-içməyin Allah məhəbbətinə nə dəxli var?
Xülasə, bu qədər biclik heç lazım deyil. Allah əgər varsa, özü bu işləri yaxşıca görür. Əgər yoxsa (elə yoxa da oxşayır), o da özgə bir məsələdir.
Xülasə...
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 25 aprel 1929, №17
Kitabxana.az · https://kitabxana.az/en/works/memmedquluzade-yemek-bayrami
Use ← → keys to move, R for a random poem
More by this author
Dedik bəlkə təzə müştərilərimizə təqvim və kitabçalar paylamaq vasitəsilə oxucularımızın qədərini bir az artıraq; amma Allah şeytana lənət eləsin; gündə gəlib, başımızın üstünü kəsir və başlayır ki, məsəla, götürün məcmuənizdə yazın ki, Təbrizdə vəliəhd “şahsevən” quldurlarını başına cəm eləyib, göndərir İran kəndlərini və şəhərlərini talan etdirir və bu cür qarət olunan malların bir hissəsini quldurlara paylayır, bir hissəsini özü götürür.Məcmuəmizdə bu əhvalatı vəliəhd Məhəmmədəli Mirzə oxuyan kimi hökm eləyir məcmuəmizi İran sərhəddində yandırsınlar.
Gimnaziyada təzə məscidYazırlar ki, yunan filosofu məşhur Sokrat dörd yaşında olan zamanlar bir gün bıçağı götürüb gedir durur aynanın qabağında və öz surətinə baxa-baxa deyir:– Ay mənim gözlərim və ay mənim qulaqlarım! Allaz sizi mənə ondan ötrü verib ki, mən siz ilə dünyanı görüm və eşidim. Əgər siz mənə necə ki, lazımdır qulluq edəcəksiniz, – xub; əgər etməyəcəksiniz, bu saat mənə məlum edin ki, bu bıçaqla mən sizi tələf edim. Bəli, görüm sözüm harda qaldı?.. Hə, gimnaziyada təzə məscid. Neçə ildir ki, Tiflisdə əvvəlinci zükur gimnaziyasının uşaqları müəllimlərinə şikayət edirdilər ki, Şeytanbazarda məscidə gedəndə müsəlman baqqalları bizə elə ha deyirlər: “Oxqay, oxqay, oxqay!” Müəllimlər əvvəllər uşaqların sözlərini başa düşmürdülər; ondan ötrü ki, haman müəllimlər rus, gürcü, polyakdırlar və o millətlərin içində kişilər məhz övrətlərə deyirlər: “Oxqay!” Amma müsəlman içində həmi balaca uşaqlara deyirlər “oxqay”, həmi rus xanımlarına deyirlər “oxqay”.
Doqquz yaşındaDivanə könül, dəxi usan, yal ağarıbdır,Bir güzgüyə bax gör ki, pərü bal ağarıbdır,
İranın Batum konsuluna başıbağlı məktubÖzgə oxucularımızdan xahiş edirik bu məhrəmanə məktubu oxumasınlar*Fədayət şəvəm!
Poems by other poets · Satire
Təsir eləyib millətə röyası axundun,Xülyası, müəmması, təmannası axundun.
Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”)Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
Füzulini beştətməYoxdur aləmdə dəxi qüssevü dərdü məhənim,Vardı hər yerde menim bollu suyum, bollu dənim,
“Novator”un nitqiÇoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.