Bu, xud Vərqayi-məhzunun münacatıdurur həqqə
Ey payə düzən bu çar taqə,Vey dövr verən bu nöh rəvaqə.Milad çü amədü nəvabit,Səyyaratü degər səvabit.Elmin rəqəmində cümlə mə’lum,Hökmün qələmində cümlə məhkum.Səndin qəmunun muradi hasil,Zaresən, olar sənə əvamil.Rəhm eylə mənə ki, natəvanəm,Qıl bəstə şikəsteyi-zəmanəm.Acizlərəsən müinü qəmxar,Mən acizə gör nədür səzavar!Səyyarəvü çərxü sabitati,Gördüm qəmunun nədür sifati.Qət’ oldu çü cümlədən ümidim,Heç birindən olmadı nəvidim.Bildüm munu, ey həkimi-dana,Cümlə yetürür sənə təvana.Həqqa ki, bu fər’ə əsl sənsən,Sazəndeyi-hicrü vəsl sənsən.Düzdin rüxi-hüsnə sən cəmali,Verdin ona qayəti-kəmali.Həm eşqi sən eylədün cigərsuz.Nə suz ki, şəm’i-aləməfruz.Çəkdün məni bənd edüb bu damə,Saldun qəmü möhnəti-müdamə,Çün sən qıldun qəmə giriftar,Həm sən qılgil ə’laci-bimar.Yə’ni ki, ümidim eylə hasil,Cananəyə canım eylə vasil.Sənsən üç müəllifi-xəvatir,Tədbirdəyəm ə’lacə qasir.Sayən kimə düşsə möhtərəmdür,Cövrün qəmu şəfqətü kərəmdür.
Mərhəm dili-zəxmə dərdi-qövrünƏdl oldu həqiqət içrə cövrün.Likən bizə yoxdur ol təhəmmülTa hikmətinə ola təvəkkül.Versən əgər imtidadi-hicran,Qıl qüvvəti-səbrimi firavan.Vergil mənə istədükdə kamım,Saxla bu həvadə nəngü namım.Sungil mənə rahi-səbrdin cam,Qılma məni xəlq içində bədnam.Sən görmə rəva durub zəmanə,Məndin düzə tillərə fəsanə.Çün məndədür atənün ümidi,Ümmiddin ona ver nəvidi.Qılma ani naümid məndin.Vergil əlinə kilid məndin.Eylərdi bu tərz ilə münacat,Qazisinə ərz edərdi hacat.Gah eyləyübən hücum sövda,Anın başına dutardı qovğa.Ta saxlıya xəbtdin dimaği,Ta dolmuya sərsər ilə baği.Ol sahibi-namü nəngü təmkin,Dərdin öz-özə qılardı təlqin.Tənhalıq edüb özünə pişə,Bu bir qəzəli oxur həmişə.
Kitabxana.az · https://kitabxana.az/en/works/mesihi-bu-xud-verqayi-mehzunun-munacatidurur-heqqe
Use ← → keys to move, R for a random poem
More by this author
Əfsun oxudu sipəhri-dəvvar,Ta tişrəyə saldı möhrəsin mar.
Bu, dutmaq Əntəri dördünci rəzmi-pəhləvandürVerdi dögübən şükufəsin zud,Narinci-tər ol nihali-məqsud.
Bu, sülh etməgidür şahilə ol qövmi-pərişanınHər söz dedilər vəziri-Əntər,Rədd eylədi cümləni sərasər.
Budur, Vərqa alub xalusini ol Əntəri verməkKeçdi gecə, sübh oldu tale’Dərban açdı dəri-məsafe’
Poems by other poets
Gecə gündüz dad-fəryad eylərəmMəni bu hicrana salan yar hanı
Göndərib lütflə, ey dil, mənə dilbər kağızGöndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.
Gəraylı: Ey saqi, dolana-dolanaEy saqi, dolana-dolana,Dolduruver müştaq olana,
Iqbalnama, chapter 12مغنی ره باستانی بزنمغانه نوای مغانی بزن