Contents
  1. 1
  2. 2
  3. 3
  4. 4
  5. 5

Page 1 of 4

1

Hələlik darıxmayın, mən Əkbərin cavanlığından danışmaq istəyirəm.

O, bəzəkli, təntənəli, gurultulu saraylarda gün keçirməmişdi. Yerişi ilə nişanlayan, kirpiyi ilə oxlayan, baxışı ilə xumarlanan, nazı ilə canlar alan xanımlar görməmişdi. Süfrəsi ilə bərq vuran şərab məclislərində sağlıq deməmişdi. Cəbhələrdə döyüşməmiş, vuruşmalarda igidlərlə qarşılaşmamışdı, həmlə, zərbə dadmamışdı.

Əkbər elm adamı, kitab düşgünü də deyildi. İşdə, həyatda gözə çarpan bir qabiliyyəti də yox idi. Natiqəsi zəif idi. Bəzi mühəndislər kimi, beş kəlməni bir-birinə calayıb içindən məna çıxarmağı bacarmazdı.

Yoldaş oxucu, deyəsən, ürəyinə yatmadı? Dodaqlarını büzüb ayağa qalxmaq istəyirsən...

Gəncsənsə, yəqin düşünürsən: "Əzizim, belə tiplərin ədəbiyyatda nə işi? Bunun sənətə layiq bir xasiyyəti yoxdur. Bir adam ki ürəyində qız yarası görməyə, söyüd kölgəsində bir təbəssüm üçün hönkür-hönkür ağlamaya, eşq badəsini nuş etməyə, dünyanın, varlığın iyini bir tikməli yaylıqdan almaya, bir qəmzədə min bir məna oxumaya..."

Yaşlısansa, dünyanın yalnız istisini yox, soyuğunu da dadıbsansa deyəcəksən: "Mübarizə görməyən, səyahətə getməyən, biliksiz, təcrübəsiz adamdan nə ibrət almaq olar?"

Əkbər siz deyən adamlardan olmasa da, özünə görə ibrətli həyat yolu var. Onun cavanlığı göl kimi sakit keçməmişdi. Onun gözü bənna şagirdliyində açıldı. İllərlə usta Murtuzun yanında sənət öyrənərdi. Bir də görərdin səhər açılmamış usta Murtuz adam göndərib tapşırardı:

– Əkbər, durma gəl!

Əkbər dərhal anlardı ki, iş var. Palçıq təknəsini, çiynini ağrıtmasın deyə tikdiyi köhnə arxalığı götürüb cumardı. Ustası, görərdin, filan tacirin, bəyin, mirzənin, axundun evini tikməyi boynuna götürmüşdür. Fəhlələr yer qazar, evin binəsini qoyar, usta taraz ilə ölçər, ip uzadar, başlayıb divarı qaldırardı. Əkbər torpaq gətirər, palçıq tutar, daş daşıyardı. Fəhlələrin hamısından çox işlərdi. Gün muzdunun isə yarısını alardı, çünki, usta Murtuz ilə qabaqcadan şərtləşmişdi: usta ona bənnalıq öyrədirdi, o da muzdunun yarısını ustadan almazdı. Bunu da ona görə edərdi ki, sənət öyrənsin, əli çörəyə çatandan sonra rahatca otursun, az işləyib, çox istirahət eləsin, çoxlu çay içsin, bu ağır, yuxusuz günlərin yorğunluğunu, əzabını canından çıxartsın.

Cəld işlədiyinə görə usta Murtuzun ondan xoşu gələrdi:

– Şagird deyil, igiddir, igid! Tikintinin fəndini öyrənsə, işin çəmini tapsa, ustaların əlini taxtaya bağlayacaq! Pah! İnsan da belə işçil olar? Əjdaha kimidir!

Bir il, dava düşən ili tacirlərin gəlhagəli idi. Hansı baqqalı dindirsən, alaxana-balaxanadan dəm vurardı. Şəhərin dar küçələri, sıx həyətləri, qaranlıq damları onları təmin etmədi. Kənarlara, yoncalıq, dirrik yerlərinə çəkildilər. Pulun gücünə beş ay ərzində koma-koma evlər tikildi. Bənnanın iş günü az qala, bir qızıla çıxmışdı.

Bunlar usta Murtuzun ürəyinə yatırdı. O çox işləyir, çox da qazanırdı. Sutkanın on altı saatını damda, divarda keçirirdi.

Əkbərin qoçaqlığı indi gözə çarpırdı. Günün yandırıcı istisində, təkin çiynində tər tökə-tökə nərdivanı qırğı kimi dırmandığını görənlər dayanıb tamaşa edirdilər. Onun ustaya kərpic atmasına, hətta palçıq dolu nknəni, baratam "ya mədəd" - deyib, yuxarı tullamasma hamı mat qahrdı. Camaat əlini-əlinə vurub, heyrət etdikcə Əkbər qızışırdı, təknəni daha çox doldurar, daha etinasız atardı, özü də irəli yeriyib, təknənin altında durardı.

Bunun böyük mənası vardı. Başını aşağı salıb divarın dibində durmaqla demək istəyirdi: "Başımı verirəm! Düz atmamışamsa, qoy düşüb başımı parçalasın."

Usta Murtuz hərdən bir kişinin həyətində işlərdi. Bənna-fəhlənin xörəyini də iş sahibi verərdi. Nədənsə, qadınlar fəhlələrdən gizlənməzdi. Əkbər bundan əsəbiləşirdi: "Necə yəni? Biz kişi deyilik?"

Əlipaşanın həyətində Əkbər bir ev qulluqçusu gördü. Kaş ki, heç görməyə idi! Kişi durduğu yerdə pozulub haldan getdi.

Nə olar, qız görəndə? Adam qız da görər, qız ilə danışar da, zarafatlaşar da, şəhər yerində qol-qola verib, gəzər də...

Əkbər bunu bilirdi. Qonşu qızı Bilqeyis ilə o qədər qum-qum, gizlənpaç oynamış, o qədər əl-ələ verib kəpənək tutmağa, quş yuvası axtarmağa getmişdi ki...

Ancaq heç bu günə düşməmişdi!

İndi, nədənsə, gözü qulluqçu qıza sataşan kimi birtəhər oldu. Deyəsən, gözünə işıqüzünə qırmızı, könlünə xəyalat gəldi.

Qız göy köynək geyinmişdi, quyudan su çəkib, vedrələrə tökürdü, hərdən, üzünü örtən telini kənar etmək üçün başını geri atırdı, qara və ayıq gözləri ilə arabir yuxarıya, tikintidə çalışanlara baxırdı.

Əkbərin gözü qızın gözlərinə sataşanda dünya bir-birinə dəydi. Göyün buludları ağ ətəyini sallayıb, yeri örtdü. Ani bir külək yenicə tikilmiş yarımçıq evi qaldırıb, yeddi kərə fırlatdı, Əkbərin təpəsinə çaxdı. Əkbər bu zərbənin nə səsini eşitdi, nə ağrısını duydu. Ona elə gəldi ki, zərbə öz təsirini içəri verdi. Onun gənc və möhtəris qəlbi ovlanmış qartal kimi çırpınıb, köksünə vəlvələ saldı, az qaldı, yerindən qopub göyün boşluğuna uçsun...

– Ədə Əkbər, başımı yardın, nə xəbərdir!

Usta Murtuzun səsi Əkbəri xəyalatdan ayıltdı. Başını qaldıranda göydən kərpic yağdığını gördü. Özü hiss etmədən kərpicləri bir-birinin ardınca elə tolazlamışdı ki, usta ürküb qaçmış, divarın bir kənarında durub bağırmışdı:

– Ədə Əkbər, başımı yardın, nə xəbərdir?

– Əkbər, sənə nə olub?

Əkbər utandı. Dinmədi. Başını aşağı salıb işlədi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Mənim utancaq tələbəm

– Əmikişiyevin məsələsinə baxmaq istəyirik, – dedi, – zəhmət olmasa, siz də iştirak eləyəsiniz.Partkom katibi xahiş ədası ilə mənim üzümə baxdı, cavab gözlədi. Hər bir institutda cari ictimai işlərdən başqa, tələbənin təqaüd, mükafat, məzuniyyət, dərsə davam məsələsi təşkilatı çox məşğul edir. Həftə olmur ki, belə müzakirələrə vaxt sərf edilməsin.

19655 min
Qanadlı qızlar

Dünən bir ziyalı yoldaşım ilə heç nə üstündə qızğın deyinm əli, hətta əsəbiləşməli olmuşam.– Qardaş, – deyir, qıza-qız deyiblər, oğlana-oğlan! Mən heç vaxt razı olmaram ki, qız uşağı qollarını çirməyib maşın, əkin, tikin işinə gedə, sabah da qolu-qıçı şikəst qayıda.

19658 min
Ad günü

Deyirlər, nəvə şirin olur. Mən inanmazdım. İndi görürəm ki, bu sözdə bir həqiqət var. Nəvə ilə oturub-durmaq cavanlıq günlərini xatırladır. Güman edirsən ki, o, balanın balası yox, öz balandır. Günlər də pardaxlanan gəlinlik günlərindir. Canına həvəs, gözünə işıq, dizinə taqət gəlir.Mənim iki nəvəm var, bir-birindən dəcəl.

19663 min
Fərəh məclisi

Dostlarımın əhatəsində olduğum zaman özümü xoşbəxt sayıram. Müsahiblər şikayətlənir ki, yaxşı dost azdır. Mən belə bir şikayətdən uzağam. Çünki mehriban dostum çoxdur. Müsahiblər dostlar ilə az və çətin görüşmələrindən gileylənirdi. Burada da mən seçilirəm. Mən dostlarım ilə istədiyim zaman görüşürəm.Deyəcəksiniz, nə üzüyola dostlarınız var.

19666 min

Poems by other poets