Babam kərpic kəsəndə
Şərqin qədim şəhərlərindən birində ömrünü bina tikməyə, abadlığa sərf edən qoca bənna yaşardı. Rahatlıq bilməyən bu möhnətkeş qocanın günü ağır zəhmətlə keçərdi. Adi torpaqdan, sudan qutu kimi kərpic yaradardı. Əlinin əməyini tikilişdə görəndə sevinər, qanadlanardı. Yaşayışın fərəhini bu mənalı əməkdə görərdi.
Günün birində işinə məşğul ikən bir göyçək oğlan ona yanaşıb nəsihət eləməyə başladı. Təşəxxüslə dayanıb dedi:
– Bu nə peşədir? Nə tapmısan bu torpaqda, suda, samanda. Bu qara palçıqda nə görmüsən? Palçığın üzünə mala çəkməkdən yorulmursan? Malanı kənara at, yandır. Bu gen dünyam özünə dar eləmə. Çıx bu qara işlərdən. Daş-kəsəkdən uzaqlaş, özünə yaxşı vəzifə tap. Bu, malotaranların işidir, qul deyilsən ki, burda əlləşirsən.
Kərpickəsən kişi əli cibində, ov quşu kimi dik dayanan oğlanı başdan-ayağa diqqətlə süzdü və dedi:
– Deyəsən, mənə nağıl öyrətməyə gəlmisən? Qoçaq oğlan! Başından yekə danışma. Kərpic kəsmək, qara işdə çalışmaq, zəhmət çəkmək 166 insan üçün qəbahət deyil. Bu sənətə qədəm qoydum ki, sabah ehtiyac vaxtında sənin kimisinə əl açmayım. Zəhmətimlə yaşamaq mənə böyük şərəfdir. Düz-düz gəzən adamdan torpaq da bezardır. İnsan, əməyin oğludur. Bu binanı bəzəyən bizim yaradan əllərimizdir. Mən bu kərpicin hər birini divarda, tikilidə görəndə biləyimin gücünü görürəm, ürəyimin qüdrətini görürəm. Səadət həsrəti çəkən insanları görürəm! Görürəm, sevinirəm. Sən uşaqsan, bala, dünyadan xəbərin yoxdur. Qara işə xor baxma! İnsan yaratmaq üçün yaranmışdır. Qara iş var, üz ağardır:
Əməkdir insanın başının tacı!
Əməkçiyə baxma belə qıyğacı!
Kərpic kəsən, daş yonan, su gətirən, od yandıran bunlar həqiqətdir, bunlar həyatdar. Bunlarsız yaşayış bir xərabətdir! Yoxsa, atalar demişkən:
Sən ağa, mən ağa
İnəkləri kim sağa?
İfadə qurusu kimi düz-düz gəzməkdən nə çıxar?! Nə qədər ki, qolumda qüvvət, dizimdə taqət var, çalışacağam, ruzimi, sevincimi bu yoldan alacağam. Bu yol mənim ata-baba, həyat, səadət yolumdur.
Cavan oğlan əməlinə utanıb məyus oldu, dinib-danışacağı olmadı. Başını aşağı salıb əkildi.
Sifəti günəşdən yanmış, qolu çirməkli, ayaqları yalın, gözlərində qığılcım oynayan kərpickəsən kişinin hikmətli sözləri oğlanı tutmuşdu, yaman tutmuşdu.
İndi bu nurani qoca cavanın gözündə Qoşqar, Kəpəz dağı qədər ucalmışdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-babam-kerpic-kesende
Use ← → keys to move, R for a random poem
More by this author
– Karl Marks.Bu adı, geniş və qabarıq köksündə, qələbə ordeni kimi daşıyan gəmimiz sularda süzərək arxasınca gümüş iz buraxırdı. Tərk etdiyimiz sahil şəhəri, şamlıqlar, qayıqlar və sarı torpaqlı yamaclar dənizə batırmış kimi, alçalır, kiçilirdi. Oneqa gölünün ortasına çatdığımız zaman quru tamamilə gözdən itdi. Günəş başımız üstündə durub yolumuzu işıqlandırır, kürəyimizi isidir, bizə muştuluq verirdi:
Xalqın ürək sözüBöyük Vətən müharibəsi günlərində, sovet xalqının öz doğma yurdunu, öz azadlığını, səadətini, öz xoşbəxt həyatını qaniçən german faşizmindən müdafiəyə qalxdığı bir gündə istər-istəməz xalqımızın tarixi ənənələri adamın xatırına gəlir. Bu gün cəbhələrdə nemes işğalçıları ilə döyüşən və müstəsna qəhrəmanlıq nümunələri göstərən Kamal Qasımovların, Məzahirlərin və yüzlərcə başqa vətən oğullarının hünərini gördükcə ata-babalarımızın, ümumiyyətlə bütün xalqımızın mübariz və məğrur keçmişi yada düşür.Azərbaycan xalqının tarixi həmişə həqiqət, ədalət uğrunda mübarizə tarixi olmuşdur. Gənclər və qocalar, qadınlar və kişilər öz ömürlərini, yaşayışlarının məna və məzmununu istilaçılara, zalımlara, zorakılara, xalq əmək və səadətinin qəsbkarlarına qarşı döyüşlərdə görmüşlər.
İsrafilQızıl almaAna "Məlik Məmməd" nağılını demişdi ki, uşaq yuxulasın. Uşağın isə başı yastıqda, gözləri səqfdə idi. Hərdən vacib şeyi xatırlamış kimi, qalxır, balkonda məşğul olan anasını çağırır, soruşurdu:
Qardaşlar(Döyüşən orduda)*İki ay əvvəl Sovet İnformasiya Bürosunun məlumatında adı çəkilən Babayev Mahmud budur, həmin bu arıq, zirək oğlandır. O, Kürdəmir rayonundandır. Yayın istisində üç ay vəhşi faşistlərə qarşı vuruşmuşdur. Axırıncı kəşfiyyat çıxışında dörd yoldaşı ilə bərabər 11 nəfər faşisti əhatə etmiş, üçünü öldürmüş, səkkizini əsir tutmuşdur. Yaralandıqda belə, döyüş meydanını tərk etməmiş, 12 saat vuruşmuşdur. Babayev iki ay xəstəxanada yatıb sağalmış və təkrar öz hissəsinə döyüşə qayıtmışdır. Babayev deyir:
Poems by other poets
Könlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
Adətdir xublara başdan, binadanAdətdir xublara başdan, binadan,Bir müddət aşiqə hələ yağ çəkər.
Tərtərhes nəğmələriI**Yenə könlüm uzaqlarda,
Məlahət gülşənində bir güli-həmrayə həsbəndəmMəlahət gülşənində bir güli-həmrayə həsbəndəm,Fəsahət kişvərində bülbüli-şeydayə həsbəndəm,