Page 2 of 2 · 50%

– Ay oğul, bir zəhmət çək, oxu görüm, bu kimin adınadır!

Portfelli kişi oxudu:

– Badam Kərbəlayi Həmidova Nəzər qızı!

Badam xala "sağ ol!" - deyib kağızı aldı. Səliqə ilə dörd qatladı, Xəlil yazan kağızın yanma qoydu.

Axşam iclas başlandı. O böyüklükdə zal camaatla dolmuşdu. İynə salmağa yer yox idi. Badam xala basabasdan qorxub, qıraqdan yeriyirdi. Klub müdiri onu görüb irəli çağırdı, yol açdı:

– A yoldaşlar, bu qoca qadmlara qabaq tərəfdə yer verin!

Badam xala Bədirnisəgillə cərgələrin arasından, adamların içindən keçib, lap qabaq tərəfdə oturdu. Badam xala əvvəl bir səhnəyə göz qoydu, şəkilləri, zər qotazlı qırmızı bayraqları, ağ yazılı ipək parçaları gördü. Səhnədə oturanlara diqqət elədi. Heç birini tanımadı. Yavaşca çevrilib dala - zalı dolduran, bir-birilə danışıb gülən təzə, təmiz paltarlı yüzlərcə seçicilərə baxdı, onu heyrət götürdü. Ürəyində dedi: "Pah... Bizim küçədə gör nə qədər camaat varmış! Çoxu da cavan-cavan...".

Bir enlikürək, boy-buxunlu oğlan zəngi tərpədib iclası açdı, danışdı. Sonra namizədlərin müzakirəsinə keçdilər. Badam xala fikir verirdi.

Danışanlar çox asan sözlər deyirdilər. Hamısını anlayırdı, hərdənbir əyilib, Bədirnisədən soruşurdu:

– "Qəti" nədir? "Xarakteristika" nə deməkdir?

Bədirnisə başa salırdı:

– "Qəti" - yəni, möhkəm ol! "Xarakteristika" - yəni, xasiyyətnamə, yəni, bu necə adamdır, belə ha!..

Badam xala görürdü ki, iclasa gələnlər yaxşı adamları, iş bacaranları seçməyə hazırlaşırlar. Hər kəs deputata tapşırıqdan, abadlıq işlərindən deyir.

Badam xala da bildiklərini demək istədi. Bu arzu onun qəlbindən keçəndə sanki bütün vücudunu oda tutdular: bədəni əsdi, onu tər basdı, istədi "eh" deyib, kirimiş otursun, heç danışmasın. Bir də xatırladı ki, bəs mən niyə gəlmişəm? Sabah bir pis adam gəlib bizə böyük olanda hökumət deməzmi, a filanın qızı, niyə dinmədin? Sizdən soruşduq axı? Badamın əli, cəsarətsiz yavaş-yavaş qalxdı. Deyəsən, batmış bir gəmini çətinliklə dənizdən çıxarırdılar, dor ağacı yavaş-yavaş görünməyə başlayırdı. Onun əli başından bir az hündürə qalxmışdı ki, sədr söz verdi:

– De görüm, ay xala. Söz verilir seçici Badam Nəzir qızına.

Badam əyilib Bədirnisədən soruşdu:

– A qız, o bildir incinar gəlmişdi ha, küçənin planını verdi ha, adı Yusif, famili nə idi onun?

– Əmirov, rayon ispalkomunda işləyir, Əmirov!

– İspalkomda işləyəndə, nə olar. Bəyəm, onu seçmək olmaz?

– Olar, niyə, razı olsalar, niyə olmur.

– Mən onu deyəcəyəm!..

Bədirnisə müəyyən bir cavab verməsə də, Badam əzmindən dönmədi. Camaatın onu gözlədiyini, ona tərəf dönüb baxdığını görüb, özünü topladı və ağır-ağır ayağa qalxdı. Sədrə baxdı, bir də dönüb, camaata baxdı. Camaatda maraq artmışdı. Bütün zal susdu. Milçək uçsaydı, səsi eşidilərdi. Bütün gözlər Badam xalaya dikildi. Bədirnisə onu dümsüklədi ki, "Di, tez ol, danış, camaat səni gözləyir!"

Badam, ömründə ilk dəfə idi camaat arasında danışırdı, hökumət işlərində iştirak edirdi. Sevindiyindən, utandığından, ya həyəcanındanmı, nədənsə nitqi tutulmuşdu, dili gəlmirdi. İşarə ilə su istədi. Ona su verdilər, xahiş edib uca yerə, tribunaya çıxartdılar. Bir də əyləşən, diqqətlə qulaq asan camaata göz gəzdirdi. Stəkanı əlinə alıb, ağzım islatdı, mülayim səslə sözə başladı.

– O yoldaş, başdan danışan yoldaş çox qəşəng danışdı. Düz deyir ki, gərək deputatlığa təmiz adamları, iş görənləri seçək. Keçən ildən bizim rayonda bir oğlan işləyir. Dərsi qurtarıb gəlib. Adı da Yusifdir, famili də...

Badam duruxanda yerlərdən dedilər: "Əmirov."

Badam gördü ki, onun göstərmək istədiyi namizədi çoxları tanıyır. Bu, ona bir az da cəsarət verdi:

– Həmin o Yusif oğlan bizim evlərə işıq da çəkdi, su da... O, bir plan töküb ki, küçə başdan-başa açılıb, bir abad şəhərə dönüb. Mən görürəm, bizim işlərimizə elə can yandıran lazımdır. Əgər yaşı düşürsə, bir də soruşaq, əgər razıdırsa, mən deyirəm, onu seçək! Lap qabil adamdır. Yoldaşlardan mənim bir xahişim elə budur ki, deyirəm, yaşasın Yusif kimi qabil işçilərimiz və onların müəllimləri!

Əyləşənlər əl çaldılar. Badam xala düşüb yerinə getmək istədi, nəsə yadına düşdü, bir də səhnəyə qayıtdı. Sədrin üzünə baxıb, şəhadət barmağını yuxarı qaldırdı:

– Bir sözüm qalıb, tək bircə sözüm.

Sədr işarə ilə ona danışmağa icazə verdiyini bildirdi. Badam dedi:

– Mən eşitmişəm ki, gəmi təmir edən fəhlələr də mən deyəni deyib. Çünki bizim həyətdə adam var, o danışırdı. Özü də yalan danışan adam deyil. Yusifi də tanıyır.

Badam xala bu sözü deyəndə camaat gülüşdü, təkrar əl çalındı. Badam xaladan sonra çıxan üç natiq - bir fəhlə, bir nəfər milis işçisi, bir nəfər də komsomolçu qız Yusif Əmirovu təriflədi.

Bədirnisə Badam xalanı təbrik edirdi:

– Sənin dediyin oğlana hamı səs verir. Özü də kommunist imiş, ordeni-zadı da var imiş.

Badam öz təklifində təkid etdi:

– Bacı, kişinin oğluna halaldır!

Sədr də Yusif Əmirovu yaxşı iş görən bir mühəndis kimi təriflədi.

Badamın təklifini səsə qoydu.

Badam zal boyu yüzlərlə əlin göyə qalxdığına baxanda ürəyi dağa döndü:

– Əcəb, əcəb! - dedi.

Badam xala iclasdan çıxanda qonşular başına yığılmışdı. Müəllim onun əlini sıxıb deyirdi:

– Səni görüm yüz yaşa!..

Badam xala ömründə pis günlər görmüşdüsə, çox ləzzət də çəkmişdi. Analar üçün ən böyük arzu olan oğul toyu da görmüşdü. Sovet hökumətinin sayəsində yeddinci nəvəsinə 2000 manat da mükafat almışdı. Özünə ipəkdən, şaldan, mahuddan da paltar tikdirmişdi. Yayda bağda, qışda evdə istirahət edib, deyə-gülə gün keçirmişdi. Hətta neçə dəfə Kirovabada, Nuxaya gəzməyə də getmişdi. Sərin yay axşamları hərdənbir Dağüstü parkda gəzmişdi. Kirovun heykəlinə də doyunca baxmışdı. Amma heç vaxt bugünkü qədər ağzı dada gəlməmişdi. O, cəmiyyət içində heç vaxt belə yaxşı bir iş tutub, elin rəğbətini qazanmamışdı. İctimai iftixarın bu ləzzətini görməmişdi. İndi vücudundakı qocalıq hisslərinin töküldüyünü, dizinə və qoluna qüvvət gəldiyini duyurdu. O, ancaq indi hiss etdi ki, arxasında yalnız oğlu yox, böyük bir vətən, qədirbilən bir xalq durur. Onun hər bir doğru, xeyirli sözü və işi həmişə alqışla qarşılanacaqdır. Bundan çox xoşlandı, ayrı bir şirinlik, ayrı bir ləzzət duydu. O, güman etməzdi ki, bu qədər böyük adamlarla - narkomlarla, kommunistlərlə, mühəndislərlə, həkimlərlə, müəllimlərlə, komandirlərlə yanaşı bir qoca evdar qadının da sözünü saya salarlar. Fikir verərlər, eşidərlər. Badam xala qəlbində daşan sevincin təsiri ilə quş kimi yüngül olmuşdu. Evə gəldi, ancaq indi anladı ki, nə üçün qonum-qonşu qadınlar hələ on il bundan qabaq çadralarını atıb oxuyublar, işə girişiblər, kluba, iclasa qurşanıblar... O, indiyə qədər geri qaldığına utandı, ürəyində dedi: "Başıma xeyir, mən də tutmuşam namazın quyruğundan. Seçkiyə qədər mən gərək çox iş görəm. Köhnə şeylərdən lap üzüləm gərək!"

Oğlunu səsləyib dedi:

– A Xəlil, o canamazı apar sat!

Xəlil gülümsədi:

– Kimin nəyinə lazımdır, ay arvad!

Badam xala Xəlilin haqlı cavabından duruxdu, dərin fikrə gedib öz-özünə dedi: "Doğru deyir, mən gecikmişəm."

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Sevinc haqqında

Həkimlərdən, psixologiya alimlərindən, ictimaiyyətçilərdən soruşursan:– Sevinc?

19694 min
Şəfəqdən qalxanlar

Qızım Ədibəyə*Gecənin zülməti kainatdan çəkiləndə, üfüqdə ilk şüa əlamətləri görünəndə müəyyən etmək olmur ki, gecədir, ya gündüz, qaranlıqdır, ya işıq. Nəinki zaman, hətta məkan və şərait də məchul bir pərdə arxasında, sükunət içində görünür. Gecənin bu vaxtını yəqin ki, az adam izləyir, müşahidə edir. Bu, yuxunun ən şirin vaxtıdır, məxluq yatmış oluı. Ağır, üzücü işdən yorulan, əvvəl axşamın əsəbi, intizarlı saatlarından, fikir-xəyaldan yorulub sağa-sola dönən, çətinliklə yuxuya gedən adamları top səsi də oyada bilməz. Dünyanın ən xoş xəbəri, ən dəhşətli hadisələri, ən cazibəli tamaşası, ən vacib işləri də ağır yatanı oyada bilməz. Amma dünyada yarasına duz basılan elə nigaran adamlar da olur ki, ən şirin yuxunu özlərinə haram edir, müntəzir saat və dəqiqələri həsrətlə izləyir, gözləyirlər.

19696 min
Mühazirəçi yoldaşım

Müharibədən sonra bizim səfərlərimiz çoxalmışdır. Sovet mütəxəssisləri tez-tez müxtəlif ölkələrə çağırılırlar. Təkcə demokratik ölkələrə, müstəmləkə zəncirindən təzə qurtulmuş zəif respublikalara yox, Avropanın handa bir kapitalist mərkəzlərinə, handa bir elmi, texniki, nəzəri məsələlərin həllində məsləhətləşməyə, rəy eşitməyə, qonaqlığa, konsertə, lap müəllimliyə çağırırlar.Paris Sorbonn universitetindən dəvətnamə alanda mən güman etmişdim ki, yəqin fransız tələbələri bizdə ictimai elmlərin, marksizm-leninizm elmlərinin səviyyə və şöhrətini, bizim sahələr üzrə çalışan alimləri görüb-eşitmək istəyirlər. Bu da çox təbii arzu idi. Razılıq verməli idik. Yoldaşım Cavadzadə dəvətnaməsini mənə göstərəndə gördüm yox, fransız yoldaşlar yalnız ictimaiyyət yox, təbiət elmləri sahəsindəki nailiyyətlərimizlə də maraqlanırlar. Dahi sovet alimi akademik Pavlovun şərti reflekslər haqqındakı cahanşümul nəzəriyyəsi bühın dünyada ümumi maraq oyadıb və yarım əsrə yaxındır ki, hakim mövqe tutmuşdur.

19693 min
Qoltuq radiosu

– Hərif gəldi!– Lap bizə tərəf gəlir.

19693 min

Poems by other poets