Bakı görüşləri
Page 1 of 5
20-ci illərin axırları, mülayim payız günləri idi. Rayon şəraitindən yenicə ayrılmış, pedaqoji institutda təhsilimi artırmaq üçün Bakıya gəlmişdim. Şəhər mühiti mənim üçün həm yeni, həm də maraqlı idi. Bakıda tanış olduğum ilk ev - Kiçik Qala küçəsindəki 16 nömrəli ev, balaca həyətin sağında dar pilləkənlərdən yuxarıda, ikinci qapıdakı mənzil Ədalətin mənzili olmuşdur.
Ədalət bizim institutda, yuxarı sinifdə oxuyan yoldaşımız idi. Atasının tələbələrə otaq kirayə verdiyini bizə dedi. Biz də həmin evin qapısını döyməli olduq.
Ədalətin atası idarələrin hansındasa hesabdar işləyirdi. Ancaq özü əhvallı, məlumatlı, iinsiyyətli adam idi. Biz kirayə elədiyimiz otağın qiymətini danışmaq istəyəndə bənd olmadı:
– Otaqdı, - dedi, - yaşayarsınız, eləcə hökumətə verdiyimiz kirəni, işığı, suyu ödəsəniz, bəsdir. Sizdən bir şey tələb olunmur. Ədalətin yoldaşlarısınız.
Biz öz aramızda belə danışdıq ki, üç yoldaş, hərəmiz on-on beş manat versək, ev sahibi razı qalar. Elə də elədik.
Ədalətin atası hesabdar Mirzə Qasım, doğrudan, əhvallı adam idi. Bizə kirəkeş, qonaq kimi yox, lap doğma övlad kimi baxırdı. Hər gün yoxlayırdı: işıq qaydasındadırmı, su gəlir, soba yanır, otaqlar təmizlənirmi? Cavanların bişmişinə, çayına baxan varmı? Məktəbə necə gedibgəlirsiniz, nəqliyyatdan korluq çəkmirsiniz? Mirzə Qasım bizi xalqının yeniyetmə cavanları kimi əzizləyir, hər ehtiyacımız ilə maraqlanırdı.
Söhbət zamanları bir də görürdün ki, Mirzə Qasım tələsik qalxdı, yeyin addımlarla o biri otağa keçdi, iki dəqiqə sonra qayıdıb, sözünə davam etdi. Əvvəl buna təəccüb edirdik, soruşmağa da cəsarət eləmirdik. Görünür, bunu hiss etmişdi. Bizim marağımızı görüb sözü açdı:
– Uşaqlar, - dedi, - mən lap köhnədən atalar sözü ilə məşğul olmağı sevirəm. Hacının (Hacı Zeynalabdinin) idarəsində çalışan zaman hesabdar dəftərimin altında ümumi dəftər saxlardım, istədiyim misalları dərhal qeyd elərdim. Sovet qurulandan sonra həmin misalları nəşriyyata verdim, çap elədilər! İndi o kitab əllərdədir.
Mirzə Qasım bütün danışıqlara, söhbətlərə diqqət yetirirdi. Özünün söz-söhbətlərində də bu nümunələrdən gətirirdi. Müsahiblər eşitdiklərinə bənzər təzə misal əlavə edəndə kişinin gözü işıqlanırdı. Qızıl tapmış kimi, təşvişə düşür, istədiyi misalı dönə-dönə təkrar edirdi:
Əzizinəm hər aylar,
Hər ulduzlar, hər aylar.
Başım cəllad əlində,
Dilim səni haraylar!
Mən bunu deyəndə kişi cəld qalxıb dəftər, qələm gətirdi, yazdı. Yenə təkrar etdi. Sonra valeh kimi dizinə döydü:
– Sözə baxın, siz Allah! Bir görün məhəbbəti belə od ilə deyən olubmu? Başım cəllad əlində, dilim səni haraylar!
Yanan qəlbin alovunu, tonqalım bundan yaxşı necə demək olar?..
Mirzə Qasım ürəyini tərpədən misalı hər yetirənə, hətta, qoca nənəsinə bir şair eşqi ilə deyərdi. Deyərdi, sonra da izah edərdi:
– Bunu lap böyük şair, azəri xalqı deyib. Gör necə atəş ilə, necə məlahətlə deyib. Belə nümunələrin hər biri böyük xalqın məhəbbət dastanıdır. Biz nahaq yerə etinasız oluruq, toplayıb nəşr etmirik...
Mirzə Qasımın şifahi ədəbiyyata marağı bizi də qızışdırmışdı. Sinifdə yeri gələndə suallar verir, ədəbiyyat müəlliminin rəyini soruşurduq:
– Tanıyıram, - deyirdi. - Mirzə Qasım ilə mənim də söhbətim olub. O kişi ədəbiyyat həvəskarıdır.
Biz Mirzə Qasımın evində yalnız ədəbiyyatdan yox, iimumən şəhər həyatından, Bakının məişəti, adət-ənənələrindən də məlumat alır, öyrənirdik. Əli qələm tutan, yazmaq istəyənlərə redaksiyaların ünvanını öyrədir, istiqamət də verirdi.
Mirzə Qasım ünsiyyətli kişi idi və bu ünsiyyət yalnız ailə-məişət çərçivəsində qalmırdı. O, hadisələr, yeniliklər haqqında öz fikrini açıq deyən, müsahiblərini öz hökmlərinə inandırmağı bacaran adam idi. Mirzə Qasımın evinə qonaqlar, qonşular, qohumlar gəlib-gedirdi. Ev sahibi bizi də onlar ilə tanış etməyə çalışırdı.
– A filankəs, bunlar bizim ali məktəb tələbələridir, tanış olun!
Biz məmnuniyyətlə bu yeni, hörmətli adamlarla tanış olur, onların söhbətini maraqla dinləyirdik.
O zaman Bakıda ali məktəblərin sayı az idi. Aspirantura yalnız bir yerdə - Elmlər Akademiyası Filialının yanındakı Dövlət Elmi Tədqiqat institutunda açılmışdı. Buraya həvəslənən ədəbiyyatçılar içərisində Heydər Hüseynov, mən, Mehdi Hüseyn, Səməd Vurğun var idik. İmtahanlardan çıxandan sonra məni, Mehdini, Heydəri qəbul elədilər. Səməd də bəzi çətinliklərdən sonra ədəbiyyat şöbəsinə daxil oldu.
Aspiranturanın miidirliyinə Ali Sovetdə sədr vəzifəsində olan Soltan Məcid Əfəndiyev təyin olunmuşdu. Qəbul haqqında əmri alandan, dərs cədvəlini öyrənəndən sonra yaşamaq yeri hayına qalmalı olduq. Aspiranturanın yataqxanası yox idi və buna təminat da verilmirdi.
Biz Soltan Məcidin yanına gedib yer xahiş edəndə bir qəbz yazıb, kəndli evindən bizə yer istədi. Həmin kağız ilə bizi (məni və Səmədi) ümumi yataqxanaya buraxmalı oldular. Aspiranturada təhsil alarkən mərkəzi təşkilatlar bizi tez-tez çağırır, müxtəlif tapşırıqlar verib işlədir- 96 dilər. Bir gün bütün aspirantları təbliğat şöbəsinə yığdılar. Kolxozlarda gəlir bölgüsünü keçirmək üçün göndəriləsi briqadalara qoşdular. Məni Göyçaya, İsmiyev deyilən bir raykom katibinin briqadasına salmışdılar. 40 gün Qaraməryəm rayonunda, Qarabaqqal, Bığır kəndlərində gəlir bölgüsü kampaniyasını keçirməklə məşğul olduq.
Qışın qarlı-çovğunlu günlərində bizi bu kənddən o biri kəndə qoşur, hesabdarların bütün kağız-kuğuzlarını yoxlayıb, qiymət verirdik. Həmin səfərdən topladığım təəssürat əsasında mən ilk oçerklər kitabımın mühüm bir hissəsini ("Sağlam yollarda") yazıb çapa verdim (1932). Həmin aylarda təzəcə yaz açıldığı, bağ-bağça çiçəkləndiyi bir zamanda sahil bulvarında gəzdiyim bir gündə ortaboy, qarayanız, qıvrım saçlı bir oğlanın mənə yaxınlaşdığını gördüm. Oğlan, görünür, nəsə mənə bir söz deməyə tələsirdi. Yaxınlaşan kimi, əlini mənə uzatdı və ərkyana bir səslə müraciət etdi:
– Tanış olaq, yoldaş Mir Cəlal!
Mən əl verdim, soruşmamış o, adını dedi:
– Mən Mehdi Hüseynovam. Sizi yaxşı tanıyıram. "Kommunist" qəzetinin redaktoru Əminbəyli yoldaş məndən bir komsomol üzvü, ədəbiyyatçı istəyir. Qəzetdə ədəbiyyat işlərini idarə eləmək lazımdır. Xahiş edirəm, sabah saat 10-da Az.APP-a gələsiniz.
– Haradır ora?
– İsmailiyyədə, birinci mərtəbədə oluruq. Kimdən soruşsanız, yazıçıların otağını göstərərlər.
Səhərisi mən İsmailiyyəyə (indiki akademiyaya) getdim. Mehdi ilə görüşdüm. Mehdi mənim yanımda Əminbəyliyə zəng etdi və məni onun yanına göndərdi.
"Kommunist" qəzeti o zaman indiki mətbuat komitəsinin binasında olurdu.
Əminbəylini mən Gəncədən tanıyırdım. O, Maarif şöbəsinə, yaxud Maarif Xadimləri İttifaqına rəhbərlik edərdi.
Burada məsul redaktor olduğunu bilmirdim. Məni görən kimi, salamlaşıb yer göstərdi. Savadımı yoxlamağa başladı. Müəllimlər seminariyasını bitirdiyimi bilib sevindi və bir vərəq verib, işə girmək üçün ərizə yazmağımı tələb etdi.
Mən yazdım, diqqətlə oxudu, görünür, səhv axtarırdı, axtardı, tapa bilmədi. Kənarına nəsə yazdı, zəngi vurub kimisə çağırdı:
– Ədəbiyyat şöbəsinə məsul icraçı axtarırsınız, savadlı oğlandır. Götürün, qoyun işləsin!
– Həmin gündən məni redaksiyaya işə götürdülər!
– Mən aspiranturada oxuyuram, mane olmazlarmı?
Əminbəyli əlini tovladı:
– Xulufluya deyərəm, oxumağına mane olmarıq, işində ol.
Mənim aspirantura təhsilinə olduğu qədər "Kommunist" kimi hörmətli bir qəzet idarəsində işləməyə də həvəsim var idi. Buradakı iş şəraiti ilə tanış olmaq lazım idi. Cavadov Fərhad adlı bir kök adamı mənə göstərdilər ki, şöbə müdirinizdir. Bütün göstərişləri o verəcək!
Cavadov otağındakı şkaflardan birini açdı, bir neçə toz basmış məktub bağlaması çıxardı.
– Bunlar, - dedi, - rayonlardan göndərilən həvəskar müxbir məktubları, ədəbi yazılardır. Baxan olmayıb, yığmışıq qalıb. Sən başla bu məktubları bir-bir oxu, yararlıları seç, hazırla, çapa verək, amma çox ixtisar elə, məktubdan bir neçə cümlə götürsən, bəsdir.
Mən nə zamandansa burada "həbs olunmuş" yazıq məktubların qatını açıb diqqətlə oxumağa, yoxlamağa başladım. Bunların içində şeir, hekayədən başqa xəbər, şikayət də var idi.
Məktubları düzəltməyə yox, əvvəlcə bir-bir oxuyub başa çıxmağa, məzmunlardan xəbərdar olmağa çalışırdım. Nə qədər qəribə və gözlənilməz olsa da, burada vaxtilə özümün Gəncədən, Gədəbəydən yazdığım məktub, oçerkləri, hekayələri tapdım və sevinclə onları təkrar oxuyub düzəltdim. Öz məktublarımı şöbə müdirinə yox, birbaş Əminbəyli yoldaşa oxuyub, çapına icazə istəməyi lazım bildim.
Əminbəyli əsasən Gəncədən olan bu məktubları maraqla dinləyir, səhifə başa çatmamış hökmünü verirdi:
– Yaxşıdır, ədəbiyyat səhifəsində ver, getsin çapa.
Bu qayda ilə unudulmuş, tərk edilmiş ilk yazıların çoxu həyat işığı görməyə imkan tapdı. Mənim sevincimin hüdudu yox idi.
Bir gün qəzetimizdə müsabiqə elanı verildi. Pambıq yığımından yazılan yaxşı oçerklərə mükafat təyin olunmuşdu. Müsabiqə qapalı idi. 298 Çoxları buraya əsərlər yazdılar, mən də gizli imza ilə "Qələbənin açarı" adlı bir oçerk yazdım. Bir neçə gün keçməmişdi ki, müsabiqə materialları yoxlanıb saf-çürük edildi. Bir gün məni baş redaktorun yanına çağırdılar. Əminbəylinin otağına girəndə qabağında öz yazımı gördüm. O, əsəri yazı manerasından, materialın məzmunundan tanımışdı. Mülayim və xoş əda ilə soruşdu:
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-baki-gorusleri
Use ← → keys to move, R for a random poem
More by this author
Ali məktəbə girəndə bizi yazıdan imtahan elədilər. Dedilər, hər kos boyatında gördüyü on dəhşətli hadisəni yazsın. Yazılarımızı ucadan hamıya oxudular və qiymət qoydular. Şamaxıdan gələn bir tələbə yazmışdı ki. gördüklərimin ən dəhşətlisi zəlzələ idi. Üçmərtəbə evlərin necə bir anda uçulub töküldüyünü, damların bir-birindən aralandığını gördüyüm, avağım altından yerin qaçdığını duyduğum dəqiqələr yadıma düşəndə indi də huşum başımdan çıxır.Ağdaşlı tələbələrin çoxu Kiir daşqınını xatırlayırdılar. Suyun qorxusundan ceyranların belə adama yanaşıb yalvardığını, ilanların ağaclara dırmaşdığını, arvad-uşağın qışqırışdığını təsvir edirdilər. Bir tələbə də hansı şəhərdəsə tamaşa etdiyi bir qadını, eybəcər uşaqlar doğan va sonra bu haçabaşlı, səkkizbarmaqlı, yaxud sümüksüz balalarını bir heyvan soyuqqanlılığı ilə ətrafına düzüb tamaşaçılara göstərən, pul yığan bir ananın faciəsini yazırdı. Müəllim bu yazıların hamısını oxuyur, müəllifin adım çağırır, qiymətini yazırdı. Mənim yazım gələndə oxumadı. Əlinə alıb o van-bu yanma baxdı, adımı oxudu. Ayağa qalxdım.
İki rəssam(Nizami mövzularından)*İskəndərin hüzurunda vəzirlər, alimlər, şairlər, sənətkarlar əyləşmişdilər. Hünərdən və sənətdən söhbət gedirdi. Rum rəssamı ilə Çin rəssamı arasında mübahisə düşdü. Bunların heç biri üstünlüyü əldən vermək istəmədi.
İftixarKitab sarayından yenicə çıxmışdım ki, ucaboy, cavan və yaraşıqlı bir oğlan mənə yanaşdı. Salam verdi, adımı çəkib mənimlə görüşdü. Nə qədər diqqət etdimsə, tanıya bilmədim. O, bunu hiss etdi:– Əşrəf müəllim, – dedi, – görünür, tanıya bilmədiniz.
İlk vəsiqəSabir dal skamyaların birində tək oturmuşdu, əlini çənəsinə söykəyib müəlliməsinə diqqətlə qulaq asırdı.Müəllimə dünəndən uşaqlara tapşırıb anaları çağırtdırmışdı. Anaları çağıranda həmişə uşaqlar da maraqlanırlar:
Poems by other poets
Qazılar, sizdə bilin necədir halı Tiflisin,Əkləşüb Sərdar Orbəl cah-cəlalı Tiflisin,
Təcnis: Salanıban Yaxşı çıxdı qəsrdənSalanıban Yaxşı çıxdı qəsrdən,Hüsnün zəkatı hər ayə yetər,
QaldıKönül qulluq ilə kamil ustada,Kamala yetmədik, işin xam qaldı
Naz et, dedim gözələ, işvələr azdırNaz et, dedim gözələ, işvələr azdır,Baş açmadım oynundan onun, bu nə nazdır?