Page 3 of 5 · 40%

İyirminci illərin ortaları və axırlarında bizim respublikada maarif və mədəniyyət adamları az idi. Xüsusilə, Sovet dövlətinin və Kommunist Partiyasının böyük miqyaslı gələcək tədbirlərini - "mədəni inqilab" şüarını nəzərə alsaq və bu baxımdan maarif qüvvələrinə yanaşsaq, çətinlik daha da aydın görünər.

Gədəbəy kimi məşhur fəhlə rayonuna ilk qədəm qoyan seminarist mən idim. Bəlkə, ona görə Cuvarlı məni xüsusi hörmət, hazırlıqla yola salır, rayonun adlı-sanlı adamları ehtiramla qarşılayırdılar.

Mülayim sentyabr axşamında mənim mənzilim - mədən komitəsinin binasındakı otaq qonaqlarla dolmuşdu. Adətən, qonaqları çay-çörək süfrəsi ilə qarşılayırlar. Bizdə belə imkan yox idi. Bizim üçün ayrılan otağın təchizatı da sahmanda deyildi. "Biz" deyirəm, ona görə ki, mənimlə bərabər qonşu, yaxın kəndlərin (Qumlu, Söyüdlü) müəllimləri də var idi. Onlar bir-iki günlüyə də olsa, rayon mərkəzində, bizim otaqda qalmaq istəyirdilər.

Rayon işçiləri, qocaman fəhlə kommunistlər bizə xoşgəldin eləmək üçün yığışmışdılar. Buna baxmayaraq, biz yerlilərin açıq dedikləri arzu və tələbləri eşidirdik. Həmin günlərdə mən 19 yaşlı cavan bir seminarist idim. Görünür, yerlilərin "bu təzə müəllimdən" gözləri su içmirdi. Çünki, onların aləmində qalstuk, yaxası qatdama köynək, komsomol qayışı "bu yerlərə" o qədər də münasib deyildi, birtəhər gəlirdi.

60-70 yaşlı qocaman mədən fəhləsi Əlihüseyn əmi masaya dirsəklənərək diqqət və ərk ilə mənə baxıb deyirdi:

– Oğlum, arxayın ol, fəhlə camaat müəllimin qədrini biləndir. Nə qədər ki biz varıq, bir köpək oğlu müəllimə deyə bilməz ki, gözün üstdə qaşın var! Müəllim bizim əzizimiz, uşaqlarımızın tərbiyəçisidir. Bu şərt ilə ki, bəzi-bəzi işlər gərək bizim yerlərdə görünməsin.

Əlihüseyn əmi ətəklərini yığışdırıb ayağa qalxdı, bir də oturub dedi:

– Mən nəyi deyirəm: mən iki babətdən deyirəm, mültəfit ol!

Biri budur ki, müəllim gərək içki sarıdan özünü gözləsin, biri də əxlaq sarıdan, qadın babətindən, abır-həya babətindən özünü gözləsin! Bu iki şərt olan yerdə dərs də, tərbiyə də, hörmət də qaydasında olar. Oğlum, sənə indidən başa salıram ki, bunlardan özünü gözlə! Bura rayon yeridir, fəhlə yeridir. Burada gərək özünü gözləyəsən. Camaat sənə uşaqlarını etibar eləyir! Bu təmizlik ki oldu, gözüm üstə yerin var. Bütün mahalda bir kişinin sənə dolaşmağa cürəti yoxdur...

Qoca fəhlə bir ata nəsihəti ilə danışır, mənim gözümün içinə baxırdı. Əyləşənlərin Əlihüseyn kişinin nəsihətinə diqqətlə qulaq asmağı o demək idi ki, bu tapşırıqlar tək bir adamın yox, rayon camaatının hamısının adındandır.

Mən dillənməmiş məktəbin köhnə müəllimi Əli Qara qocaman fəhləni arxayın elədi:

– Əlihüseyn əmi, Mir Cəlal seminariyanın özündə tələbə təşkilatının sədri idi, 500 tələbə onun öhdəsinə tapşırılmışdı. İçki-filan, əxlaq, ədəb-ərkan məsələsi onun öz nəzərindəndir. Bir də ki, bizim məqsədimiz burada dərs-tərbiyə, mədəni-inqilab yolunda çalışmaqdır. Firqəmizin tapşırığı yolunda can qoymaqdır. Əl-ələ verib işləyəcəyik. Tək əldən səs çıxmaz. Sizin köməyiniz, fəhlə sinfinin rəhbərliyi olmadan kənd müəllimi nə eləyə bilər?

Əli Qaranın bu sözləri, görünür, ƏliHüseyn əminin ümidini təmin edirdi. Kişi təsbeh danəsi kimi kiçik göz bəbəkləri ilə gülərək, müəllimi arxayın salırdı:

– Rəhbərlik bizdə, mədən fəhlələri məktəb üçün heç nəyi əsirgəmirlər. Raykom da, zavkom da məktəbin qayğısım çəkəcək, arxayın olun!

Əlihüseyn əminin sözləri bir onun yox, bütün valideynlərin sözü idi.

Müəllim heyətini abırlı görəndən sonra fəhlələr məktəb üçün xüsusi can yandırmağa, raykomun, ispalkomun, ukomun (qəza komitəsi) yanında tez-tez danışmağa, tərif etməyə başladılar. Bu diqqət və hörmət sayəsində məktəbə kəndlərdən gələn uşaqlar üçün 25 nəfərlik pansion açdıq. Musiqi komitəsi düzəltdik, piano gətirtdik. Neçə hektarlıq bir bağçanı məktəb təcrübə tarlasına çevirdik. Bütün rayon məktəbləri üçün istinad məktəbi yaratdıq. Ayda bir müəllimlərin rayon müşavirəsi, təcrübə mübadiləsini təşkil etdik.

Bərpa dövründən sonra mətbuatda, müzakirə, mübahisələrdə rekonstruksiya dövrü və bu söz ilə əlaqədar mətləblər dəbdə idi. Mən də həvəslənərək, bir məqalə yazmışdım:

"Rekonstruksiya dövrünün müəllimi!" Bu məqaləni Xalq Maarif Komissarlığının jurnalı dərhal çap elədi və rayon müəllimlərinin çoxuna oxumağı məsləhət gördü. Redaksiyanın xeyirxah münasibəti (o zaman komissarlıqda çalışan Ələkbərli Məmməd sonralar Maarif naziri oldu) məni həvəsləndirmişdi.

Məktəblilər üçün ədəbiyyat nəzəriyyəsi kitabı yazmaq iddiasına düşmüşdüm. Bu kitabın ilk qaralama nüsxəsini, hətta, tədris pedaqoji şurasına, o zaman orada çalışan Hənəfi Zeynallıya təqdim etmişdim.

Sonralar başım təhsilə qarışdı, aqibəti ilə maraqlana, izləyə bilmədim.

Vəli Xuluflu Gəncədə məşhur "Mədrəseyi-ruhani" deyilən yenitipli orta məktəbdə müəllim, həm də məktəb kitabxanasının müdiri idi. O zaman həmin məktəbə xüsusən Şərqdən - Türkiyə, Misir, Tehrandan xeyli kitablar gətirilmişdi. Bu zəngin mirasın həm istifadəsi, həm də səliqə ilə qorunması Vəli Xulufluya, Qasım Qənbəroğluna və məktəbin müdiri Pişnamazzadəyə tapşırıldı.

Məktəblilərdə oxuya marağı artırmaq üçün ən münasib kitablar seçilib, onlara verilir, oxunan kitab haqqında rəy soruşulurdu. Mən Tolstoyun bir çox hekayələrini həmin kitabxanada oxumuşdum.

Qarışıqlıq illərdə həmin kitabxananın aqibəti və fondu necə oldu, bilmədim.

Gəncədə Sovet hökuməti qurulan günlərdə mən müəllimimiz Xuluflunu izdihamlı yığıncaqlarda görürdüm. Şah Abbas məscidinin həyətində və məktəb qabağındakı bağda mən onun çıxışlarını, hərarətli, həm də sadə nitqlərini eşidirdim.

Vəli Xuluflu sonralar akademiyanın filialında tarix, dil, ədəbiyyat işlərinə rəhbərlik edirdi. Lüğətlər institutunun direktoru olanda cavan mütəxəssisləri işə dəvət edirdi. "Gənc işçi"də işlədiyimi, aspiranturada oxuduğumu biləndən sonra məni çağırdı. İnstitutda işləməyi təklif etdi, mən də razı oldum.

Çox hazırlıqlı və fəal kommunist, mədəniyyət xadimlərindən idi. Ağamalı oğlu, Ruhulla Axundov, Müzəffər Nərimanov ilə yaxın idi. Çox mühüm məsələlərdə, məsləhət, müzakirələrdə iştirak edirdi. Azəri dilinin təmizliyi, inkişafı haqqmda çox cidd-cəhd edən kommunistlərdən idi.

Hələ Gəncədə, seminariya təhsili illərində mən mətbuat ilə əlaqədar idim. Aşqabadda çıxan "Zəhmət" qəzetində (böyük qardaşım orada çörəkçi işləyirdi və yerli qəzetləri mənə göndərirdi), Tiflisdə çıxan "Yeni fikir" qəzetində Gəncənin mədəni-təsərrüfat həyatını əks etdirən yazılarım nəşr olunurdu. Bunlar yalnız müxbir məktubları, adi xəbərlər xarakterində yox, mühərrir yazıları mahiyyətində idi: "Məhərrəmlik mövhumatı kimin əsəridir?" (1926), yeni əlifba, dərsliklər, maarif məsələləri haqqmda yazdıqlarımın çoxu təbəddülatsız nəşr olunurdu.

Bakıya köçənə qədər riyaziyyat həvəskarı idim. Seminariyada bu dərsdən yoxlama yazılarını sinifdə hamıdan əvvəl mən həll edər, əla qiymət alardım. Riyaziyyatdan bir kitaba tənqid yazıb, "Yeni fikir"də çap etdirmişdim. "Riyaziyyatçı" imzası ilə qəzetdə satirik şeirlərim də çap olunurdu.

Əla, ya əyyühəssaqi tutub dünyanı sərxoşlar!
Buraxmır çarşıdan keçsin gecə insanı sərxoşlar.

Satirik şeirlərimdən biri belə başlanırdı. Buradakı imzalarımın da maraqlı tarixi var. Satiralarımdan birinə Şəhab (Ulduz) imzası qoymuşdum. Köhnə əlifba ilə "Şəhab" sözünü düz oxumamışdılar, ya nəsə, "Şöhrət" vermişdilər. Sonrakı yazılarımın çoxunda da bu imzanı saxlayıb, təkrar etdilər.

O zaman Maarif Komissarlığının məktəblərə nəzarət və təlimatı geniş və müntəzəm idi. Komissarlığın müfəttişi qocaman tarixçi, dilşünas Məhəmməd Xəlifəzadə Gəncə məktəblərində bir ay yoxlama aparmışdı. Redaksiyanın xahişi ilə mən o yoxlamaları ətraflı yazıb nəşr etdirdim. Xəlifəzadə işlərinin sonunda məni seminariya müdiriyyətinin yanına çağırıb, təşəkkür etdi. Komissarlıqdakı hesabatında da bu barədə danışdı.

Mətbuat səhifələrini, xüsusi ədəbiyyata aid yazıları diqqətlə izləyirdim. O zaman Leninqrad türkoloji seminariyasında oxuyan Əli Nazimin mərkəzi mətbuatda maraqlı, geniş və bir qədər də alovlu məqalələri çıxırdı. Bu məqalələr ədəbiyyat aləmində həm maraq, həm də təşvişə səbəb olmuşdu.

Məqalələr kəskin olduğu qədər də hücum xarakterində idi. Əli Nazim həmin məqalələrin ardınca özü də Bakıya gəlib, ədəbi mühitdəki mübahisə, münaqişələrdə fəal iştirak edirdi. Bakıya gələn kimi, Nazimi bir neçə məsul vəzifəyə təyin etdilər: ali məktəbdə kafedra müdiri, jurnallarda redaksiya heyəti üzvü, yazıçılar təşkilatında tənqid bölməsinin sədri, aspirantların rəhbəri və s.

Gəncə seminariyasında oxuduğum son illərdə (1924-1928) Səməd Vurğun (əvvəllər Səməd Məsrur idi) ilə tanış olmuşam. Dəmir körpünün sağında, teatr binası ilə qonşuluqda maarif evi yerləşirdi. 20-ci illərdə maarif evi, şəhər ziyalılarının, xüsusən, gənc komsomolçu müəllim, aktyor, radioçu, mətbuatçıların ən çox toplanıb görüşdüyü yer idi. Şəhər maarif işçilərinin komsomol özəyi də burada iclas edirdi. Bu təşkilatda müəllimlər, məsul işçilər, təsərrüfat xadimləri var idi. Hələ o zaman komsomolçuların fəaliyyət və hərəkəti çox odlu idi. O zaman komsomolçular quruculuq, təşkilat işindən başqa ictimai, mədəni, ədəbi işlərlə də çox fəal məşğul olurdular. Partiya rəhbərliyi də gənc qüvvələrə böyük etimad göstərir, əməli işlərinə istiqamət verir, yoxlayırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İmtahan

Ali məktəbə girəndə bizi yazıdan imtahan elədilər. Dedilər, hər kos boyatında gördüyü on dəhşətli hadisəni yazsın. Yazılarımızı ucadan hamıya oxudular və qiymət qoydular. Şamaxıdan gələn bir tələbə yazmışdı ki. gördüklərimin ən dəhşətlisi zəlzələ idi. Üçmərtəbə evlərin necə bir anda uçulub töküldüyünü, damların bir-birindən aralandığını gördüyüm, avağım altından yerin qaçdığını duyduğum dəqiqələr yadıma düşəndə indi də huşum başımdan çıxır.Ağdaşlı tələbələrin çoxu Kiir daşqınını xatırlayırdılar. Suyun qorxusundan ceyranların belə adama yanaşıb yalvardığını, ilanların ağaclara dırmaşdığını, arvad-uşağın qışqırışdığını təsvir edirdilər. Bir tələbə də hansı şəhərdəsə tamaşa etdiyi bir qadını, eybəcər uşaqlar doğan va sonra bu haçabaşlı, səkkizbarmaqlı, yaxud sümüksüz balalarını bir heyvan soyuqqanlılığı ilə ətrafına düzüb tamaşaçılara göstərən, pul yığan bir ananın faciəsini yazırdı. Müəllim bu yazıların hamısını oxuyur, müəllifin adım çağırır, qiymətini yazırdı. Mənim yazım gələndə oxumadı. Əlinə alıb o van-bu yanma baxdı, adımı oxudu. Ayağa qalxdım.

19463 min
İki rəssam

(Nizami mövzularından)*İskəndərin hüzurunda vəzirlər, alimlər, şairlər, sənətkarlar əyləşmişdilər. Hünərdən və sənətdən söhbət gedirdi. Rum rəssamı ilə Çin rəssamı arasında mübahisə düşdü. Bunların heç biri üstünlüyü əldən vermək istəmədi.

19477 min
İftixar

Kitab sarayından yenicə çıxmışdım ki, ucaboy, cavan və yaraşıqlı bir oğlan mənə yanaşdı. Salam verdi, adımı çəkib mənimlə görüşdü. Nə qədər diqqət etdimsə, tanıya bilmədim. O, bunu hiss etdi:– Əşrəf müəllim, – dedi, – görünür, tanıya bilmədiniz.

19486 min
İlk vəsiqə

Sabir dal skamyaların birində tək oturmuşdu, əlini çənəsinə söykəyib müəlliməsinə diqqətlə qulaq asırdı.Müəllimə dünəndən uşaqlara tapşırıb anaları çağırtdırmışdı. Anaları çağıranda həmişə uşaqlar da maraqlanırlar:

19485 min

Poems by other poets