Taq-taq-taq...

Gülər xala qapı döyəni bu səsdən tanıyırdı, yaşına uyğun olmayan bir cəldliklə qalxıb halqalı açarı götürər, qapıya yaxınlaşardı. Nazlı qonşusuna zəhmət verdiyinə görə xəcalət çəkər, sonra açarı alar, sağ ol eləyib gedərdi.

Əvvəllər Gülər xala qonşusunu içəri dəvət edərdi:

– Qızım, soyuqdan gəlmisən, içəri keç, çay iç!

Nazlı razılıq edər, otağına tələsərdi. Sonralar daha qadına açar verəndə bu dəvətə lüzum görmədi.

Axı, açarı təkcə Nazlı yox, bəzən də işdən tez gələn montyor əri Novruz istərdi. Bu ailədə üçüncü bir adam yox idi. Hər ikisi işləyirdi. Biri trolleybus parkında, biri də işıq şəbəkəsində. Biri evlərin işığını sahmanda şaxlar, biri də şəhər nəqliyyatında adamları daşıyardı. Evdən kim axırda çıxsa açarı Gülər xalaya verib gedərdi.

Gülər xala bu gənc, dinc, təmiz ailənin əziyyətindən nəinki inciməz, hətta qəribə bir həzz alırdı. Sanki öz doğma övladının evinə gözətçilik edirdi.

Gülər bu ailənin qısa və maraqlı tarixçəsinə də bələd idi. Bələd yox, bağlı idi. Həmkarlar komitəsinə mənzil üçün gedib-gələndə neçə dəfə Novruzu orada görmüş, tanış olmuşdu. Keçən ilin yazında Nərimanov prospektində mənzil alanda Novruzu da qapı bir qonşu mənzilə köçən gördü.

– Boy! Sən burada nə gəzirsən?

– Köçürük.

– Hansı binaya?

– İyirminciyə.

– Qonşuyuq ki!

Onu da gördü ki, Novruz yük maşınından çarpayıları çiyninə götürəndə qıvrımsaç, qara bir qız da "Moskviç" maşınından adyalı, balışı və s. düşürdü.

Sən demə, bunlar yenicə evlənibmişlər. Hər ikisi rayondan gəlmiş, inşaatda çalışan fəhlə idilər. Gülər xalaya onlar birinci gündən isnişdi-lər.

Arvad bunların evinə gözətçilik edir, gəlib-gedəni yola salır, qəzetlərini alıb saxlayırdı. Cavanlar bütün günü tikintidə, işdə olur, ancaq axşam evə qayıdırdılar.

Novruz saat altıda qayıdırdı. Nazlı isə trolleybusda, bəzən axşam növbəsində çalışdığından gec gəlirdi.

Tıq-tıq-tıq!

Nazlının açar istəməyini Gülər bu səsdən bilərdi. Nazik gəlin barmaqlarının ehtiyatla, ancaq üç dəfə qapıya toxunması "Nazlı gəldi" demək idi. Novruz da qapıya üç dəfə döyürdü, ancaq onun müştük kimi bərk, iri barmaqları qapının rəng çəkilmiş taxtasında daha kobud səslənirdi!

Taq-taq-taq!

Güman edilməsin ki, Gülər xalanın qapısında zəngi yox idi, mənzilə köçən ilk günlərdə bu zəng hələ hazır deyildi. Heç kəsin qapısında hazır deyildi. Həmin günlər cavanlar qapını barmaqla tıqqıldatmağa alışdılar.

Zəng rəsmi görünür, qonaq səsinə oxşayırdı. Ancaq şəhadət bar mağının üç kərə qapıya toxunması daha Gülər xalaya məhrəm və xoş idi.

Nazlı səhər saat beşdə durur, tələsik geyinir, özünü növbətçi trolleybusa çatdırırdı. Ancaq parka gedəndə, yaxşı maşınların bir-bir qanad açıb səsləndiyini, hərəkətə gəldiyini görəndə işin başlandığını, nəhəng şəhərin oyandığını duyur, damarlarında qızan qan oynayırdı. Elektrik cərəyanının yalnız məftillərin yox, sanki qaynaşan adamların, vücudundan keçdiyini güman edirdi.

Bu cərəyan haradan gəlir? Yalan sözdür, dizellərdən, maşınlardan yox, təkcə bir mənbədən - Xəzərdən təmkinlə boylanan güclü günəşdən gəlir. Milyon nüfuzlu, gurultulu şəhərin bu sərin, təmiz dəqiqələri nə qədər mənalı və gözəl idi.

Bu şəhərdə Nazlının zahirən kiçik, əslində, mühüm vəzifəsi var idi. O, həştad ikinci trolleybusda konduktor işləyirdi. Maşını yola çıxan kimi, adamlar dəstə ilə dolub-boşalan yerlərdə əyləşir, Nazlıya müraciət edirdilər. Bunlar fabrik, zavodların mühəndisləri, fəhlələri, universitetin müəllim və tələbələri, hökumət evinin işçiləri idilər. Çoxu vəzifə sahibi, yaş, bilik, təcrübədə Nazlıdan böyük olan bu adamlar qıza hörmət edir, ondan hörmət görürdülər. Nazlı da bağça mürəbbiyəsi kimi sərnişinlərini tez və salamat iş yerinə çatdırmağa çalışırdı. O, hərdən sürücüdən belə xahiş edirdi:

– Vasya, iş başlanana qədər bir dövrə də vurmaq lazımdır. Daya-nacaqlarda camaatı görürsənmi, vaqon çatmır?

Hərdən də pəncərədən boylanıb yollara baxır, qırğı baxışı, tərlan duruşu ilə sanki, "xəbərdar!" deyirdi.

Nazlı maşını öz otağı kimi bəzəkli və təmiz, sərnişinləri də ədəbli, nəzakətli görməyi sevərdi. Saz tikiş maşınında hərlənən tağalaq dərziyə xoş olan kimi, yumru kağız lentini hər saniyə açıb sərnişinlərə bilet vermək də Nazlıya xoş idi. Bir növbənin axırında lentin kiçilib yox olduğunu, pul sumkasınm isə dolub ağırlaşdığını görəndə Nazlı bilirdi ki, işləri yaxşı gedir, "plan tez dolacaq!" Bir orası var ki, hərdənbir sərxoş azıb maşına minir, Nazlının qayğısını artırırdı. Dispetçer hamıya tapşırmışdı ki:

– Maşına sərxoş buraxmayın!

Amma sərxoşun da eləsi var sakit olur, əqli başında olur, özünü evə çatdırmağa çalışır.

Nazlı beləsinə bayram günlərində rast gəlir, maşının lap axırında yer verir, ilk dayanacaqda düşürüb dispetçer budkasında oturdurdu.

– Bunu evinə yola salın!

İşə gecikməyin nə demək olduğunu yaxşı düşünən Nazlı sərnişinlərin tələsdiyini üz-gözündən bilirdi. Bir də görürdün, trolleybus xırp dayandı. Haradansa azıb gələn naşı bir sürücünün maşını qabağını kəsir, hərəkətə mane olurdu. Sərnişinlər qışqırırdı. Nazlı isə səs-küy salmadan maşından enir, şoferləri köməyə çağırıb ilişən maşını hərəkətə gətirir, yola salırdı. Gəlmə, nabələd sərnişinlərə bələdçilik edir, bir maşından başqasına ötürürdü. İşini qurtarıb növbəsini başqasına təhvil verəndə Nazlını dispetçer otağında əyləşib pul sayan, hərəkət cədvəlini hesablayan görərdin. Öz növbə yoldaşından xahiş edirdi ki:

– Maşını təmiz saxla. Biz yarışırıq, bu gün-sabah yoxlayacaqlar.

Nazlı maşına elə alışmışdı ki, işdən gedəndə bir otaqdan çıxıb başqasına daxil olduğunu güman edirdi. Hər iki otağı səliqəli, sahmanlı saxlamaq onun borcu idi. Bir fərq burasında idi ki, təkərli otağın qapısı həmişə açıq, qonağı çox olurdu. Təkərli otaqda onun köməkçisi iş yoldaşları, mənzilində isə Novruz idi. Hər iki otağı ona həmkarlar ittifaqı, gənclərin zəhmətinə qiymət verən təşkilatlar vermişdilər, özü də həmişəlik vermişdilər, müftə vermişdilər. Nazlı gecə-gündüz səy edirdi ki, işində bir qüsur tapılmasın, hörmətini saxladığı kollektivin yanında başıaşağı olmasın.

Axı, o da Novruz kimi dövlət xidmətindədir. Ona inanıb çox şey etibar eləyiblər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Liman oğlu

Lalə, bənövşə, gülxətmi, qazayağı, quşəppəyi, quzuqulağı, ayıdöşəyi, çobangülü... Dağların, dərələrin saysız-hesabsız bitkilərinə qısa, münasib, uyğun adları görəsən kim verir?Hansı bir qüdrətli qələmdir ki, yetirən məxluqun hərəsinə daimi bir möhür vurur, biz də ona baxıb hər şeyi adı ilə çağırırıq, mahnılara salır, kitablara yazır, dillərə tərcümə edirik?

19665 min
Abadlıq

Bütün arzulayanlara qismət olsun, onların içində mən də təzə mənzilə köçmüşdüm.Köç günlərində evimizdə toy-bayram idi. Bütün dost, qohum və tanışlarım mübarəkbadlığa gəlirdilər, təzə mənzili diqqətlə süzüb seyr edirdilər.

19674 min
Yaratmaq sevinci

insan həyatında xoşbəxtlik yetirən birinci hadisə sevincdir. Sevinclə yaşayan insan qəm-qüssə bilməz, qocalmaz. Sevincin də səbəbləri çox və növbənöv olur.İnsan arzusuna çatanda, təmin olunanda, şadlıq gətirən bir hadisə vaxtında – dost, övlad, vüsal görəndə sevinər, bəzən az, bəzən çox sevinər. Hər halda sevinər. Amma dünyada sevinclərin ən birincisi yaratmaq, zəhmətin, əməyin barını görməkdir. Bu məqamda insan özünü güclü, qüdrətli aslanlara bərabər sayır. Yaradan adamın dili uzun, başı uca, gözü tox, görüş dairəsi geniş, gələcəyi aydın olar. Ədəbiyyat dərnəyinə toplanan cavanlar yaratmaq sevinci haqqında mübahisə aparırdılar. Dərnək rəhbəri də danışıqlara qulaq asırdı. Bəlkə də bu söhbəti özü salmışdı.

19672 min
Bağa getmişdim

Yayda Bakıda istidən qorunmaq xüsusi bir qayğıdır. Burada istilər mayın ikinci yarısından başlanır, oktyabrın birinci yarısında qurtarır. Bir ayın, uzağı iki ayın istisindən yaylağa qaçmaq olar. Beş ayı harada, hansı səfərdə keçirə bilərsən?Ona görə keçmişdə varlı-karlı kişilər Bakının özündə bir növ yaylaq şəraiti düzəltməyə çalışmışlar. Bakı bağlarını, Xəzər sahillərini münasib şəraitə salandan sonra isti nəinki üzücü olmur, hətta bəzi yerlərdə müalicə vasitəsinə çevrilir.

4 min

Poems by other poets