Page 2 of 3 · 33%

Maşın silsilə dağın son və alçaq təpəsinə dırmaşanda zavod dəmiryolunda çınqıl ilə yüklənmiş vaqonlara parovoz qoşurdular. Munisov maşından düşdü. Şoferə tapşırdı ki, Qalyanı evlərinə aparsın. Özü yamac ilə aşağıya, zavoda endi.

Munisovu daha çox maraqlandıran zavodun tikilməkdə olan təzə korpusu idi. Bu yerlərdə ən uca bina olan korpus göyün bir qatına qalxsa da, hələ taxta çəpəri sökülməmişdi. Munisov pilləkənlərdən qalxmaq istəyəndə Stepnoy iş libasında özünü yetirdi. Geyindiyi sırınma gödəkçə onu daha da gödək və yumru göstərirdi. Uzaqdan adama elə gəlirdi ki, o, ayaq ilə yox, təkər ilə yeriyir.

– Xoş gəlmişsiniz, - dedi, - yoldaş Munisov. Deyəsən, revizor kimi xəlvəti gəlirsiniz. İdarədən düz ötmüsünüz.

– Sizin idarəniz bura deyilmi?

– Yaxşı deyirsiniz. Mənim idarəm maşın, təkər dibi, şaqha-şaqqm içidir. Əvvəldən mənimki gurultu ilə gəlib, qulaqlarımda da elə bil, hücumqabağı top atəşi səslənir.

– O özü xoşbəxtlikdir, atışma səni həmişə ayıq saxlayacaqdır.

Munisov zavodun damma çıxıb motor yerlərinə, elevatorlara baxıb soruşur. Stepnoy hər sexinin nə vaxt və nə cür başa gəldiyini danışırdı. Arada öz tələblərini də əlavə edirdi. Munisov dolu bunkerləri relslər üzərində sürərək gətirən bir fəhləni dayandırdı, əl verdi:

– Salam, İbrahim, əlcəyin hanı bəs?

– Soyuq yoxdur, yoldaş Munisov.

– Qış günüdür, əlin dəmirə yapışar.

– Öyrəşmişik, cəbhədə 40 dərəcə şaxta görmüşəm.

Munisov əlcəklərini çıxarıb ona tərəf uzatdı:

– Geyin, əllərini qoru!

İbrahim almaq istəmadi.

– Sağ olun, yoldaş Munisov, əlcəyimə nə gəlib, çox sağ olun. Munisov dönüb çınqıl mədəninin dairəsinə, zavod ilə mədən arasındakı məsafəyə baxdı, əli ilə havada bir yarımdairə çəkdi:

– Fedya! - dedi. - Siz nahaq yerə materialı bu qədər hərləyib gətirirsiniz. Buna artıq vaxt, zəhmət, vəsait gedir. Sağ əl ilə sol qulağı göstərmək lazım deyil! Səmərələşdirmək olmazmı?

Stepnoy dönüb mədənin lap dərinlərə enən mağaralarına, oradan çıxaraq burula-burula motorlar yanına gələn dəmiryollara baxdı.

– Ayrı yol yoxdur, yoldaş Munisov!

– Yol yoxdur, amma tapmaq olar.

Munisov təpənin başını göstərdi.

– Oradaca zavod tərəfə tunel açıla bilməzmi?

Munisov sualının cavabını gözləmədən davam etdi:

– Onsuz da qazıntı dərinlərə gedib. Tuneli açarsan, material düz zavodun ağzına verilər. Gör yolun nə qədər qısalar. Nəyə gərəkdir bu qədər hərlənmək?

Stepnoy bir az diqqətlə baxdı:

– Mümkün işdir, amma!

– Amması yoxdur. Burada Qoşqar-zad yoxdur, balaca bir qum təpəsini dəlməyə nə var?

Munisov rəyini əmrə çevirdi:

– Eləmək lazımdır!

Stepnoy cəld yüyürüb təpənin başında dayandı. Gözəyarı tələb olunan işi ölçüb-biçir, tunel açmağın əməli tədbirlərini görür, xəyalında deyirdi: "Onca günlük iş var, yol isə yarıdan çox qısalır!"

Munisov motorları yoxlayıb aşağı keçdi. Bir xeyli dayanıb mədəndən gələn materialın keçdiyi prosesə diqqətlə baxdı. Dəmir ələklərin ikisini ustaya göstərib: "Dəyişmək lazımdır", - dedi. Rels deşən bir fəhlənin gözlüyünü aldı. Həvəslə rels üzərində oturub işlədi. Qalxanda soruşdu:

– Bacara bilirəmmi?

Fəhlə hiss etdi ki, özü atəş iynəsini düz tutmurmuş.

Munisov vaqonların yanına gəldi. Ələnib seçilmiş, yuyulub qurudıılmuş, inci dənələri kimi təmiz və parıltılı Gil-gil çay çınqılını ovucuna alıb həvəslə sovurdu. Muncuq kimi səsdən xoşlanıb bir də sovurdu:

– Fyodor Markoviç, - dedi, - bilirsənmi ki, sən burada böyük iş görürsən?

Stepnoy başını aşağı saldı:

– Lazımlı işdir, ancaq bir böyüklüyü yoxdur.

– Yoxsa, tank sürmək fərəhlidir?

Munisov yersiz də olsa, Stepnoyu danışdırmaq üçün verdiyi bu suala cavab gözlədi. Stepnoy irəli yeriyib əli ilə çınqılı tərpətdi:

– Munis, - dedi, - mən tankı da bu gün üçün...

Qayıdıb bütün yamacı əhatə edən və dağlara şənlik, həyat verən zavodu, inşaatı, gurultusu gələn elektrik stansiyasını, yola düşməkdə olan qatarı göstərdi:

– Tankı da bu gün üçün, bunlar üçün sürmüşəm. Bu işləri bir-birindən ayırmaq çətindir.

– Heç mümkün deyil! O zaman qoruyurduq, indi qururuq.

– Təzəşəhər nəhənglərinin bünövrəsində sənin əlinin əməyi var. Bu çınqılı indi inşaat aləmində dəmirə tay tutanlar var. Təsəvvür elə ki, bunu biz satın almalı olsaq, işimiz necə müşkülə düşərdi.

Munisov bunu dedi və xoş bir razılıq və məmnuniyyət hissi ilə müsahibinin çiyinlərindən tutub sıxdı və kəsmə ifadə ilə dedi:

– Də-mir-be-ton...

Stepnoy qımıldanmasa da:

– Yox, - deyirdi, - yoldaş Munisov siz məndən möhkəmsiniz.

Munisov qarşısındakı gödək adamın inşaat işinə nə böyük kömək göstərdiyini düşünürdü. Stepnoyun əllərini ilk dəfə ovcuna alanda Munisov duymuşdu ki, barmaqlarının çoxu yoxdur. Döşündəki sarı-qırmızı cızıqlar, üzündəki çapıq, biləyində yara yeri, onun kim bilir, neçə dəfə ölümü məğlub etdiyini söyləyirdi. Stepnoy yaralanıb arxaya göndərilən kimi, inşaatçılar onu Biləcəri vağzalında qarşılayıb gətirmişdilər. Şərəfinə bir məclis də qurmuşdular. Munisov igid tankçının söhbətini ilk dəfə orada, partkom katibinin evində eşitmiş, tanış olmuşdu. O, adda-budda barmaqlarını bir-bir yumaraq keçdiyi döyüş yollarını iftixarla sayırdı:

– Xarkov mənim, Kiyev mənimdir. Qomel mənim, Jitomir mənimdir. Dansiq mənim, Varşava mənimdir.

Munisov o günü yadına saldı, demək istədi ki, "dostum, indi təvazö göstərirsən. Amma gün olacaq ki, eləcə barmaqlarını yumub sayacaqsan: bu zavodun bünövrəsində mənim əlim var. Bu fabrikanın dəmir-betonu, bunun daş betonu, bunun çınqıl-betonu... Burada mənim də payım var...

Say, qardaş, say! Bizim zəmanədə sən saymasan da, zəhməti sayan var!..

Xəyalında dediyi bu sözləri Munisov dilinə gətirməyi nədənsə lazım bilmədi.

Aşağıya - zavodun su anbarına tərəf endi. Stepnoy bələdçilik elədi.

– Oradan yox! Yandan gəlin!

Munisov diqqət edəndə qabaqda kiçik bir dərə gördü. Bu dərəni ötmək üçün 150-170 metr yana burulmaq, dayaz yerdən keçmək lazım idi.

Munisov onun dalınca gedə-gedə danışırdı:

– Xatirinə dəyməsin, Fedya, tankçılığma sözüm yox, şöhrətini də eşitmişəm. Amma izin ver bir inşaatçı kimi səni tənqid edim.

Stepnoy qollarını yana açdı.

– Hazıram, - dedi, - yoldaş Munisov, hazıram! Bilirəm, tənqidsiz əl çəkən deyilsiniz.

Munisov dərənin yaxınına gəlib dayandı.

– Hər dəfə 150 addım o yana və o qədər də bu yana gedincə, buradan bir körpücük tikə bilərikmi?

– Tikmək olar, ancaq...

– Ancağı yoxdur. Sənə burada beş-altı rels, beş-altı lay da qum ələyən dəmir qol lazımdır. Tunel açanda sənin yolun gödələcək, relsin artıq qalacaq, götür uc-uca cala olsun körpü! Düz deyirəm, ya yox?

Stepnoy dinmədi. Dayanıb dərəyə baxdı, baxdı:

– Qardaş, - dedi, - gələn dəfə bu körpüdən keçəcəksən!..

Aşağı enəndə Stepnoy Munisova bir hovuz göstərdi:

– Suyumuz, - dedi, - azdır. Zavoddan çıxan palçıqlı suyu burada durulduram. Sonra təkrar təzyiq ilə yuxarıya, zavoda verirəm.

Uzaqdan gölə oxşayan hovuzda suyun hərəkət istiqaməti görünürdü.

Munisov əlini Stepnoyun kürəyinə qoydu:

– Əqilli işdir.

Daha aşağıda dəmiryol ağzında nasos budkasının yanında dayanan, əlində nə isə parça naxışlayan qarayanız qadın onlara salam verdi. Stepnoy yavaşcadan Munisova dedi:

– Bu qadın motorun növbəsini çəkir. Həm də işçilər üçün dirrik əkirəm, qaroulunu bu çəkir. Zavoddan çıxan su havayı getmir. Qubadan keçən il gətirdiyim ağacların hərəsi 25 santim qol-budaq atmışdır. Deyirəm, qoy heç olmasa fəhlə yorulanda daldalanmağa kölgəlik olsun, deməsinlər, buradakıların zövqü yoxdur...

Onlar qayıdıb yamaca sarı gəldilər. Gün əyilmiş, fəhlələr tənəffüsə çıxmışdılar. Stepnoy qonağı evinə aparmaq istəyirdi. Munisov razı olmadı. Munisov çınqıl dağının kənarına gəldi, ətrafı seyr edib soruşdu:

– Ehtiyatı yoxlamısanmı?

– Bəli, 18 metr dərinliyəcən mədəndir?

– Mədənin miqyası fərz olunduğundan artıqdır.

– Deməli, 10-15 il bəsimizdir!

– Tikintinin həcmi böyüsə, on il ancaq görər.

– Həcm, əlbət ki, böyüyəcək. Müharibə dünən qurtarıb. İlbəil işi böyüdəcəyik. Təzə mədən axtarmaq lazımdır, təzə...

– Siz mənə adam verin, bir nəfər torpaqşünas verin. Mən bu çılpaq dağlardan nə desəniz taparam!

Munisov səsini dəyişdi:

– Deyəsən, gəlirsən mətləb üstünə.

Fedyanın qolundan tutub geriyə, idarəyə tərəf döndü:

– Bilirsən, - dedi, - sənin yanına niyə gəlmişəm?

Sualı deyib onun üzünə baxdı. Mexanikin yanmış üzündə kiçilmiş gözləri işıldadı:

– Niyə gəlmisənsə, xoş gəlmisən!

– Qalya sənə deməyibmi?

– Qalya Bakıdadır.

– Bakıda deyil, gətirmişəm. Özü də söz verib səninlə mübarizədə mənə kömək etsin!

Stepnoy ciddiyyətini pozmadı:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ölümdən betər

Yırtılmış meşokdan taxılmı tökülür, qar üstündə ip sürünür, ya fırfıra səsidirmi?Xışıltını yaxşı seçə bilmədim. Dayanıb dinlədim, deyəsən, heç bir şey yoxdur. Sanki, bayaqdan bəri məni məşğul edən səs, quru bir vahimə imiş.

19426 min
Axşam səfəri

IÜç yoldaş idik, düşmən arxasına kəşfiyyata getmişdik. Hava çox bürkü, göy tutqun idi. Ağaclar altında özümüzü otlar, yarpaqlarla örtərək, ehtiyatla yeriyir, düşmən qüvvələri haqqında bir şey bilmək istəyirdik. Qaranlıqda xeyli getdik. Deyəsən, yol kənarı idi. Motor səsi eşitdik. Ardınca təkər səsləndi, təkər dayandı, yenə motor səsləndi. Sonra sanki, külək dağıdan və ancaq qırıq-qırıq eşidilən danışıq səsi... yenə motor, yenə təkər səsləri, yenə danışıq...

194312 min
Xəbər ətərsiz

Yarım saatdan artıq idi ki, Səkinə hərbi komissarın qapısında növbə gözləyirdi. Darıxır, tələsir, intizar çəkirdi. Ancaq qapı açılanda, üzlü adamlar növbəsiz irəli yeriyəndə Səkinə daha da geri çəkilir, sanki komissarın gözünə görünməməyə çalışırdı. Ehtimal ki, gözləyənlər hamısı güzəştə gedib, onu qabağa salsaydılar, Səkinə yenə içəri getməzdi. Çünki komissara deyəcəklərini hələ də ölçüb-biçməmiş, hələ də şikayətinə müəyyən ifadə verməmişdi. Şikayətçilərdə belə ehtiyat, çox vaxt sözün azlığından, yaxud mətləbin yüngüllüyündən olur. Səkinənin isə deməyə bir kitab sözü var idi. Ancaq haradan başlamağı, harada dayanmağı aydın etməmişdi. Düşünür, düşündükcə düşünürdü. Ona elə gəlirdi ki, sevgilisinin - 8 aydan bəri ayrıldığı, üç aydan bəri kağız almadığı Fətullanın taleyi, qucağında mışıl-mışıl yatan, dünyanın əzab və iztirablarından xəbərsiz olan körpəsinin taleyi, yenicə birləşib qurduqları, məhəbbətlə qızdırdıqları, səadətlə işıq verdikləri, ümidlə parlatdıqları ailənin, cavan xanimanın taleyi bu gündən, komissarın bu cavabından asılıdır.Birdən qapı taybatay açıldı. Sanki adamları qucaqlamaq üçün qollarını yana açmış komissar çıxdı, əllərini qapıya çataqlayıb, şikayətçiləri süzdü. Duruşundan aydın idi ki, komissar yorulmuşdur, ancaq şikayətçilərin hamısını qəbul etməmiş getmək istəmir. Onun gözü uşaqlı qadına, kənarda dayanan Səkinəyə düşən kimi çağırdı:

194310 min
Muştuluq

Bir ay olar ki, Əşrəf burada, şəhərdən bir az kənarda düşərgədədir. Birinci dəfədir ki, anası ona icazə verib, yola salmışdır. Birinci dəfədir ki, Əşrəf öz evlərində yatmır.Bura "El bağı" deyilən gözəl bir yerdir. Ağaclar baş-başa verib, hər tərəfə ətir səpilib, arxlarda sular pıçıldaşır, ağaclarda quşlar səslənir. Günəş - göylər sultanı güclü günəş sanki, aşağı enib, lap yaxına gəlmişdir. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər.

19434 min

Poems by other poets