Göz
Page 2 of 4 · 25%
2
Yəhya Kamal kolxoz idarəsində katib vəzifəsinə başladı. Nə başladı! Sabah açılmamış darvazanı açıb oturur, papirosunu tüstülədərək, işləri fikirləşirdi. İdarəyə gələn kolxozçulara stul çəkir, tanısa da, tammasa da əhvalpürsanlıq edirdi:
– Necəsən? Nə var, nə yox? Arvad-uşaq nə qayırır? Lap yaxşısan ki? Şükür!..
Çox çəkmədi Yəhya Kamalın tərifi dildən-dilə düşdü:
– Kəndə heç belə katib gəlməyib! Kişi kəndçinin qanına bələddir.
Bunlar Yəhya Kamala daha da ruh verirdi. Söz arasına salıb camaata bildirirdi:
– A sağolmuş, kolxoz saxlamırsınız ki, bu nədir? İdarədə qəzet yox, şəkil yox, stul qırıq... Gələydiniz, Bakıda bizim kolxozu görəydiniz, nə dəsgah başlamışam...
O, Bakıdan danışdıqca camaatın gözündə daha da böyümək istəyirdi. Çobanlar çomağma söykənib biri o birisinə pıçıldayırdı:
– Yaman adamdır! Bakıdan deyiblər ki, gərək gedib Köçəmirlini düzəldəsən...
Yəhya Kamal komsomolçuların divar qəzetinə də bir məqalə yazdı. "Kəndli" qəzetinə abunə yazıldı. Yanvarın 5-dən ilk qəzeti aldı. Qəzetin üstünə balaca bir adres kağızı yapışdırmışdılar. Yəhya Kamalın adı çap hərflərilə aralı-aralı yazılmışdı. O, qəzetin möhürlü tərəfini üstə qatladı. Gəlib-gedənə göstərdi:
– Buyurun, oxuyun! Bakıdan mənə liçni göndəriblər.
Qəzetə abunə yazılandan sonra müxbirlik qələmini itilədi. Redaksiyanın müxbirlərə göndərdiyi anketdən birini poçtdan ələ keçirtdi. Bu anketi də kəndin başbilən adamlarına, komsomolçulara göstərdi.
Məsmə qarı, ispalkomun nəyindənsə narazı idi. Dilən onun qulağına çatdırmışdı ki, katibə deyinən, qəzetə vursun. İspalkom olanda, nə olar. Atasını yandırarlar. Məsmə qarı darvazada camaatın içində Yəhya Kamala yalvarıb deyirdi:
– Qadan alım, a katib, bildir, Səlmanı gərək qəzetxanalara yazasan. Yaz ki, əlsiz-ayaqsızı dolanmağa qoymur.
Yəhya Kamal stulunda burcuxdu, ağır-ağır danışdı:
– Düzələr, düzələr, ay Məsmə xala! - dedi və inandı ki, o artıq müxbirdir. Bunu bütün kənd bilir. Belə bir özünütəmindən sonra camaata eşitdirdi:
– Müxbir dediyin hökumətin gözüdür, amma çifayda, bizim aramızda qədrini bilən hanı? Qəzetxanalarımız dəfəatla deyirlər: yaz, yaz! Di gəl, mən istəmirəm yoldaşlar ilə olam üz-göz. Nə lazım inciklik...
Yəhya Kamal anketi qabağına qoyub doldurmağa başladı. İki sual ona çətin gəldi. Qələmi mürəkkəbqabına söykəyib düşündü, düşündü... Bir papiros tüstülətdi. Durub gəzindi. Yenə də bir şey çıxmadı. Ayaq üstə əyilib bir də diqqətlə baxdı:
– Sizin ictimai mənşəyiniz...
Nəhayət, nöqtələrin üzərində yazdı: "Fəhlə."
Bu sözü o elə cəsarətlə yazdı ki, deyəsən, bayaqdan məəttəl qalan, baş sındıran heç o deyilmiş. Dalısını davam etdirmək istəyirdi. Yenə dayandı, baxdı, geri çəkildi, indicə yazdığı "fəhlə" sözünə acıqlı-acıqlı baxdı. Canına üşütmə gəldi. Qulağı cingildədi, ayağa durdu: "Fəhlə..." "Qəzayi-rəbbani, bəlkə qəzetxanadan soruşdular ki, ay filani, sən harada fəhlə olmusan? Buna şahidin, sübutun hanı?" Bu sual Yəhya Kamalı ayıltdı. Qələmin ucundakı lomba mürəkkəb ilə fəhlə kəlməsinin üstünü örtdü.
"Bəs nə yazmaq? Yazarsan, fəhləyəm, sabah içindən iş çıxar. Yazarsan..." Yəhya Kamalın fikri qarışdı: qolçomaq, alverçi, yüzbaşı, molla... Bu sifətlərin hamısı nəzərinə gəldi. Qaşım çatdı, dodağını gəmirib bunları yadından çıxaranda, sualın qabağında yekə bir qara ləkə gördü. Ləkə o qədər böyük idi ki, o biri sualları da örtmüşdü.
"Bu qara nədir? Ləkə nə deyən sözdür? Bu nə cavabdır?"
Yəhya Kamala elə gəldi ki, bu sualın doğru cavabı öz-özünə anketə yazılmışdır. Redaksiyaya gedəcək, oxuyacaqlar. Köçəmirli kəndinə məxfi məktub yazıb onu "dərdəst" edəcəklər... Dəhşətdən ayağa qalxdı. Evi nəzərdən keçirdi. Kənardan sualın qabağına baxdı. Heç nə yazılmamışdı. Yan-yana düzülən nöqtələr fağır-fağır durur, cavab gözləyirdi.
Yenidən stula oturdu. Lampanı yaxma çəkdi. Qələmi batırıb ürəyində "bismillah" dedi. Əlini kağıza tərəf aparanda ləkəni gördü. Ləkə daha tünd-qara, qatı və iti idi. Ləkə yalnız ictimai məişətində olsa, dərd yarı idi. Anketi doldurmuş, adını, yaşını və stajını da tutmuşdu. Belə anketi, Allah eləməmiş, qəzetxanada görsələr, qırmızı xətt ilə üstünə yazacaqlar:
– Siyahıdan silinsin!
Yəhya Kamal arxasını kürsüyə söykəyib halsız düşdü. Ümid və arzuları qırılan daşdan qopan toz kimi göyə sovrulurdu. Üzünü çevirdi, anketə baxmaq istəmədi, gözü divardan asılan plakata sataşdı. Orada qalstuklu bir pioner "Kəndli" qəzetini uzadıb deyirdi:
"Kəndli, kolxozçu yoldaşlar! Öz qəzetinizi oxuyun və ona müxbir olun."
Həmişə bu kağıza baxıb, ruhlanan Yəhya Kamala indi pionerin dedikləri yabançı gəldi. Üzündə acı bir təəssüf doğdu. Ürəyindən keçdi ki, "nə kəndlibazlıqdır? Motalpapaq Əyyubmu, qazan qarası ilə qol çəkən Bəndalımı sənə müxbir olacaq? Budur, yazılmaq istəyirəm. Nədir? Bu ləkə nədir? Qoysana yazılım! Məndən xeyir görərsən. Xeyir ver!" Gözünün ucu ilə yavaş-yavaş anketə, ləkəyə baxmağa başladı. Diqqət edəndə, ləkədən əsər görmədi. Sual yerində idi. Nöqtələr təsbeh kimi düzülüb cavab gözləyirdi. Heyrət onu aldı:
"Nə tövr olur? Bir şey görmürəm." Gözlərini ovxalayıb bir də baxdı... Gözünü lap sualın qabağına zillədi. Heç nə yox idi. Ancaq qaraladığı sözün böyründən münasib bir cavab yazmaq lazım idi. Bu dəfə o səbirlə tərpəndi. Qələmi mürəkkəbdən ayıranda, birdən kağızın üzərinə yıxılmadı. Yavaş-yavaş yaxınlaşdı. Deyəsən, yumru ləkə yenə anketin üzərində tərpənirdi. Birdən anladı, başına qapaz vurub güldü. Sevindiyindən əlini əlinə çaldı, ayağa qalxdı. Burnunun kölgəsi az qala, onun zəhrini yarmışdı.
O bir də fikirləşdi. Başqa cavab tapa bilməyib, qaraladığının böyründən yazdı:
"Fəhlə!"
Ona elə gəlirdi ki, heç kəs bunu rədd edə bilməz, fəhləliyini isbat üçün heç nə yoxsa, fəhlə olmadığını isbat üçün də bir şey yox idi:
"Deyərəm, buyur sən isbat elə ki, mən fəhlə yox, burcovoyam. Kim məni tanıyır? Kənddən sorağım gəlincə dabanlarımı yağlayıb, on dağ aşaram." İkinci sualı bir də oxudu:
"Sizin firqəyə mənsubiyyətiniz."
Burada o, tərəddüd etmədən belə bir cavab yazdı.
"Firqə ilə əlaqəmiz sıxdır. Ürəkdən çisti kommunist olmağıma dair vəsiqələrimi lazım olsa, təqdim edərəm." Burada o, kolxoz sədrindən aldığı mükafat vərəqəsini və divar qəzetində "gələcək həyat" barəsindəki məqaləsini nəzərdə tuturdu.
Anket hazır idi. Qatlayıb, paketə qoydu. Cib dəftərindən bir şəkil çıxarıb əlavə etdi. Paketin yapışqanını yalayıb bağladı, kənarına bir manatlıq marka döşədi. Üstünü həm azərbaycanca, həm rusca yazdı:
"Bu məktub Bədkübə şəhərində "Kəndli" qəzetxanasında möhtərəm müdir əfəndilərə vüsul olacaq. Zəhmət buyurub təvəqqe edirəm, qəbul olmağımı yazasınız.
Qrod "Badkuba" qəzetxana "Seleniy" doroqoy ziverdişi."
Səhər tezdən Yəhya Kamal məktubu poçt işçisi Aslana verdi və bərk tapşırdı ki, "sroşni" şeydir, gərək tez gedə. Yəhya Kamal öz xəyalında məktubun hərəkətini yoxlayıb müəyyən etdi ki, yeddi günə qədər qəzetdən cavab gəlməlidir; çünki o xüsusi bir rica da etmişdir.
"Qoy adım rəsmi dəftərə düşsün. Hökumətin gözü olum bir!.. Mən bilirəm, nə edəcəyəm."
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-goz
Use ← → keys to move, R for a random poem
More by this author
Adam, xüsusən indi cəmiyyət adamı bunlarsız keçinə bilmir.Mən özüm müəlliməm, xalqın uşaqlarını oxuduram. Çalışıram ki, cavanlar müasir elmin, mədəniyyətin əsaslarını yaxşı öyrənsinlər. Gənclərə diplom verib həyata, xalq təsərrüfatında işə göndərəndə getdiyi idarənin işi sahmanda olsun, həm gəncin alnıaçıq, üzüağ, sənəti sayalı olsun, həm də müəllimin zəhməti hədər getməsin, sevincinə əsas olsun.
Anamın sevinciBurada hansı sevincdən söhbət gedir? Bizim anaya gətirdiyimiz sevincdən, yoxsa ananın bizə gətirdiyindən?Doğrudur, biz anamızı çox istəyirik, mən də, bacım da. Onun, az qala, başına dolanırıq. Həmişə istəyirik ki, onu sevindirək, güldürək, ürəyini açaq, xoş xəbərlə salamlayaq.
Məhəbbətə zor yoxdur– Nisa, ay Nisa!Nisa qayıdıb səs gələn tərəfə baxdı, dinmədi.
Ticarət lirikasıMəhəbbət lirikası, məişət, təbabət lirikası eşitmişdim, amma ticarət lirikası yox!Dünyada böyük bir aləm olan ticarətin özünəməxsus istilahları var: balans, avans, debit, kredit, deponent, qazanc, ziyan...
Poems by other poets
Ey qaşı kaman, kirpiyi peykan, qaraçarqat!Olsun belə canım sənə qurban, qaraçarqat!
BaramaUstalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
YoxsulBir yoxsul, bir zaman gedib hamama,Soyunub, əl atıb çanağa, caına,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,