Gözətçi
Yayın yandırıcı günlərindən biri idi. Günəş günorta yerindən xeyli enmiş, kölgələr düşmüşdüsə də, isti şiddətlə davam etməkdə idi. Şəhərdən Mərdəkana doğru yollanan minik maşınları gümüş kimi şümal asfalt üzərində süzüb gedirdi.
Bu maşınlardakıların çoxu işdən çıxıb bağa, ailəsinin yanına gedən şəhər fəhlə və qulluqçuları idilər. Onlar, deyəsən, istidən qaçırdılar. Bağda, əncir ağaclarının kölgəsində oturub sərinləməyə tələsirdilər.
Buruq ustası Ağa Mehdi "Moskviç" maşınında gedirdi. Yeddi yaşlı oğlu Şahini də özü ilə aparırdı. Şahini dünən məktəbə yazdırmaq üçün bağdan gətirmişdi.
Şahin təbiətilə həvəsli və hər şeylə maraqlanan bir uşaq idi. Görüb-bildiklərindən danışmağı sevər, yaşıdları ilə mübahisə edərdi. Moskva dilindən düşməzdi: "Elə böyükdür, elə böyükdür ki, lap dünya boyda!" Şahin təyyarələrin, maşınların markasını sayar, hansının güclü olduğunu, hansının yeyin getdiyini böyüklərə məxsus bir qətiyyətlə deyərdi. Modelləri qabağına töküb hissələrini göstərər, uşaq dililə bövük sözlərini danışdıqca danışardı. Atası həmişə deyərdi: "Bunlar bizim uşaq olduğumuz zəmanənin uşaqları deyil".
İndi Şahin yol boyu şəhərə, mədənlərə, sənaye ocaqlarına, əkin verlərinə tamaşa edir, gördüyündən atasına sual verirdi: "Bu fəvvarəli ver nədir? O zavoddan qalxan tüstü niyə sarıdır?"
Şahinin özünəməxsus bir aləmi vardı. Onun fikrincə, yayda ona görə bərk isti olur ki, "üzüm lər tez yetişsin", külək ona görə əsir ki, "adamlara sərin olsun!"
Şəhərdən bir xeyli uzaqlaşandan sonra Şahin daha soruşmurdu. O, sürətlə gedən maşının pəncərəsinə yaxın oturub seyrə məşğul idi. Gözü önündən keçənlər, sanki, ona məlum və aydın idi. Yol ağzında, çılpaq bir düzənlikdə tikilmiş ağ zolaqlı bir budka Şahinin diqqətini cəlb edi. Qoluçırməki bir qadın çöməlib oturmuş, gəlib-gedənə baxırdı. Şahin atasına tərəf döndü:
– Bu arvad kimdir?
– Gözətçidir!
Şahin bir də baxdı. Yolun o yan-bu yanında ikizolaqlı ağac maili durmuşdu. Budkanın ətrafında başqa bir tikinti yox idi. Sağa-sola uzanıb gedən, qoşa tar simi kimi işıldayan dəmiryolundan başqa heç nə yox idi. Uşaq təkrar soruşdu:
– Nəyi gözləyir, burda ki bir şey yoxdur?
Atası Şahinin üzünə baxdı:
– Səni və məni gözləyir.
Şahin elə bildi ki, atası zarafat eləyir. Ancaq onun üzündə belə bir əlamət görmədi, ona görə də başa düşmədi.
– Bizim nəyimizi gözləyir?
Ağa Mehdinin üzündəki ciddilik daha da artdı və xüsusi məna kəsb etdi. O, diqqətlə oğlunun üzünə baxdı və sözünü təkrar elədi:
– Sənin özünü gözləyir. Gözləyir ki, sənə heç bir şey olmasın, biz salamat bu yollan keçib gedək!
Ağa Mehdi budkanın kənarlarında maili şəkildə uzanan zolaqlı ağacları göstərdi:
– Görürsənmi o ağacları, onlar yolu açıb-bağlamaq üçündür. Qatar gələndə gözətçi qabaqcadan bilir, maşın yollarım bağlayır ki, toqquşma olmasın, bir xəta çıxmasın. Adamlar salamat keçib getsinlər. Oğul, sən o qadını heç tanımırsan, ancaq o, sənin salamatlığını qoruyur, səndən ötrü burada gecə-gündüz qalır, gözətçilik edir.
– O, mənim nəyimdir ki?
– O, sənin qohumun deyil, ancaq vətəndaşdır. Sən yaşayan ölkənin adamıdır. O, səni, məni, Vətənin adamlarını xətadan gözləməyi özünə böyük bir iş bilir.
– Bəs ona kim pul verir?
– Ona bu işi hökumət tapşırıb, hökumət xüsusi məvacib verir, mükafat verir ki, adamlarımızın salamatlığını yaxşı gözləsin. O, yoldan ötən hər kəsi öz oğlu, qardaşı, bacısı kimi qoruyur.
Ağa Mehdi oğlunun get-gedə oyanan marağını görüb davam etdi:
– Bəs necə? Görürsən ki, külfətimizdə hər kəsin bir işi var. Atan səhər tezdən qalxıb öz qulluğuna gedir, qardaşın məktəbə, bacın musiqi öyrənməyə gedir. Anan evdə onların xörəyinə, paltarına baxır. Hökumət də öz işlərini Vətənimizin adamları arasında bölmüşdür. Kolxozçular əkin əkib məhsul verirlər, fəhlələr maşın, sənaye malları hazırlayır, neft çıxarırlar, müəllimlər uşaq oxudur, mühəndislər ev tikir, maşinistlər qatar sürür, dərzilər paltar tikirlər. Hamı öz zəhməti ilə yaşayır və Vətənə xeyir verir. Milyonlarla adamdan hərəsi bir iş görür: hamı ümumi işə, Vətənimizin irəli getməsinə kömək edir...
Şahin atasının sözlərini eşidəndən sonra susdu. Elə bil, ona örtülü bir aləm açıldı. Gördüyü, tanıdığı adamlar bir-bir onun gözündə yenidən canlandı. Hər səhər evinin qabağından ötən dyadya Petyanı xatırladı. O, hansı zavodda isə model qayırır. Yurikin atası isə dəmiryolunda paravoz sürür, hərdən gecə də evə qayıtmır. "Vaxta gedib" deyirlər. Kazım əmi Keşlədə çörək bişirir, Zəhra xala dərmanqayırandır. Xalıqov fəhlələrin böyüyüdür.
Həyət uşaqlarından kim böyüyürsə, məktəbə, pioner evinə, musiqi dərnəklərinə gedir...
Bunları xatırladıqca, bütün adamlar Şahinin gözündə ata-ana, ba cı-qardaş kimi, şəhər isə bir ailə şəklində göründü. Hamı məşğuldur, hər kəs öz işini bilir, hamı iş görür. Ancaq bu ailə böyük, adamlar çox, iş]Ər Şahinin gözündə çətin idi. Bunların hamısına iş verən, hamını oxudub böyüdən, hamını öyrədən, milyon-milyon adama atalıq edən adam Şahinin gözündə canlandı. O, sanki, öz biliyini yoxlamaq üçün atasından soruşdu:
– Ata, adamlara bu işləri kim öyrədir?
Ağa Mehdi gülümsədi:
– Oğul, – dedi, – hər ailənin bir atası varsa, bütün ataların da atası var! Böyük Vətənimizin hər işinə fikir çəkən, hamısının həyatını qorumağa plan tökən, tədbir çəkən atalar atası, böyük rəhbərimizdir!
Ağa Mehdi qabaqdan gələn və şərqi oxuyan dəstəni oğluna göstərdi:
– Görürsənmi?
Şahin dönüb baxanda bir dəstə pionerin nizami yerişlə gəldiyini gördü. Onlar qabaqda böyük Stalinin əzəmətli şəklini uca tutmuşdular. Onları yolda görən kimi, maşınlar, qatarlar, piyadalar, – hamı dayandı. Ətrafı sükut bürüdü. Nə motor, nə fit, nə təkər səsi eşidilirdi. Yalnız möhkəm addımlarla yeriyən pioner dəstəsinin xoşbəxtlik şərqisi ucalırdı. Uşaqlar sağlam, saf, ahəngli səslə mahnı oxuyurdular:
Biz sindsi atəşlərlə, alovlarla doluyuq!
Pionerik, məktəbliyik, Stalinin oğluyuq!
Ağa Mehdi Şahinin üzünə baxdı. Şahin gözlərini dəstədən ayıra bilmirdi. O, ulu rəhbərin dalınca gedən uşaqlara qibtə edir, soruşurdu:
– Ata, bəs mən haçan pioner olacağam?
– Az qalıb, darıxma, məktəbdə oxuyanda sən də pioner olacaqsan!
Uzun zaman Şahin o gözətçi qadını unuda bilmədi. Onun yanına getmək, əlini öpüb razılıq eləmək istədi. Yalnız indi anladı ki, onun həyat və səadətində yalnız doğma ata-anasının deyil, minlərlə Vətən adamının iştirakı var. Hər peşədə işləyən minlərlə adam cəmiyyətin işini görür, bir-birinə kömək edir.
Atası Şahinə bir misal çəkdi:
3 26 – Çkalovu tanıyırsanmı?
– Qəhrəman təyyarəçidir, niyə tanımıram!
– O/ Amerikaya birbaşa uçan zaman hamı heyran qalmışdı. Orada ondan soruşmuşdular: "Sizin çoxmu dövlətiniz var?" Çkalov cavab vermişdi ki: Bəli, çox dövlətliyəm, 190 milyon adamım var ki, mənim üçiin işləyirlər, mən də onlar üçün işləyirəm!" Bizim Vətənimizdə hamı bir-biri üçün işləyir, hər kəs ümumi işimiz üçün çalışır. Hər kəsin səadəti Vətəndən asılıdır, Vətənin tərəqqisində hər bir ləyaqətli adamın əınəyi, iştirakı vardır.
İlk baxışda sadə gördüyü adamların hamısı Şahinin gözündə böyüdü və hörmətləndi. Şəhəri, evini-eşiyini qoyub yayın bu istisində yolda əyləşən, maşınlara yol göstərib adamların salamatlığını qoruyan gözətçi qadın onun ürəyində ana kimi məhəbbət saldı. O, sanki, Şahinin gözünü açır, "adamlara diqqət yetir!" deyirdi.
Ondan sonra Şahin gördüyü, rast gəldiyi adamların yalnız sifətinə, libasına baxmır, onların Vətəndə nə vəzifə daşıdığını, böyük vətəndaşlar ailəsində nə iş gördüyünü düşünür, öyrənməyə çalışırdı. Şahinə elə gəlirdi ki, öz ailələrində olduğu kimi, böyük Vətən ailəsində də əlindən iş gəlməyən, hamının xeyrinə çalışmayan bir adam yoxdur və olmamışdır!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-gozetci
Use ← → keys to move, R for a random poem
More by this author
Bizim analar qızlarına ad verəndə gülləri, çiçəkləri unutmurlar: bənövşə, qərənfil, yasəmən, lalə, nərgiz, sünbül, süsən və habelə.Bu adları eşidəndə sevinirsən. Sahibini görməsən, tanımasan da sevinirsən, bağ-bağata, gülzara, laləzara düşmüş kimi, bahar havası duyursan.
XəcalətAla-bəzək geyimli cavan bir oğlan əlində kağız bükümü, gilas yeyə-yeyə, ətrafına baxa-baxa şəhər bağından ötürdü. Axşamdan xeyli keçmişdi, xiyaban o qədər sakitlik idi ki, ağır, ahəngdar addımlardan, döşəməyə düşən tumların səsindən başqa heç nə eşidilmirdi, cavan oğlan hər gün buralardan keçsə də, nadir hallarda belə sükut görərdi.Səhər buradan işə gedəndə xiyabanı şüşə kimi tərtəmiz gördü. Sanki kimsə hamıdan tez durub xiyabanları silib-süpürmüşdü ki, adamlara xoş olsun.
Sancaq fabrikindəDirektor:– Xoş gəlmisiniz! Kitab xadimləri nə əcəb bizi yada salıblar!
İlk hədiyyə1Qəşəm kişi küsənərək deyirdi: