Tamaşa
Page 3 of 3 · 67%
Hətəm kişi yeşiyi MTS-in maşınına qoyub yola salanda, maşın burulan tozlar içində itəndə Tamaşanın ürəyi yerinə gəldi.
3
Bu əhvalatdan on-on beş gün keçdi. "Bənövşə" kolxozçuları ellikcə yığılıb Stalin yoldaşa bir təşəkkür məktubu yazdılar. Hətəm kişi də bu işin başçılarından biri oldu.
Tamaşa isə tutduğu işin intizarını çəkirdi. Atasmdan dönə-dönə soruşurdu: "Moskvaya kağız neçə günə gedər? Limon neçə günə gedir?"
O, gah yazdığı məktubun rəhbərə çatdığını yuxuda görürdü, gah atasının bu işdən xəbər tutacağından və acıqlanacağından çəkinirdi, gah da ürəyini dələn, onu incidən bu sirri açıb anasına demək istəyirdi:
"Görəsən, anam bilsə, atama deməz ki?"
Bu səhər poçtalyon, Hətəmin evinə iri, möhkəm bağlanmış, o yan- bu yanı kağızlı, möhürlü bir yeşik gətirdi. Hətəm körpü üstünə, hansı qonaqları isə yola salmağa getmişdi. Arvad yeşiyə baxdı. Xəyalında bir yerə gümanı gəlmədi. Birdən yadına düşdü: "Bu ki, bizim limon yolladığımız yeşikdir." Arvad çaşan kimi oldu.
Tamaşaya dedi:
– Q ız, qaç atanı çağır. Deynən limonları geri göndəriblər.
Tamaşa da bir şey anlaya bilmədi. Atasının dalınca yüyürdü. Hətəm kişi eşidəndə ki, "limonları geri göndəriblər", bədəni buz kimi oldu.
– Necə yəni geri göndəriblər. Qız, bunu sənə kim dedi?
– Anam dedi, tez gəlsin.
Hətəmin inanmağı gəlmədi:
– Qız, yalan olar bu söz, düzünü de görüm, anan məni neynir? Tamaşa and içdi:
– Atam canı, odur ey, yeşik balkonda.
Hətəmin dinəcəyi olmadı. Əllərini gödəkcəsinin ciblərinə qoymuşdu. Əsəbilikdən yumruqları ilə ciblərini elə aşağı basdı ki, az qaldı paltarın tikişi atsın. Onun keyfi pozulmuşdu. Düz yolunu yeriyə bilmirdi. Doqqazda dayanıb Tamaşanın üzünə sərt baxdı.
– Qız, bu xəbər yalan olar, gəl sən məni çaşdırma!
Tamaşa, gətirdiyi xəbərin atasına bu qədər ağır gələcəyini bilsəydi, heç deməzdi. Atasının bu heyrətli sualları, Tamaşanın da keyfini pozdu. Onun yadına ayrı şey gəldi. Düşündü ki, atası bu saat yeşiyi açacaq, limonları götürəcək, qızın məktubunu tapacaq. "Onda mən nə deyərəm? Bəlkə elə mənim məktubumu görüblər, deyiblər uşaq bu boyda limonu haradan alıb?.. Bəlkə adresi yazmamışam, onunçün?"
Qızın ürəyi səksəkədə idi. Gözləyirdi ki, bu saat atası əlində məktub onun üstünə gələcək: "Bu nə işdi eləmisən, qız?"
Hətəm başını aşağı salıb yeyinlədi. Evə çatanda arvad balkondan səsləndi:
– Gəl, gəl, ay kişi, limonlarına sahib dur!
Hətəm hirsindən cavab vermədi. Təpiklərini pilləkənlərə bərk vura-vura çıxdı. Gözü bağlı yeşiyə sataşanda soruşdu:
– Budurmu, a qız?
– Hə, odu!
Hətəm bıçağını çıxardıb sökmək istədi. Nə düşündüsə, arvadını səslədi:
– Sonra özgəsinin olar, ha!
Arvadın sanki, indi yadına düşdü. İçəri keçib şkafın üstündən bir məktub da gətirdi:
– Yox, - dedi, - bizimkidir. Həyətdə oxutmuşam. Kağızı da bu!
Hətəm adam göndərib Müseyibin oğlunu çağırdı. Rusca yazılan adresi bir də oxutdu.
Yeşiyi sökəndə içindən bir qırmızı nişan patefon, içi val ilə dolu bir qutu, bir balaca yeşik də kitab, məxmər üzlü dəftərlər çıxdı. Hətəm kişi baxıb heyran qaldı: "Bunu kim göndərib, kimə göndərib". Kağızı açıb baxanda qaşının düyünü açıldı, dodaqları qaçdı, sifəti sevinc ilə işıqlandı. Sinəsini dolduran intizar bir anda boşaldı:
– Ay Müseyib oğlu, sən yaxşı oxuyursan, al! Nə varsa bunda, bu kağızda olacaq, oxu!
Müseyib oğlunun gözləri ilk sətirlərə sataşan kimi Tamaşanı səslədi:
– Gəl, ay Tamaşa, gör rəhbər sənə nələr göndərib, gəl!
Məktubu, rəhbərin köməkçi işçilərindən biri yazırdı:
"Balaca qız, Tamaşa, rəhbərə yazdığın məktub çatdı. Çox sağ ol. Rəhbərin sənə üç tapşırığı var: birincisi oxumaq, ikincisi oxumaq, üçüncüsü oxumaq. Sənə balaca bir hədiyyə də göndərdik. Kitabları oxuyarsan, yorulanda patefon çalarsan. Hələlik..."
Tamaşa sevincindən qıpqırmızı qızarmış, durduğu yerdə patefona, kitablara baxa-baxa qalmışdı. Anası onun başını sığallayırdı:
– Xeyir olsun, bəxtəvər, hər şeyin Moskvadan gəlir.
Hətəm kişi mat qalmışdı. Arvadından soruşurdu:
– Sən mənnən huşlusan, biz bu qızın barəsində yazmışdıq, ya yox?
Arvadın xatırında yox idi. Hətəm kişi ona heyran idi ki, Tamaşanın adını Moskvada kim bilib.
Hətəm, Müseyib oğlundan soruşdu:
– Yazan sən idin axı?
Müseyib oğlu dedi:
– Mən qızın adını yazmamışdım. Orada Tamaşadan bir şey yox id i.
– Bəs bu qızı Moskvada kim tanıyır?
Tamaşa açdı söylədi:
– Özüm yazmışam, ay ata, özüm rəhbərə məktub yazdım.
Hətəm kişinin gözləri böyüdü. Heyrətindən qışqırdı:
– Qız, sən nə danışırsan?
– Bunu deyib balaca, gözəl və cəsarətli qızını bağrına basdı. Bir müddət qəlb-qəlbə dayanan ata-baladan səs çıxmadı. Ancaq onların qızarmış yanaqları görünürdü.
Bir az sonra, altdan yuxarı baxan Tamaşa atasına xatırladırdı:
– Bəs sən deyirdin, uşaqsan!
Tamaşa, doğrudan da, bir tamaşalı qız olmuşdu. Daha İlyas müəllimə sual vermir, xahiş edirdi:
– Müəllim, - deyirdi, - mənə çox dərs öyrədin, rəhbər kitab göndərib axı, tapşırıb axı, gərək oxuyam. Mənə lap çox öyrədin!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-tamasa
Use ← → keys to move, R for a random poem
More by this author
Burada hansı sevincdən söhbət gedir? Bizim anaya gətirdiyimiz sevincdən, yoxsa ananın bizə gətirdiyindən?Doğrudur, biz anamızı çox istəyirik, mən də, bacım da. Onun, az qala, başına dolanırıq. Həmişə istəyirik ki, onu sevindirək, güldürək, ürəyini açaq, xoş xəbərlə salamlayaq.
Məhəbbətə zor yoxdur– Nisa, ay Nisa!Nisa qayıdıb səs gələn tərəfə baxdı, dinmədi.
Ticarət lirikasıMəhəbbət lirikası, məişət, təbabət lirikası eşitmişdim, amma ticarət lirikası yox!Dünyada böyük bir aləm olan ticarətin özünəməxsus istilahları var: balans, avans, debit, kredit, deponent, qazanc, ziyan...
Vətən köynəyiBakıdan fanar gəlir,*Oduma yanar gəlir.*
Poems by other poets
Ol gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
Taprmışam könlümü mən, türreyi-cananda imişTaprmışam könlümü mən, türreyi-cananda imiş,Ah, cəmiyyəti-dil zülfü-pərişanda imiş.
Ey Tuba, baxışın yıxdı aləmiEy Tuba, baxışın yıxdı aləmi,Xumar gözün yenə qiyamət eylər,
Bakı fəhlələrinəBu çərxi-fələk tərsinə dövran edir imdi,Fəhlə də özün daxili-insan edir imdi,