Contents
  1. 1
  2. 2
  3. 3

Page 2 of 3 · 33%

2

Qapıda hənirti eşidəndə Hikmət cəld eyvana qaçdı. Ərini aşağıda, lap birinci pillədə yaxası və başıaçıq, sifəti qızarmış, başı məhəccərə söykənəkli görəndə başını buladı: "Ayın on dördü, maaş günü..."

– A külbaş, orda niyə dayanmısan?

Qədir güc ilə başını məhəccərdən ayırdı, dumanlı, bulanıq gözlərini yuxarıya, səs gələn tərəfə hərləyərək, köhnə, zədəli plastinka kimi xırıldadı:

– Dayan... dayanmamışam. Gə... gə... gəlirəm...

Bütün vücudunun taqətini dizinə toplayıb addım atmaq istəyəndə ağır şeylərlə doldurulmuş ağzıbağlı çuval kimi yumbalandı.

Hikmət köməyə gəldi:

– Yenə harda vurmusan, a bədbəxt oğlu?

Qədir iki əlini göyə qaldıraraq, sanki yalvarırdı:

– Yapış!

Hikmət ərini qoltuqlayıb ayağa qaldırmaq istədi:

– O zəhrimarda nə görmüsən axı!..

– Soruşma! Danışma!

– Harda zəhərlənmisən?

– Heç harda!

Şofer bir də səndələyib yıxılanda Hikmət tutmadı:

– Küçədə-bərədə öləcəksən, heç olmasa bir balana yazığın gəlsin!

– Bala məndən artıqdı?..

– Neynəmisən pulları?

– Dayan!..

Hikmət əlini ərinin cibinə salıb bir neçə 25-lik çıxartdı. Maaşdan görünən bu idi.

– Hanı yarım aylıq maaş?

– Yəni mənə düşmür? Kişi deyiləm?..

Kənardan qonşuların tamaşa eləməyini görəndə Hikməti qəhər tutdu, özünü bədbəxt qızlardan saydı, bilmədi, nə eləsin. Bir an əli qoltuğunda dayandı. Gördü ki, özünü saxlaya bilməyəcək, ağlamağını bilən olmasın deyə, içəri girdi, qapını örtdü, iki əli ilə üzünü tutub çarpayının üstünə yıxıldı.

İnsan olan başqasının qəlbinə toxunmağı qəbahət bilər, xəcalət çəkər. Bütün şərabxorlar kimi Qədirdə də bu ləyaqəti gözləmək əbəs idi. Hikmətin qəhərlənməyi, iztirab çəkməyi, hıçqırıq vurub ağlamağı nəinki onun vecinə gəlmədi, əksinə, sevindirdi. Dumanlı beynində araşdırıb gördü ki, Hikmət içəri getdi. Bir az da zirəkləşib pilləkənləri addım-addım çıxdı, evin qapısım itələdi...

Sən demə, Hikmət ayrı cür düşünürdü. Səbir kasası daşmış kimi, "bəsdir!" - deyə göz yaşını silib özünü qapıya yetirdi, sərxoşun yolunu kəsdi:

– Hara gəlirsən? Dayan!

Qədir içəri girməyə can atır, Hikmət qoymurdu.

– Çəkil bir!

– Qoymayacağam!

– Öz evimə...

– Bu sənin evin deyil. Ev-eşik sahibi belə qələt eləməz.

Qədir əzələli qolları, bərk dirsəyi ilə güc vururdu, ancaq əsdiyi üçün sağ-sola sürüşür, yıxılırdı.

– Allahü Əkbər!

– Allahü Əkbərə inanan, çaxır küpəsinə girməz.

Qədir üzünü qonşulara tutub şahid çəkirdi:

– Görürsünüz, nə şər atır! Mənim çaxırdan zəhləm gedir, almaz kimi arağı gör nəyə tay tutur!..

Pilləkəndə əlbəyaxa vuruşma uzun çəkdi: Qədir qapıya cumdu, Hikmət qaytardı, Qədir hədələdi, Hikmət qorxmadı, Qədir yumruq işlətdi, Hikmət cavab verdi, Qədir yalvardı, Hikmət yumşalmadı. Axırda sərxoş geri qayıtdı. Pilləkən ayağında diz üstə çöküb taqətsiz qaldı: "Bu nə iş idi, düşdüm!? Mən yekəlikdə kişi arvadın əlində qalmışam..."

Hava qaralmaqda, buludlar kəsifləşməkdə idi! Qəhərlənmiş uşaq kimi birdən yağış tökdü, nə tökdü! Tənəkə damlara, hələ yarpağını tökməmiş ağacların başına dəyən, hər an çoxalan, get-gedə yağışın güclənən bir ahəngli səsi hər şeyi eşidilməz etmişdi. Sanki buludlar da Qədirin bu təmiz həyətə və həyata gətirdiyi üfunəti təmizləmək, yuyub aparmaq üçün sel axıdırdı.

Belə havada şıdırğı yağışı görənlər qaçıb evlərə, binalara doluşdu. Qədirdən başqa həyətdə kimsə yox idi. Qədir darvaza altında soyuq divara söykənib yerə baxırdı. O indi nəinki ailədən, hətta adam içindən qovulmuş kimi tək idi. Sanki bir neçə saat əvvəl onu yeddinci göyün bir qatından uçuran, bütün dost-düşmənə meydan oxudan "dumduru", "qadasm aldığı" araq da gücsüz idi. Hikmətin əsəbi, qəti cavablarımı, qonşuların etinasız baxışlarımı, havaya soyuqluq gətirən yağış sularımı, nəsə Qədirin vücuduna bir titrəyiş gətirir, zehnindən sanki paslan, pərdələri götürürdü.

Darvaza yanında dayanıb öz qapısına, gündə sərbəst ayaq basdığı pilləkəninə, ötüb-keçən, onu dindirmək istəməyən qonşulara, uşağa, böyüyə dərin bir həsrətlə baxırdı. İndi bu aləm onun gözündə böyüməkdə, ideala çevrilməkdə idi. İndi o, isti evlərin, mehriban ailələrin, hamının, deyə-gülə səslənən hər kəsin səadətinə küsənirdi... Hər an evinə, Hikmətin pəncərəsindən gələn işığa baxır, düşünürdü: "Nə iş idi, düşdüm! Buraxmayacaq..."

İndi Qədirin ümidi kəsilmişdi. Hikmət ondan tamam üz döndərmişdi. Ancaq ümid qonşulara idi. Onların bir insaflısı, sözükeçəni gəlməli, nəsihət eləməli idi. "Kim gəlsin?"

Qədir məyus, yalvarıcı bir nəzərlə bütün həyəti, qonşuları, birinci, ikinci mərtəbəni gəzdi. Onun işlərindən xoşlanan bir adam görmədi. Kimi dindirsəydi, Hikmətin tərəfində duracaqdı. Fikirləşirdi ki, heç olmasa müvəqqəti, bu günlüyə bir qonşunun evində qalsın, sabah milis çağırıb, arvad ilə şərini kəssin. Hansı qonşunun evində? Kim razı olar ki, Qədirin çirkli ayağı onun astanasına dəysin, natəmizlik gətirsin, üfunətli nəfəsi otağa dolsun?

Qəribədir, gözü qızanda, "aləmi xingal kimi doğramaq istəyəndə" Qədirin beynini, qəlbini, zehnini çulğayan, samovar kimi qaynadan, buğ verən hərarətdən əsər-əlamət qalmamışdı. Yağış suları sanki bunları yuyub aparmışdı. Kişinin bədəni buz kimi soyumuş, kül kimi sönmüş, payız yarpağı kimi mafraq, yüngül olmuşdu. Baş, ayazımış, aydınlaşmışdı: "Ey diliqafil, mən nə rüsvay olmuşam! Gör nə hala qalmışam ki, qonum-qonşu da iyrənir..."

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Susuzluq

Payız yeni girmişdi. Ancaq yayın yandırıcı istisi, boğucu bürküsü davam edirdi. Biz şəhərdən çıxmış, yaxın kəndlərin birinə doğru yol almışdıq. Yolun hər iki tərəfi də quraqlıq və bomboş idi. Uzaq dağların döşündə saralan küləşli zəmilərdən, boz və sıldırım yarğanlardan başqa heç nə görünmürdü.Ətrafda göyərti adında heç şey qalmamışdı. İsti bitkiləri qurumuşdu. Sanki ətraf bu saat alışıb-yanacaqdı. Quraqlıq ucundan bu çöllərdə həyat əlaməti görünmürdü. Arabir daş və ya kol dibindən qalxan quşlar havada dayana bilməyib, dərhal yerə enirdilər. Onların uçuşu oda düşmüş, yanmaq qorxusundan çırpınan, çapalayan bir məxluqu xatırladırdı. Yalnız cırcıramaların səsi eşidilirdi ki, bu səs də adama nədənsə "yandım-yandım!" fəryadı kimi gəlirdi. Qaynayan hava təndirdən qalxan alov kimi titrək dalğalarla göyə çəkilirdi. Sanki bu saat yerdə hava qurtaracaqdı.

19417 min
Vətən yaraları

Səngərimdən çıxanda, üzgüçü suya atılan kimi, ön xəttin atəşinə atılmışdım. Nə gurultu, nə alov, nə də, sanki dəhşətləri örtmək istəyən toz, duman mənə qəribə gəlirdi. Güman edirdim ki, bu atılan güllələrin biri də mənəm, gurultunu qopardan da mənəm, gündüzün boz və kəsif üfüqlərinə bir bayraq kimi açılıb-örtülən alov da mənəm. Döyüş sürəti və hərarətində özümdən xəbərsiz kimi yanırdım. Qan gözümü örtəndə, qılçalarım hərəkətdən qalanda kökü vurulmuş bir ağac kimi yerə sərildim. Sanki bir səs mənə deyirdi: "Bəsdir! Burax!" Lakin mən bunu eşitmək istəmirəm. Diqqətlə yaralarımı duymaq, özümə gəlmək istəyirəm; bacarmıram. İsti mayenin vücuduma axdığını və axdıqca məni xoş və sakit bir rahatlığa apardığını, olduğum aləmdən ayırdığını hiss edirəm. Ayrılmaq istəmirəm. Görmək, eşitmək, düşünmək istəyirəm. Hansı bir qüvvənin əli iləsə gözlərim örtülür, bayaqdan bəri dəmirçi kürəsi kimi səslənən qulaqlarım tutulur, başımdakı ağrı məni alıb aparır. Birdən-birə aləm sükuta dalır, hava qaralır, ətrafımızdakılar əvvəlcə gülləyə, sonra daşa dönür, get-gedə kiçilir, sularda əriyib, yox olurlar.Məndən qabaq yaralanmış yoldaşlarım danışardılar: birisi həsrətlərini, birisi əziyyətlərini, bəzisi ölüm təhlükəsini necə keçirdiyini deyirdi. Mən bunları xəyalıma gətirmədim. Bəlkə də buna görə bunları keçirə də bilmədim. Mən gözümü açanda, özümü isti, təmiz və sakit bir otaqda, rahat yataqda görəndən sonra başım üstə dayanan ağsaçlı həkimin təbəssümünü, gənc bir qızın tərimi sildiyini, su içirtmək istədiyini görəndən sonra duydum ki, həyata qayıdıram. Deyəsən məni bunlar, qalın kitabların mənası ilə silahlanmış həkimlər, şəfqət və mərhəmətdən yoğurulmuş qızlar qaytarırlar? Haraya qaytarırlar? Mən qapandığım, tapındığım hissiz sükut aləmindən qayıdıram.

194212 min
Leyla

Gözləyən qızlarımız, gəlinlərimiz,*bacılarımız, analarımıza hədiyyə*

194311 min
Ər və arvad

Qarovul batalyonunda üç aydan artıq idi ki, təlim keçirdik. Bir gün komandir məni çağırdı:– Sənə, - dedi, - tapşırıq var. Şəhərə adam aparacaqsan!

194310 min

Poems by other poets