Ulduz
Page 2 of 3 · 33%
2
Haradansa azıb gələn bir qadının süni nəvaziş göstərməsi, ilk salamın dalınca araq təklif etməsi Ulduzu elə çaşdırdı ki, o hansı istiqamətdə və nə üçün getdiyini təyin edə bilmədi. Bir an küçələr, tramvaylar, binalar onun alacalanmış gözlərində oynadı. Qarışıq aləmdə Ulduzun gözünə yalnız bir şey, yalmz anası, o sakit, o məsum baxışlı bədbəxt gəlin göründü. Kənardan baxan dərhal düşünərdi ki, sahil kölgəliklərində tək və sürətlə gedən bu məktəblinin halı özündə deyil. O nə isə bir şey itirmişdi, ya fəlakətə düşmüşdü.
Ulduz, şirin uşaq qayğısızlığmdan yenicə xilas olan ey həssas gənc! Mən səni yaxşı başa düşürəm. Sən iki aləmin arasında böyümüsən. Ən xoş, qayğısız saatların yaşıdlar, yoldaşlar arasında keçib. Məktəb – səkkiz yaşından səni qoynuna alıb oxudan, böyüdən məktəb, səni təmiz, saf hisslər, açıq fikirlərlə bəsləyib silahlandırdı. Evdə, ehtiyac və övladhq ucundan bağlı olduğun Qələndər ailəsində isə sən tamam başqa bir aləm görürsən. Daşıdığın familiyanın fitrətinə, təhsilinə və gələcəyinə yad olduğunu sən böyüdükcə daha aydın duyub düşünürsən. İndi qət etmisən ki, yad bir tərbiyə ilə üzülüşmək vaxtı çoxdan çatmışdır. Sənin doğma atan olsa da, yenə də üzülüşməlisən.
Ulduz çanta çiynində sahil aşağı baş alıb gedirdi. Sərin yaz havasından səfalanan, deyib-gülən dalğa-dalğa adamları sanki görmür, səsləri eşitmir, heç nəyə diqqət etmədən gedirdi. Gedirdi, hara getdiyini özü də bilmirdi. Sanki ata xanimanından uzaqlaşdıqca onun başı ayazıyır, zehni durulur, fikri özünə gəlirdi: "Gərək İlyasa deyəydim. Gərək məktəbə bildirəydim..."
Bir də düşünürdü ki, məktəb və ya komsomol katibi 50 yaşlı bir əyyaşla nə danışacaq, nə nəticəyə gələcəkdi! Bu, bəlkə də kişini qəzəbləndirər, kim bilir, daha nələr baş verərdi! Ulduz əlini cibinə saldı. Xırda pulu var idi. Atılıb tramvaya oturdu. Vaqon divarlarından asılan elanları, adam axtaran idarələrin adresini təkrar-təkrar oxudu. Əl boyda bir kağızda iri hərflərlə yazılmışdı: "Sənət məktəbinə şagirdlər lazımdır. Burada yemək, paltar, mənzil də verirlər".
Yetirən kimi, bir ərizə, bir də məktəb vəsiqəsi ilə Ulduzu boru zavodunun model sexinə qəbul etdilər. Sex rəisi usta Murtuz onun təhsilinə, hesab bilməyinə, əlinin qabiliyyətinə bələd olub sevindi.
– Bu oğlan, – dedi, – işləyəcək. Bundan usta olacaqdır!
Ulduza şagirdlər yataqxanasında, 11-ci otaqda yer verdilər. Bu, birmərtəbəli, kluba oxşayan, uzun, geniş bir bina idi. Hər iki tərəfə pəncərələri var idi. On birinci otaqda cərgə ilə düzülən çarpayıların başı pəncərə qabağında idi. Ulduzun çarpayısı lap axırda, qapı ağzında qoyulmuşdu.
Otaqbaşı Viktor Ulduzla tanış olanda, onun təhsilini biləndə üzünü yoldaşlara çevirib dedi:
– Uşaqlar, qonağa xoş gəldin eləyək, özünü də mən deyirəm, bir qulluğa irəli çəkək!
– Bundan yaxşı...
– Yaxşı kulturnik olar.
Uşaqlar təsdiq etdilər. Viktor Ulduzun əlini sıxdı.
– Kitabxanada bir gödərək qız var. Bizimkilərə yaxşı kitablar vermir. Hər kəs gedirsə, uşaq kitabı verir. Murzilka, balıqçı nağılı... Sən yaxşı oğlansan, onun dilini bilərsən. Özü də ki, kinodu, konsertdi, stadiondu, gərək 1 1 -ci otağı 1 1 -ci dərəcəyə qaldırasan!
Viktor səsini ucaldıb otaqdakılardan soruşdu:
– Necə deyirəm, uşaqlar, pis deyirəm?
– Yaxşı deyirsən.
– Oxuyub-çalmaqla aran necədir?
– Niyə, sevənəm.
Viktor sanki uşaqlara muştuluq verirdi:
– Uşaqlar, xanəndəmiz də var!
Ulduz boynundan atdı:
– Oxumaq əlimdən gəlməz.
– Bacarmasan da, gərək tapasan, gətirəsən. İstəyirsən, şəhərdən Bülbülü, ya Rəşidi tap, istirahət axşamları bu otağın gurultusu gərək əskik olmaya!
Viktor mıxçadan asılan balalaykanı göstərdi:
– Bu balalayka da, mən də sənin ixtiyarında.
Ulduz bir aym içində zavodda tanındı. Öz xətti ilə yazdığı divar qəzetinin 1-ci nömrəsini aparıb direktora göstərmişdilər. Xüsusən, karikaturalar hamının xoşuna gəlmişdi. Ulduzu rayon yürüşünə nümayəndə də seçmişdilər.
3
Ulduz gedən günün səhəri Qələndərov bu məzmunda bir məktub aldı: "Ata, boynumdakı atalıq haqqınıza borcluyam. Ancaq bu haqq nə qədər böyük olsa da, vicdanımı cidarlaya, məni keçmiş adətlər girdabına çəkə bilməz. Haçandandır özüm-özümlə vuruşuram. Məktəb mənə ədəb öyrədir, evə gəlirəm çirkin mənzərələr görürəm. Əyyaş həyat, anamin təhqir edilməsi məni məngənə kimi sıxır. Bir yandan da atalıq haqqı qabağımı kəsir. Dinə bilmirəm, susa da bilmirəm. Nəhayət, davam gətirmədim, getdim, belə bir ailəyə mənsub olmaq... Yox! İstəmirəm, arxa çevirib getdim. Məni axtarmayın. İşə düzəlmişəm, yerim rahatdır..."
Qələndərov adressiz məktubu təkrar-təkrar oxuyub o yan-buyana çevirirdi ki, qapı döyüldü. Gələn Ulduzun müəlliməsi Xuraman idi. O da Ulduzu axtarırdı. Qələndərov müəlliməyə belə cavab verdi:
– Rayona gedib, qohumlarının yanma. Bir həftəyə qayıdar.
Xuraman dedi:
– Hara getdiyini bilmirəm, yoldaş Qələndərov, ancaq onu bilirəm ki, ailədə onun günü yaxşı keçmir. Özünüz yaxşı bilirsiniz ki, övlad böyütmək şəxsi iş deyil, vətəndaşlıq işidir, özü də lap böyüyündən!
Qələndərov müəllimənin töhmətini anlasa da, özünü sındırmadı.
– Arxayın olun, – dedi, – müəllimə, mən onunla xüsusi məşğul olacağam, xüsusi... Mən daha yığışıb gəlmişəm.
Xuraman ona dik-dik baxan adama çox şey demək istəyirdi, ancaq bunu deyə bildi:
– Bəli, yığışmaq, özünü yığışdırıb, uşaqla məşğul olmaq! Özü də sizin kimi bir yoldaş...
Müəllimənin töhməti, Ulduzun məktubu qəfildən və bərk vurulmuş bir sillə kimi, Qələndərovun boz sifətini qızartdı. O ancaq indi anladı ki, oğlunda, sükut və üzüyolalıqla böyüyən uşaqda atasının hərcayi həyatına nifrət necə xırda-xırda böyüyüb, nə mərtəbəyə gələ bilərmiş!..
Səkinə xaladan soruşanda acıqla dedi:
– Ay sağolmuş, bəs bilmirdin ki, pərdəni götürəndə, evə gündə bir arvad gətirəndə övlad adamdan üz döndərər? İndinin uşaqlarını tanımırsan? Bilmirsən ki, məktəb onlara ayrı yol öyrədir!..
Qələndərov oğlundan soraq bilmək üçün bacısı evinə getdi. Orada ilk arvadı Böyükxanımın uşaqla yanaşı şəklini gördü. Deyəsən, bu şəkil o gün qəsdən lap açıq-aşkar, ayıq-sayıq dayanıb Qələndərovun yolunu gözləyirdi. Gözləyirdi ki, o gəlsin, yaxınlaşanda diqqətlə üzünə baxıb görsün utanır, ya yox.
Qələndərov xəcalət çəksə, yerə yıxılsa, Böyükxanım xəyal kimi uçub gedəcəkdi. Utanmasa, şəkildə böyüyüb canlanacaq, stoldan enəcək, barmaqlarını bu əyyaş kişinin gözünə soxacaq, deyəcəkdi: "Tfu sənin üzünə!"
Deyəsən, bu xəyal deyildi. Tamam həqiqət idi. Böyükxanımın qəzəb və nifrətlə dediyi bu sözlər Qələndərovun qulağında mis kimi cingildədi. Onu dəhşət götürdü. Karıxdığından bilmədi nə etsin, əllərini gizlətməyə yer axtardı, cibinə salanda məktubun xışıltısı əfi ilan kimi onu qorxutdu. Tez əlini cibindən çıxarıb ovuşdurdu. Dərhal geri qayıtdı.
Cürbəcür bəhanə ilə güman gələn tanış evləri bir-bir gəzdi, heç yerdə Ulduz haqqında bir xəbər eşitmədi. Heç kəsə də sirrini demədi.
Qələndərov Ulduzu axtarmaya bilərdimi? Yox! Xüsusən, indi axtarmalı idi. Ona görə axtarmalı idi ki, bu işin dalısından, məktəbin tələbindən, oğlunun atanı baykot etməyindən, adının qəzetlərə düşməyindən qorxurdu. Qorxurdu ki, axırıncı xidmət yerində də ondan məsuliyyət soruşalar.
Ancaq əsas qorxu bu deyildi. Qələndərov ömründə heç kəsə inanmadığı kimi, Aqibətə də inanmırdı. Güman edirdi ki, günün birində işdən qayıdıb evini məscid kimi boş görə bilər. Aqibətə ev tapşırmaq olmaz. Yeganə oğlu Ulduz isə çıxıb getmişdir.
Yaş da, iş də, vəziyyət də elə idi ki, Qələndərov özünü tənha və qaranlıq bir uçurum qarşısında hiss edir, bir-birini təqib edən qəbahətləri çoxdankı yaraları kimi dalbadal açılmağa başlayırdı. O, güman etməzdi ki, oğlu belə qəti tədbirə əl atsın. Onu da güman etməzdi ki, Ulduzun getməsi bu evə, illər boyu bəzənib qurulan bu evə bir məzar sükutu, yanvar şaxtası gətirmiş olsun. İndi o, rayonlara, zavod, fabrik, idarə qapılarına ayaq döyməkdə sanki Ulduzu yox, birdən-birə itirdiyi şənliyini, gələcəyini, ümidini axtarırdı.
Ulduz isə başına gələnləri zavod komsomol katibi İslama bildirmişdi.
İslam ona bir məruzə tapşıranda söhbət açılmışdı. Məruzənin mövzusu belə idi: "Sovet adamının mənəvi-əxlaqi xüsusiyyətləri." Ulduz bu məruzəni hazırlasa da, gənclərə oxumazdan qabaq İslamla danışdı:
– Dünyada vicdan əzabından ağır şey yoxdur. Başqalarını əxlaq təmizliyinə çağıran adamın ailəsində belə bir təmizlik yoxsa, o adam ən çirkin işlərdən birini görür. Onun Əbdüləli bəydən fərqi nədir? Sabah məruzədə birisi qalxıb desə ki, yoldaş lektor, siz Qələndərovun oğlu deyilsinizmi? Mən nə cavab verim? Yox, İslam, mən bu şərəfdən çox-çox aşağıdayam. Qardaşımsan, bu işi başqasına tapşır!
Kitabxana.az · https://kitabxana.az/en/works/mir-celal-ulduz
Use ← → keys to move, R for a random poem
More by this author
Məmmədrza lap qabaq cərgədə idi. Komandirin əmrini alan kimi xəlvətcə sürünə-sürünə irəlilədi.O, düşmənin atəş nöqtələrini öyrənməli, miqdarını, vəziyyətini təyin etməli idi. Zəmilərin içindən sürünərək gedir, sünbülləri belə səsləndirməkdən ehtiyat edirdi.
YollarDan yeri ağarır, göylərə gümüş kimi bir parıltı gəlir. Xəfif və sərin yay küləyi bağlardan, bostanlardan, çiçəklərdən, lalələrdən ötərək hər yerə ətir gətirir.Böyük şəhər öz uca və əzəmətli binaları, geniş və açıq küçələri, səsli sahilləri ilə oyanır.
Şahin və SonaGəmi uzun əsrlər dalğalarla döyülmüş qaya kimi sahildən ayrıldı. Sular onu, bir daha quruya qovuşmasın deyə, quzunu qoyundan ayıran kimi itələyib apardı. Sahildən içərilərə doğru uzanan dərin bir iz qaldı. Sanki, şəhər gəmini buraxmaq istəmirdi. Körpüdə yığılıb ayrılıq mərasiminə dayanan, yaylıq oynadan adamlar hər hansı bir qəzanın əli iləsə müsafirlərdən uzaqlaşırdılar. Gəmidəkilərin üzü şəhərdən dönmür.Sona göyərtədə bir məsumluq heykəli kimi donub qalmışdı. Gözlərindən axan yaş damlaları Xəzər sularına qarışırdı. Keçmişin mənasını gələcəyə söyləyən, doğma məhəbbətin qiymətini verən bu dürdanələr dənizin lap təkinə batırdı.
ŞərbətOstapenkonu mən yaylaqdan tanıyırdım. Yay istirahətimi mən orada, Sovet Ukraynasının səfalı bir kəndində, səliqəli Ostapenko kişinin balaca, yaraşıqlı evində keçirirdim. Bu ucaboy, topsaqqal kişinin zəhmətə olan eşqi məni çox maraqlandırırdı. Ostapenkonun arvadı beş il əvvəl vəfat etmişdi. 21 yaşlı qızı şəhərdə tibb institutunda oxuyurdu. 14 yaşlı oğlu isə kənd məktəbində oxuyur, həm də atasına kömək edirdi. Özü onlara həm atalıq, həm də analıq edirdi. Təsərrüfat işindən sonra da evdə oturmaz, rahatlıq bilməzdi. Gah onu rayon kitab mağazasında dərs kitabları seçən, gah tibb institutu qabağında dayanıb qızının dərsdən çıxmasını gözləyən, gah əlində uşaq ayaqqabısı pinəçi yanına gedən, gah da qapı ağzında, ayaq üstə oğlunu dayandırıb, düyməsini tikən görmək olardı.Lakin evdar və təsərrüfatçı Ostapenkonun əsl peşəsi məni daha çox maraqlandırırdı. O, mahir bir arıçı idi. Yamaca tərəf uzanan böyük, ağaclı, güllü həyətində həmişə azı 10-12 arı pətəyi olurdu. Kişi vaxtının çoxunu bunlara, bu təmiz və faydalı heyvanlara sərf edirdi, evə qonaq gəldimi, Ostapenko əlində bıçaq və boşqab pətəklərin dal tərəfinə keçir, beçə balı gətirirdi. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi bildiyi kimi, balın və mumun mənfəətini də bilirdi.
Poems by other poets
Ey Mahmud, bigəm məxdumi-əkrəm,Eşitdim hər nə ki dövran olubdur,
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
Məhəmməd bəy Arifə cavabMən kimi xəstəyə əlbəttə ki, həmam gərək,Necə kim aşiqə bir yari-güləndam gərək.
MişdiEy verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi