Contents
  1. Silah və təlim
  2. Qızıl paytaxt
  3. Cənubda
  4. Stalinqrad dastanı
  5. Sevinc və iftixar
  6. Xalqın cavabı

Page 4 of 4 · 75%

Sevinc və iftixar

Bu xəbər Nuşuya, hər gün, hər dəqiqə oğlunun intizarını çəkən anaya gəlib çatanda qadın bilmədi nə etsin! "Həzi! Bala! Boyuna qurban!

Bu sözlər onun ürəyindən və dilindən necə qopdusa özü də bilmədi. Ayağa qalxdı. Bütün qüvvəti ilə səslənmək, aləmə car çəkmək istədi.

Özü də hiss etmədən köksü dağlar qüruru ilə qalxdı, başını uca tutdu, gözlərinə yeni və alovlu bir nur gəldi.

Qəhrəmanın arvadı, onun həyat və qəlb yoldaşı Xavərin sevinci aııanınkından az deyildi. Onlar bir-birilə qucaqlaşıb öpüşəndə, bir-birinə gözaydınlığı verəndə balaca Tofiq kənarda dayanıb baxırdı. Ana da, nənə də birdən xoşbəxt balanın üstünə cumdular, onu bir alma kimi götürüb az qala yemək istədilər. O gün evdə şənlik, bayram, ziyafət dəsgahı vardı. Həzinin dost-aşnası tökülüb gəlmişdilər. Qəhrəmanın ailəsini təbrik edirdilər.

– Xavər, yaz! Bizim dilimizdən də Həziyə mübarək de!

Bir başqası xahiş edirdi:

– Xavər, qəhrəmanımızın şəklini istə, camaat görsün!

Üçüncü bir kişi deyirdi:

– Adresi mənə verin, teleqram vuracağam! Başımızı ucaltdı! Var ol, ay Nuşu xala! Halal olsun sənə!

Çox çəkmədən bu şənlik məhləyə, daha sonra bütün şəhərə keçdi. Öz yerliləri, Həzi Aslanovun Vətən qarşısındakı xidməti ilə bütün lənkəranlılar iftixarla danışırdılar.

Aslanov yalnız bir ailənin, bir şəhərin yox, bütün xalqımızın fəxridir! O, babəklər, koroğlular böyütmüş qəhrəman Azərbaycan xalqının ləyaqətli oğludur. Həzi xalqa xas olan gözəl və nəcib ənənələrlə böyümüş bir qəhrəmandır! O, təvazökar bir gəncdir. Çox iş görüb, az danışmağa adət etmişdir. O, vətən qarşısında əsgərin məsuliyyətini və şərəfini hələ uşaq yaşlarından anlamışdır. Ömrünü işə vermiş və anasının ümidlərini həmişə doğrultmuşdu. Həzi haralarda olur-olsun, döyüşü, hansı şəraitdə olur-olsun doğma vətəni, istəkli ailəsi, əziz oğlu ilə əlaqəni kəsmir. O, bunlar üçün və bunlar uğrunda vuruşur!

İstər geniş Kuban düzlərində, Ukrayna çöllərində, istər Moskva ətrafında vuruşanda Həzi gözəl bilirdi ki, doğma vətənimiz, ordenli 2 58 Azərbaycanı, günəşli Lənkəranı müdafiə edir. O, Molotov yoldaşın faşist cəlladlarının cinayətlərini açan notalarını diqqətlə oxumuşdu. Hitlerçilərin azərbaycanlı qızıl əsgərlərə necə vəhşi divan tutduğunu bilirdi. Həzi gözü ilə görmüşdü ki, faşistlər ayaq basdıqları yerə taun, ölüm, zülm, əsarət və aclıq gətirirlər. O, ürəyində and içmişdi ki, "nə qədər sağam, faşist qırmaqdan, qan intiqamından doymayacağam!"

Həzidə öz xalqına məxsus gözəl mərdlik sifətləri vardır. O, fikir və niyyətlərində qətidir. Sözündə möhkəmdir, dönməz iradə sahibidir. Tərəddüd onun əhvali-ruhiyyəsinə yaddır. O, sovet silahını əlinə alıb ulduznişan maşınlara oturanda düşmən üstünə şığıyan bir qartala dönür. O, elə müqəddəs və vacib bir vəzifəyə gedir ki, hər şey, onun üçün əziz olan hər şey və hər kəs onu qələbəyə müşayiət edir. O, arxasını çoxmilyonlu və sülh sevən xalqına söykəyərək işğalçılan qırmağa gedir. O, hər dəqiqə ana vətənin mehriban, şəfaverici nəvazişlərini duyaraq mətanətini artırır. Qızıl Ordunun yüzlərlə şan-şöhrət qazanmış qəhrəmanları ilə tanış olaraq onlardan nümunə götürür. O, xalqımızın tarixini dərindən öyrənir. Öz adını ölməz vətən qəhrəmanlarının adı kimi əbədiləşdirir. O, orduda Stalin nizam və qaydalarının nümunəsini göstərir. O, geniş ürəkli bir qəhrəman kimi həmişə döyüş müvəffəqiyyətini öz rəşadəti ilə yox, döyüşçülərinin igidliyi ilə izaha çalışır. Hər bir döyüşçünü doğma qardaşı kimi sevir, qayğısım çəkir!

O öz ömürlük və ürək sevincini qısa bir məktubda anasına bildirir:

"Əziz anam, salam!

Bu gün mənim bayramımdır. Mənə Sovet İttifaqı Qəhrəmanı adı verildiyindən xəbər tutdum. Səni inandırıram ki, alman işğalçılarını darmadağın edərkən bu adı şərəflə doğruldacağam!"

Ana isə öz övladı ilə fəxr edir, qısa və həyəcanlı məktubunda deyir:

"Oğul, sən həm öz ananı, həm də bütün xalqımızı sevindirdin. Var ol!"

Ana üçün, zəhmət, əziyyət çəkib bala böyüdən analar üçün bundan da böyük səadət olarmı? Həzi indi Nuşunun yanında deyil. Ana çox istərdi ki, bu sevincli günlərdə oğlu ilə üz-üzə otursun. Bu iki ildə onun başına gələnləri bir-bir eşitsin. Onun faşistlərə necə divan tutduğunu oğlunun öz dilindən eşitsin. Kalinin yoldaşın Həziyə verdiyi “Qızıl Ulduz" nişanına və Lenin ordeninə baxsın, qəhrəmanı bağrına bassın!

Lakin Həzinin buna, ailə istirahəti, ana nəvazişlərinə hələ vaxtı yoxdur. Qızıl komandirdir, hər gün və hər dəqiqə dəstə-dəstə qoşunlar onun əmri, onun planı, göstərişi ilə yeriyib alman işğalçılarım qırır, qovur, əsir tutur, torpağımızı təmizləyir.

İndi Nuşu Həzinin əvəzinə balaca Tofiqə ünsiyyət bağlamışdır. Bu onyaşlı uşaq onun nəzərində gələcəyin qəhrəmanıdır. Mehriban nənə onun hər addımını izləyir, onun dillərindən ləzzət alır, atasına məktub yazdırır. Tofiq də böyük vətənin kiçik vətəndaşıdır. O, pioner yoldaşları ilə yarışa girmişdir. Ona “qəhrəman" balası deyirlər. Tofiq atasının harada və necə döyüşdüyünü görməsə də, söhbətlərdən bilir ki, atası tankçıdır. Vətəndə cəbhəyə kömək, tank dəstəsi yaratmaq uğrunda xalq hərəkatı dalğalananda biz həmin bu balaca vətəndaşı da böyük təşəbbüsün iştirakçısı görürük. O, "pioner" adına düzələn tank dəstəsinə 1000 manat pul verir. O, sevinir və güman edir ki, atası bu pullarla alınan tanka oturacaq, tankın böyründə, qızıl ulduzun kənarında bütün pionerlərin, o cümlədən oğlu Tofiqin adını oxuyacaq, "mərhəba!" deyəcəkdir...

Xalqın cavabı

Vətən qəhrəmanı Aslanovun rəşadəti yalnız ailədə, yalnız şəhərdə yox, bütün respublikada ümumi bir ruh yüksəkliyi oyatmışdır. Həzi Aslanov Azərbaycan bolşeviklərinin rəhbəri Mir Cəfər Bağırov yoldaşdan təbrik məktubu aldı. Azərbaycan xalqı Bağırovun dili ilə öz sevimli qəhrəmanını alqışlayıb deyirdi:

"Sizin əsgəri qoçaqlığınız və düşmənə qalib gəlmək bacarığınız azərbaycanlı döyüşçülər və komandirlər üçün, Qızıl Ordu əsgərləri üçün nümunə olacaqdır. Qoy sizin zəhmli maşınlarınız Azərbaycan xalqının və qardaş sovet xalqlarının azad və xoşbəxt yaşayışına qəsd edən hitlerçi quldur dəstələrini gələcəkdə də əzsin!" Həzi bu məktubda ana vətə160 nin, doğma Azərbaycan xalqının razılıq səsini eşidirdi. Həyəcandan döyünən qəlbində deyirdi: "Belə xalq üçün, belə vətən üçün ölümə də getmək xoşdur."

Qara dəniz flotçularından bir dəstəsi qəhrəmanın anasına təşəkkür məktubu yazıb, and içirdilər ki, vətən düşmənlərini Qara dəniz sularında boğacağıq! Qızıl flotçular dediklərini yerinə yetirdilər: Ali Baş Komandanın dahi sərkərdəliyi sayəsində işğalçıları qovub Novorossiyskdən çıxardılar.

Qəhrəmanın vətənində Həzini alqışlamaq üçün xalq yığıncağı oldu. Şəhər teatrı ağzına qədər dolu idi. Qəhrəmana təşəkkür etməyə gələnlər bir-bir tribunaya qalxıb düşürdülər. Onlar vətən qoruyucularına, Aslanov kimi igidlərə minnətdar olduqlarını deyir, arxada yeni və parlaq iş nümunələri göstərməyə söz verirdilər. Fəhlələr, kolxozçular, ziyalılar hər kəs öz cəbhəsində Aslanov kimi namusla, fədakarlıqla işləməyə cəhd edirlər. Azərbaycan xalqının rəşadətli oğlu, Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov indi Stalin qvardiyaçıları sırasındadır. Polkovnikdir. Bu saat o yorulmadan, dayanmadan, dincəlmədən alman işğalçılarını qırıb-çatır, vətənimizə soxulmuş qəsbkarlara divan tutur. O bütün qüvvə və bacarığını, bütün hərbi biliyini, komandirlik məharətini torpaqlarımızın azad olması işinə vermişdir. Onun vətəndaşlarından hər kəs Həzini görmək, söhbət etmək, onun polad və hünərli əlini sıxıb təbrik etmək istəyir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Anket Anketov

Anketov hamamlar trestinə rəis təyin olunan gündən indiyə qədər kabinetinin qapısında həmişə adam olur. Bəzən uzun bir nöbvə düzülür. Birinin rəisə şikayəti var, biri maaşının artırılmasını xahiş edir, biri qulluğunu dəyişir, biri oxumağa gedir, biri iş paltarı davası edir, biri məzuniyyətə çıxır, kurorta getmək istəyir.İş böyük, işçi az, məsuliyyət ağır, Anketov da bu postda təzə!

193710 min
Söyüd kölgəsi

Dünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.

19375 min
İgid oğlan

1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.

193811 min
Vətən oğlu

1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.

193813 min

Poems by other poets