Oğul olanda da olasan qoçaq
Zəngibasarda 10 kəndin camaatınıölümdən qurtaran Ələddin Cəfərova ithaf
Kişisən, deyilsən içi boş papaq,Sənə güc vermişdir anamız torpaq.Oğul olanda da olasan qoçaq,Qoçaq oğullara analar qurban!
Kişi var, boş qalsın onun papağı,Düşmənə döyüşsüz verir torpağı,Qurtardın ölümdən eli, oymağı,Belə igidlərə sonalar qurban!
İnsan hünəriylə qazanır adı,Elin dar ayaqda səni sınadıAciz, fərsiz olsa vətən övladıGələr canımızdan can alar düşmən.
Ev uçar çürüksə onun dirəyi,Oğullar köksündə aslan ürəyi –Vurmasa, xalqının duzu, çörəyi,Yediyi, içdiyi qan olmazmı, qan?!
Dar olmuş daima “Şərin” meydanı,Nahaq qan tökənin tökülər qanı.Çağırılsın adın el qəhrəmanıBelə oğullara analar qurban,Gözəllər, göyçəklər, sonalar qurban!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-ogul-olanda-da-olasan-qocaq
Use ← → keys to move, R for a random poem