İyirmi dördüncü fəsil
Page 1 of 4
Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:
“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”
Ərbabın vergi üçün gələn mübaşirini vurub öldürmüş nəminli bir kəndli:
– Mən getdim, amma nəminlilərə deyin o qurumsağa bir şahı da verməsinlər, – deyə kəndiri boğazına keçirmişdi.
Həyatın bu səhnələri indi diri, canlı şəkildə gəlib xəyalından keçirdi. Lakin onlar sadə bir şəkil kimi, adi bir xatirə kimi gözündə canlanmırdı. O, indi bu hadisələrdə həyatın hikmətamiz və gizli mənasını tapmağa çalışırdı Bütün bunlar onda həyatın bir məqsəd, bir qayə uğrunda keçdiyi zaman təəssüfə layiq olmadığı fikrini oyadırdı. Qayəsiz, məqsədsiz keçən bir insan ömrü ona heç, bir heyvan həyatından fərqli görünmürdü. Ona elə gəlirdi ki, bəşər tarixində qəhrəmanları yetirən ancaq uca, saf bir məqsədə olan meyl, proqressiv bir ideyaya olan məhəbbət, dərin, nəcib bir arzuya doğru çırpınışdır! Bunsuz insan heç vaxt özünü qurban verə bilməz. Bir ideal, bir eşq, bir arzu yolunda ölümə gedən qəhrəmanlarsız isə həyat dadsız və yeknəsəq olardı. Eşq olsun ideala! Eşq olsun məhəbbət və arzulara!.. Qəhrəmanları yetirən onlardır. Eşq olsun qəhrəmanlara! Ancaq onlar həyata gözəllik gətirirlər.
Bu xəyallar qəlbini yeni bir ehtirasla, həyat və yaşamaq eşqilə doldururdu. Ayların əzab və işgəncələri altında əzilmiş, didilmiş qəlbində ecazkar bir qüvvətlə hisslər, duyğular fırtınası baş qaldırırdı. O, xoş və uca bir arzunun həsrətilə döyüşlərdə keçmiş ömrünün ağır günlərini düşündükcə artıq bir ehtirasla yaşamaq, daha böyük bir məhəbbətlə sevmək mümkün idi!.. Hətta Xavərə olan sonsuz məhəbbəti, onun xəyalilə keçirdiyi uzun aylar, yuxusuz gecələr belə, indi ona sönük və zəif görünürdü. O, qəlbində daha atəşin bir məhəbbət, daha odlu bir eşq gəzdirə bilərdi. Sonra özünü vicdani bir günahdan təmizləməyə çalışan kimi “zəmanəmiz pis oldu, – deyə düşünürdü, – vaxtımızı ehtiyac və çirkab sellərilə mübarizədə və çırpınmaqda keçirdik. Qüvvəmizi, həyatı qaranlıqda saxlayan zindanın divarlarını uçurmağa sərf etdik. Qoy gələcək azad gün, azad həyatı görən nəsillər bizə töhmət vurmasınlar. Bizim ömrümüz onlara azadlıq və məhəbbətin ülviyyətini, kainatın gözəlliyini duyduracaq bir həyatı hazırlamaqda keçdi. Yox, yox!.. Onlar bizi qınamazlar! Biz başımızın üstündəki mavi göylərə, parlaq ulduzlara belə doyunca baxmağa fürsət tapmadıq...” Bu fikirlər qəlbində bir rahatlıq, ruhunda bir müvazinət yaratdı. “Mən bütün ömrümdə pis bir iş görməmişəm – deyə düşünməyə başladı, – bir adama pisliyim dəyməyib. Yaxşı adamlara daim yaxşılıq etməyə çalışmışam, rastıma gələn yoxsul və bədbəxtlərə pul ilə də olmasa, söz ilə, xoş üz və məhəbbətlə kömək etmişəm. Onların qəlbində kiçik bir ümid və sevinc yarada bilmişəm. Bütün həyatım boyu ancaq insanların yaxşı yaşaması üçün mübarizə aparmışam, məni bu yola çəkən nə şöhrət, nə mənsəb, nə də var-dövlət həvəsi olub... Həyat özü məni bu yola atıb. Mən yüz minlərlə özüm kimilərini sıxan, əzən və məhv edən zəncirləri qırmağa cəhd etmişəm. Bəlkə də, gələcək nəsillər mənim yaxşı vuruşa bilmədiyimi deyəcəklər. Lakin onlar bir zaman məni natəmiz fikirlər və hərəkətlərdə ittiham etməyəcəklər. Onlar qəlbimin pak arzularının ətrini duymaya bilməzlər. Duyacaqlar! Çünki hər şeyi çürüdən zaman uca fikirləri çürütməkdən acizdən acizdir”. Bu düşüncələr məhbəsdə belə onu tənhalıq əzabından qurtarır, möhkəm divarlarla insanlardan ayrı olduğunu unutdururdu. O, özünü həmişə dostların və aşnaların, təmizürəkli və sədaqətli fəhlə yoldaşlarının içində hiss edirdi. Bu hiss qəlbinə bir qüvvət, iradəsinə bir möhkəmlik verirdi.
Axşam, ailəsi ilə görüşməyə icazə verildiyini söyləməklə onu bu şirin, bu dadlı xəyalatdan ayırdılar. Bu xəbər çırpıntı ilə qəlbini döyündürməyə başladı. Heç vaxt ürəyinin belə döyündüyünü görməmişdi. O, Xavərlə görüşəcəkdi. Bu son görüş, bu son vida səhnəsinə o necə dözəcəkdir? Bu əzablı, bu ağır fikirlərin içərisində o eyni zamanda bir səbirsizlik duydu. İndi ömrün sayılmış dəqiqələrinin tez gəlib keçməsini istəyirdi. Axşamın gəlməsini səbirsizliklə gözləyirdi. O, Xavərin nələr deyəcəyini, nə hallar keçirəcəyini təsəvvür etməyə çalışdı. Ona elə gəlirdi ki, Xavərin gözündə bir töhmət görəcəkdir. O, Məhbusinin pis adam olduğunu söylədiyini xatırladacaqdır. Kim bilir, bəlkə də, müsibətin ağırlığı ona hər şeyi unutdurmuşdur. Xavəri və balaca Azadı nə cür qarşılayacağını aydınlaşdırmağa, onlara təsəlliverici sözlər axtarmağa başladı. Nə qədər fikrini gərginləşdirmək istədisə də, bacarmadı. Aydın bir şey təsəvvür edə bilmədi. Xəyalında gah Xavərin, gah Azadın siması canlandı, dumanlı bir siluet kimi, gözləri önündə duraraq, fikrini bir yerə yığmağa qoymadı. Soyumaq bilməyən bir ürək çırpıntısı ilə görüş dəqiqəsinin intizarını çəkməyə başladı.
Nəhayət, o dəqiqə gəlib çatdı. Gün batandan xeyli sonra onu ölüm kamerasından çıxarıb, balaca və nəm iyi verən görüş otağına apardılar. O, yolda çirkli dəsmalı ilə sol gözünü bağladı. Bir gözünün çıxdığını Xavərə bildirmək ona ağır gəlirdi. Bu, Xavərin qəlbində yeni bir dərd ola bilərdi. O, əbədi ayrılarkən onun qəlbinə yeni bir yara vurmaq, dərdlərini artırmaq istəmirdi.
Görüş otağında oturub, gözünü qapıya dikmişdi. Ürəyi tez-tez döyünürdü. Ona elə gəlirdi ki, iradəsinə hakim ola bilməyəcək, Xavərlə Azadı gördükdə göz yaşı töküb ağlayacaqdır. Bütün vücudunda bir zəiflik hiss etdi. Sanki əzalarının hərəsi bir tərəfə dağılmağa başlayırdı. Son gücünü toplayaraq, bu biabırçı zəifliyə qalib gəlmək, fikrinə, qəlbinə hakim olmaq istərkən qapı açıldı. Xavər balaca Azadın qolundan tutaraq içəri girdi. O, Kərimxana qar kimi ağarmış göründü. Onlar bir anlığa bir-birinə baxdılar. Kərimxan bu gözlərdə töhmət yox, əbədi və sönməyən məhəbbətin, sonsuz sədaqətin işığını gördü. Bütün vücudu titrədi və dərhal, nə isə, isti bir şeyin bədəninə yayıldığını hiss etdi. Xavərin də yanaqlarında xəfif bir qızartı əmələ gəldi. Qeyri-ixtiyari qucaqlaşdılar. Bu, ona əbədi bir səadət kimi göründü. Dönüb oğlunu qucağına aldı. Xavərin yanında oturub, uşağı dizləri üstündə oxşamağa, saçlarını, üzünü, əllərini öpməyə başladı. Sanki məhbəsdə olduqlarını, on dəqiqədən sonra ayrılacaqlarını unutmuşdular. Xavər dörd aylıq əzablardan arıqlamış, ordları batmış Kərimxana baxır, gözünü, sarıqlı gözündən çəkə bilmirdi. Nə isə gizli bir qorxu soruşmağa da qoymurdu. Həmişə olduğu kimi başını onun çiyninə söykəyərək:
– Necəsən, Kərimxan, – dedi, – naxoş-zad deyilsən ki? – Sanki sualından özü də utanmış kimi döndü, balaca boğçanı açdı və oradan təmiz alt paltarı və bir də üst köynəyi çıxartdı.
– Yəqin paltarlarını çirk basmışdır. Al, geyərsən. Neçə dəfə gəlmişəm qoymayıblar. Şey də almırdılar...
O, qırıq-qırıq danışırdı. Zor etdiyinə baxmayaraq, səsi boğulur, gözünün yaşını saxlaya bilmirdi. Kərimxan bağlamaya bükülmüş tuman-köynəyi alıb kənara qoydu, sanki, doğrudan da, bunlara ehtiyacı olacaqdı. Bütün bunların artıq ona lazım olmayacağını deməkdən qorxdu. Dönüb Xavərin çiyninə söykənmiş başını sığalladı: “Nə cür dolanırsan, nə ilə dolanırsan” deyə soruşmaq istədi. Ehtiyacın amansız səhnələri gözündə durduqda susdu, bütün simasında bir iztirabın əlamətləri dolandı. Xavər onun xəyalından keçən sualı anlamış kimi:
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Tehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kosdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqalar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə. nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhlar təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib¹ deyə müraciət edirdilər. Sərtib çayçıya:
Üçüncü fəsilTehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!
Dördüncü fəsilFridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.
Beşinci fəsilİlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:– Təhsilin nədir? – deyə soruşdu.
Poems by other poets
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
VarOl gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
Yumruqlar çiçək açıbGözəl dünya, təbili çal,İtib getdi qara xəyal,