İyirmi dördüncü fəsil
Page 3 of 4 · 50%
– Əmi, çörək neçəyədir?
Əlində çörək tərəziyə doğru gələn qoca yaxşı tanıdığı bu adamlara:
– Bala, çıxın gedin işinizə, – dedi, – çəkilin kənara!
Onlar üçü də birdən:
– Satmırsan, satma, gedib başqa yerdən alarıq, – dedilər və gülüşərək geri döndülər. Azca keçməmiş hay-küy qaldıraraq, bütün dəstə yerindən tərpənib uzaqlaşdı. Qoca çörəyi çəkib, piştaxtanın üstünə qoydu.
– Götür, qızım.
Xavər çörəyə baxdı. Pul lazım olduğunu xatırladı. Lakin pulu tapa bilmədi. Bir əlini qoynuna saldı. Pul yox idi. Qeyri-ixtiyari gözləri yaşardı. Boğula-boğula:
– Əmi, pul yadımdan çıxıb, gedim pulu gətirim, – deyə dükançıdan ayrıldı.
Ayaqları dalınca gəlmirdi. Azad evdə ac idi, əynində gəzdirdiyi matəm paltarından başqa satmağa bir şeyi də qalmamışdı. Hiss etmədən, getdiyini bilmədən gəlib Laləzara çıxdı. Küçə bomboş idi. Dükan diblərindəki dilənçilərin yanından tez keçdi. Su arxına dolmuş bir neçə xırda uşaq gördü. Onlar dilənçi uşaqları idi. Ona elə gəldi ki, Azad da bu yurdsuzların içindədir. Ürəyi dağılacaq hara gəldi. Yox, onun üçün hər şeyə dözmək lazımdır! Təkcə onu böyütmək, onu yaşatmaq, sonra bütün əzabları unutmaq olardı. Yanından, çəpəki olaraq dönüb ona baxan bir ağa keçdi. Varlı adama oxşayırdı.
Kişi ayaq saxladı. Dönüb həyasız bir gülüşlə ona baxdı və ovcundakı əzik, çirkli pulu göstərdi:
– Xanım, ikicə tümənim var... Gedək! – Xavərə sanki bir sillə vurdular. Başına bir qazan su tökdülər. Azad da, aclıq da yadından çıxdı.
– Bişərəf! – deyib kişinin üzünə tüpürdü və qayıdıb qaçdı. Bəli, dəli kimi qaçdı. Nəfəs almadan, ayaq saxlamadan qaçıb evə gəldi. Doğrudan da, Azad həyət qapısında oturub onu gözləyirdi.
Bu uşaq bütün xasiyyəti ilə Kərimxana oxşamışdı. O, azdanışan, sakit və dözümlü idi. Heç vaxt şikayət etməz, özünü qəribə bir qürurla saxlardı. Aclıq onu əldən saldığı halda, bir kəlmə ağzını açıb, “çörək” deməzdi. Buna görə də Xavər onun qeyri-ixtiyari əllərinə dikilmiş baxışlarını gördükdə özünü saxlaya bilmədi, gözlərindən yaş axa-axa onu duz kimi yaladı:
– Dükan bağlıdır, gülüm, dükan bağlıdır, bir az oyna, alacağam.
Uşaq heç bir söz deməyib, bikef dayandı. Sonra anasına baxdı. Uşaqlara məxsus bir həvəslə danışmağa başladı.
– Ana, niyə ağlayırsan? Atamı könlün istəyir? Mənim də könlüm istəyir. Bəs niyə gəlmir, ana? Sən həmişə deyirsən ki, iki aydan sonra gələcək. Bəs iki ay olmadı? Yaz, qoy tez gəlsin. O gələndə çörəyimiz çox olur. Ətimiz də olurdu. Yadındadırmı, atam mənə yemiş də alardı... Yaz, gəlsin. Könlüm istəyir.
– Yazacağam, gülüm, yazacağam. Al şəklinə bax, özü də gələcəkdir.
Xavər taxçanın dalında gizlətdiyi şəkli gətirib uşağa verdi. Bu, Fridunla Kərimxanın bir yerdə çəkdirdiyi şəkil idi. Azad onlara baxır, müxtəlif suallar verərək danışırdı. Sanki aclıq yadından çıxmışdı. Bu, Xavəri sevindirirdi. Lakin gələcək fikri, axşam, sabah, səhər, günorta fikri başından çıxmırdı. Bir kabus kimi gözünün qabağında dolanır və ürəyini titrədirdi.
Qapının səsi onu gələcək qorxusu və çörək dərdinin doğurduğu iztirablardan ayırdı. “Kimsən?” – deyə soruşduqda küçədən bir səs eşitdi:
– Aç, bacı, qorxma... aç!
“İlahi, indi Fridundan bir xəbər çıxa!” – deyə ürək döyüntüsü ilə qapını açdı. Sağrısını ət basmış, dodaqları qırmızı bir xanım, arxasınca da ortaboylu, nazikbelli, mehriban və alagözlü bir qız içəri girdi. Onun xoş və gülər üzü, xeyir xəbər gətirdiklərini söyləyirdi. Əlbəttə, mələk kimi gözəl və pak bir xanım pis xəbər gətirməzdi. Gərək onun ayağı yüngül, uğurlu açıq olaydı. Yaradan da bilir nə yaradır. Xeyrin üzü həmişə ağ və gözəl olar. O, şərdir ki, paxıllığından qapqara qaralıb yanır!.. Qızların üstbaşına nəzər saldı, əndamlı xanım xalata oxşar, qırmızı güllü, sarı paltar geymişdi. Ayağında zərif corab və qırmızı haşiyəli ağ yay ayaqqabısı vardı. Özünə rövnəq vermiş, bəzənib-düzənmişdi. İkinci, nazikbelli, alagözlü qız isə kasıb qızına məxsus köhnə çit paltarda idi. Xavər onu əndamlı xanımın kənizi güman etdi. Onların hərəkətlərindən də tamamən bir-birinə zidd iki məxluq olduqları dərhal gözə çarpırdı. Kök və əndamlı xanımın baxışlarından nə isə həyasızlığa oxşar bir cəsarət tökülürdü. Qulluqçuya oxşayan qızın simasında isə qüssə ilə qarışmış qəribə bir ismət və həya vardı. Onun boğazdan aşağı, bir qarış qədər açıq sinəsi köhnə çit paltarın altında ağarırdı. Qara saçlarını səliqə ilə daramış və çiyninə tökmüşdü. Yaşı on doqquz, iyirmidən artıq olmasa da, baxışlarında, dünyada çox yaşamış və çox dərd çəkmiş adamların kədəri vardı. Ala-tala buludlar yaz səmasına yaraşan kimi, bu kədər onun ala gözlərinə yaraşır, onları qəribə bir mehribanlıqla doldururdu. Bu, Gülnaz idi. Onun oyatdığı bu xoş təsir altında Xavər gülümsəyirdi. Onları içəri dəvət etdi. Otağında oturmağa layiq bir yer olmadığını düşündükdə təəssüfləndi, irəli qaçıb, balaca pəncərənin yerliyini sildi və qəzet döşədi. Hələ susmayan ürək döyüntüsü ilə:
– Buyurun, əyləşin, xanımlar, – dedi.
Hər ikisi təşəkkür edərək, yanını pəncərənin qırağına qoydu. Xavər əndamlı xanımın hərəkət və danışıqlarında süni zahiri bir təkəbbür duyduqda Gülnaza daha artıq meyl göstərməyə başladı.
Birdən-birə ürəyinə yatmış bu qız heyran-heyran baxır, gözünü ondan çəkə bilmirdi. Sanki ikinci, əndamlı xanımı tamamilə unutmuşdu. Yalnız o: – Püff, nə kasıb, nə yaraşıqsız daxmadır! – deyib dodağını büzdükdə özünü Xavərin yadına salmış oldu. Xavər ona baxıb nə isə demək istədi. Lakin özünü saxladı. Bir də evə nəzər saldı. Gülnaz köksünü ötürərək:
– Axır günlər bizim də evimiz belə idi, – dedi, – əl silməyə bir cındır da qalmamışdı. Elə beləcə idi.
Onun bu sözləri ilk görüşdəcə Xavərin qəlbində baş qaldırmış məhəbbəti artırdı. Eyni zamanda ona ürəyi yandı. Qızı pis xatirələrdən uzaqlaşdırmaq istədi:
– Allaha şükür, görünür, indi hər şeyiniz vardır!
Gülnaz eyni duru və riyasız gözlərini ani olaraq onun gözlərinə dikdi və tez çəkdi. Xavər oradakı kədər və qüssənin qatılaşdığını gördü.
Qız gülümsədi. Xavərə elə gəldi ki, bu təbəssümdə sevincdən çox göz yaşı və kədər vardır. Əndamlı xanım irəli yeridi.
– Bəli, hər şeyimiz vardır!..
– Allah, həmişə var eləsin. Bir də pis gün görməyəsiniz...
Əndamlı xanım əllərini yoğun sağrısının üstünə qoydu və otaqda gəzindi:
– İstəsəniz sizin də olar.
Xavər təəccüb etdi:
– Haradan olacaq, bacı, – dedi, – mən çox bədbəxt bir adamam.
– Mən səndən də bədbəxt idim, amma oldu.
– Görünür, sənin adamın var, əl tutanın, dalında duranın var. Mənim kimim var. Dünyada o körpədən başqa, heç kimsəm yoxdur.
– Mən də sənin kimi düşünürdüm. Amma sonra gördüm ki, yox, dalımda duranım var.
O kimdir, ay bacı, hanı indi adamın pis günündə əlindən tutan?
Xanım gəlib Xavərin qabağında dayandı. Güzgüdə özünə sığal verər kimi, əlini tellərinə çəkdi, belini düzəltdi, bütün vücudunu irəli verdi:
– Sən də cavansan, – dedi, – istəsən sənin də hər şeyin olar!
Xavər həyasından başını aşağı saldı. Pəncərədə oturmuş Gülnaz da başını aşağı salmışdı. Əndamlı xanım isə danışırdı.
– Bizim taleyimiz belədir. Bacı, razı olmasaq da aparacaqlar, olsaq da. İndi ki, pulumuz yoxdur, adamımız yoxdur, gərək gözəlliyimizdən istifadə edək. Allahın bizə verdiyi dövlət budur. Bəs neyləsin o yazıqlar ki, nə pulu var, nə adamı var, nə də xoş üzü. O getsin acından ölsün, dilənsin. Bizə isə Allah rəhm edib. Bəxtimizi yazanda yazığı gəlib, heç olmazsa bu gözəlliyi verib ki, özümüzü dolandıra bilək, acından küçələrə düşməyək. Nə qədər vaxt var, fürsəti əldən vermə. Çünki bu da keçəcək. Elə ki, üz qırışdı, elə ki, bunlar (o, yanaqlarını göstərdi) saraldı, onda heç üzümüzə də baxan olmayacaq. Bir şey qazan, yığ ki, qocalanda it kimi küçələrdə acından ölməyəsən.
Xavər başıaşağı qulaq açır və düşünürdü. Nə üçün bunlar belə yolla gedirlər. Özlərini saxlamırlar?.. Bu fikir başında hərləndikcə qonağa cavab vermədən qeyri-ixtiyari olaraq ağlayırdı. Əndamlı xanımın təklifini düşündükdə az qaldı qolundan tutub çölə ata... Sanki böyük və müqəddəs bir şeylə, həyatın mənasını, bütün yaşayışın canını təşkil edən bir şeylə vidalaşdı. Yox, ayağının altından yer qaçır, üstündə durduğu körpü uçulur və sonsuz, nəhayəti görünməyən bir uçurum onu ağuşuna alırdı. Bu zaman titrəyən çiyinlərində bir əl hiss edib döndü. Bu, Azad idi. Sol əlini anasının çiyninə qoymuşdu:
Kitabxana.az · https://kitabxana.az/en/works/mirze-ibrahimov-gelecek-gun-iyirmi-dorduncu-fesil
Use ← → keys to move, R for a random poem
More by this author
Tehrandan şimala, Azərbaycana doğru uzanıb gələn və çöllərdən, çoxlu kəndlərdən keçən daş yolun qırağındakı çayxanada qeyri-adi bir canlılıq vardı. Çayçı qollarını çırmayıb, yenicə kosdiyi toyuqları pöşləyərək, tükünü yolur, tüstüləyən ocağa odun atır, on üç-on dörd yaşlı oğlan uşağına “samovarın odunu artır, əlimə bir stəkan su tök” kimi əmrlər verirdi. Ocağın üstündə sədri düyüsüylə dolu, yanları his bağlamış böyük bir qazan qaynayırdı. Qazanın ağzından çıxan buğ və düyü iyi ətrafa yayılırdı. Ay qaranlığı başlamışdı. Kələ-kötür ocaq daşlarının arasından siyrilən qırmızı dilli alov gecənin qaranlığını yararaq, nəhayətsiz səhrada itirdi. Ara-sıra bu işıq sütunu sanki dairəvi bir şüaya rast gələrək sınırdı. Bu zaman ocaqdan əlli-altmış addım aralıda bir cüt göz ani olaraq müstəsna bir parlaqlıqla işıldayaraq, yenə qaranlıqda qeyb olurdu. Bu, ət iyi duyaraq çayxananın dalında, yolun kənarında vurnuxan çaqqal gözləri idi. Əllərinə heç bir şey keçməyən çaqqalar hərdənbir ulaşırdılar. Buralarda səhraların əbədi görünən sükutunu pozacaq başqa bir səs, başqa bir hərəkət yox idi. Səhraların bu əsrarəngiz sükutuna adət etmiş çayçı heç şeyə fikir vermir, böyük bir səylə qonaqlara çay və xörək hazırlayırdı. O, nə başının üstündəki mavi göylərə səpələnmiş parlaq ulduzlara, nə ucsuz-bucaqsız çöllərə. nə də təlaşla o yan-bu yana qaçan çaqqallara baxırdı. O, çayxananın yeknəsəq sakit və ölgün bir adiliklə damğalanmış həyatına hərəkət və canlılıq gətirmiş müsafirləri razı salmağa çalışırdı. Qəlbində də insanla ünsiyyətdən doğmuş bir sevinc vardı. Çünki hər gün, ilk axşamdan başlayaraq, buralarda həyat ölərdi. Nə bir gələn, nə bir gedən olardı. Nüdrətən keçən maşınlar da burada dayanmazdılar. Gün batıb, qaranlıq qovuşan kimi o, çayxananın qapısını bağlayıb, mitil yorğanına bürünərək yatardı. Ya çaqqalların ulaşmasına qulaq asardı, ya da mövcudiyyətinə inandığı gözəgörünməz qorxunc ruhlar təsəvvürlərində canlandıraraq, yuxuya gedərdi. Yalnız səhər erkən karvanlar buraya gəlib çatanda o, vahiməli və qorxunc yuxulardan ayılar, samovara od salar, çayxananın ətrafını süpürər, sarbanlara çay verərdi. Gün batana qədər adi və yeknəsəq bir həyat davam edərdi. Gün batdıqdan sonra isə bütün əbədi sükut və hərəkətsizlik içərisində qərq olub gedərdi. Heç şeydə həyat və yaşayış əlaməti qalmazdı. O, yenə mitil yorğanına bürünüb yatar, yenə çaqqalların səsinə qulaq asar, yenə qorxunc ruhları təsəvvüründə canlandıraraq, ağır yuxulara dalardı. Hər gün beləcə!Bu gün isə qeyri-adi gün idi. Bu gün axşamdan çox keçməmiş dörd nəfər müsafir qara bir maşında buraya gəlmişdi. Gecə qalacaqlarını deyib, yaxşıca yemək hazırlamağı əmr etmişdilər. Onlardan biri nizami paltarda idi. Yoldaşları ona ağayi sərtib¹ deyə müraciət edirdilər. Sərtib çayçıya:
Üçüncü fəsilTehranın böyük və mərkəzi küçələrindən sayılan və sonra Rza xan tərəfindən adı dəyişilərək, Xiyabani Şah adlanan İstambuli küçəsi adamla qaynaşırdı. Səkilər və mağazaların yanları yorulmadan qışqırıb malını tərifləyən xırda alverçilər və müxtəlif çeşidli adamlarla dolu idi. Daş döşəməli küçədə isə faytonlarla yanaşı hər cür minik və yük maşınları arasıkəsilmədən o tərəf-bu tərəfə hərəkət edirdi. Əsrlərdən bəri davam edib gələn bir adət üzrə faytonçular atların boynuna bəzəkli qotazlar asmış, onları bəzəmişdilər. “Ağa, mənə bir çörək pulu!”, “Ay ürəyi yanan, burdan gəl!”, “Əla Amerika corabı”, “Son cahan xəbərləri!”, “Göbbelsin yeni nitqi” – deyib qışqıran dilənçi, su satan, xırdavatçı və qəzetçilərin səsindən qulaq tutulurdu. Ticarət və şəhər həyatının qızışan zamanı idi. Hikmət İsfahani ətli və böyük vücudunu qəribə bir yüngüllüklə irəli verərək, sanki bu səsləri eşitmədən yeriyirdi. Kənarları sarı haşiyəli cib dəsmalı ilə mütəmadiyən çənəsindən, alnından və boynundan süzülən tər damlalarını silirdi. Əynində nazik mil-mil parçadan tikilmiş kostyum vardı. Başına, onu bir mülkədar və tacirdən daha artıq avropalı səyyaha oxşadan panama qoymuş, gözünə qara rəngli eynək taxmışdı. Yeridikcə əlindəki əsanı qürurla və müstəqil bir hərəkətlə qaldırıb endirirdi. Onu şəxsən tanımayanlar belə ciddi və heybətli zahirini görən kimi yana çəkilərək, baş əyən tanışları panamasını azca qaldırmaqla salamlayır və eyni mütəkəbbir, yavaş və etinasız addımlarla ötüb keçirdi. Sola burulub, ayağını balaca bir qapının birinci pilləsinə qoyduqda adəti üzrə iti bir hərəkətlə əlini gözünün qabağına gətirdi və qolundakı qızıl zəncirli “Omeqa” saatına baxdı. Qan qızaran dodaqlarında özündən razılıq andıran xəfif bir təbəssüm göründü: saat ona on beş dəqiqə işləmişdi. On il ərzində o hər dəfə eyni saat və eyni dəqiqədə ayağını bu pilləyə qoyardı. Hələ bir dəqiqə gecikdiyi və ya tez gəldiyi olmamışdı. Kərpic pillələri çıxıb, dar bir dəhlizə və oradan pəncərələri geniş və güllüçiçəkli həyətə açılan böyük bir otağa keçdi. Xidmətçi baş əyib, qapını açdı və onu içəri buraxdı. O, pencəyini çıxarıb oturdu, üzünü yelləyib tərini sildikdən sonra Kürd Əhmədi çağırmağı əmr etdi və xidmətçinin gətirdiyi bir dəstə qəzet və məcmuəni bir-bir çevirməyə başladı. Gözləri 25 iyun tarixli “İttilaat”ın “Cahan xəbərləri” şöbəsində ilişib qaldı. Burada o, almanların Polşa sərhədlərində və Dansik ətrafında yaratdığı əndişəli vəziyyət haqqındakı xəbərləri nəzərdən keçirdikdən sonra, Göbbelsin nitqini oxumağa başladı. Azca keçməmiş Kürd Əhməd dik başını şax tutaraq, içəri girdi. Hikmət İsfahani ona yer göstərdi:– Əyləşin, ağayi-mən, – dedi, əyləşin və Göbbelsin tələblərinə qulaq asın!
Dördüncü fəsilFridun həyatının yeni bir dövrü, məlum olmayan mübarizələr, iztirablar, həyəcanlar dövrü başladığını hiss edirdi. O, artıq qanundan xaric, adi vətəndaşlıq hüquqlarından məhrum bir adam idi. Yeni mühit, dövlət və məmləkət qanunları əbədi olaraq başının üstündə asılmış bir qılınc kimi idi. O, həyatın qeyri-müəyyən və dolaşıq yollarında daima özünü bu qılıncdan gözləməli, boynunu onun ağzına verməməli idi. Bəzən ona elə gəlirdi ki, kənd əmniyyəsinin əlindən qaçmayıb, məhkəmə qarşısında dursaydı, vəziyyəti bu qədər ağır olmazdı. O, özünü müdafiə edərdi. Ərbabın ədalətsizliyi və insafdan xaric hərəkətini hakimlərə açıb söylərdi. Bir tikə çörəyə möhtac olan kəndlilərin ağır və dözülməz həyatını təsvir edərdi, hakimlərin ürəyini yumşaldar, mərhəmətə gətirərdi... Daha dərinlərdə baş qaldıran bir duyğu orada haqq və ədalət vardımı?.. Hakimlər Hikmət İsfahani və mübaşir Məmmədləri qoruyub, onun dəlillərinə qulaq asacaqdılarmı? Yox, qaçmaqdan başqa yol yox idi. Diri-diri boğazını kəndirə keçirmək axmaqlıq olmazdımı? Ancaq şüursuz, hüququnu qanmayan, qorxaq bir adam qanun adına öz taleyini bu alçaq əmniyyətlərin əlinə verə bilər! Onsuz da məmləkətdə hər alçaqlığa dözən, hər təhqirə boyun əyən müti və məzlum bədbəxtlər az idimi?Yox, geriyə yol kəsilmişdi. Onun həyatı nə isə öz hüdudlarını dağıtmış bir çay kimi idi. İndi o başqa məcra ilə axmalı idi. Lakin bu necə məcra idi, hara gedirdi? Onu haralara aparıb çıxaracaqdı, bilmirdi.
Beşinci fəsilİlk zamanlar Fridun gözləyirdi ki, Kürd Əhməd gəlib ona bir iş düzəldəcək, bir yol göstərəcəkdir. Lakin günlər keçir. Kürd Əhməddən heç bir xəbər çıxmırdı. İki dəfə də həmin ünvana getmiş, hələ Kürd Əhmədin qayıtmadığın öyrənmişdi. Nəhayət, “xalqın boğazına suvaşmaq nəyə gərəkdir” deyib, öz-özünə bir çarə düşünməyə başladı. Darülfünunda hələ dərslərin başlanmasına iki ay qalırdı. Ora daxil ola bilsə belə yenə əlini bir işə çatdırmalı idi. İşsiz nə yaşamaq, nə də oxumaq mümkün idi. Tezliklə özünə bir iş tapmasa saatdan aldığı pul da qurtaracaqdı. O zaman istər-istəməz Sərxangilin boynuna düşəcəkdi. Əlbəttə, buna yol vermək olmazdı. Bir gün belə onların hesabına yaşadığını təsəvvür etdikdə öz-özünə artıq və yaramaz bir şey kimi görünürdü. Lakin Tehranda o özünə necə bir iş tapa bilərdi? Təbrizdə olduğu kimi, ibtidai məktəbdə müəllimlik yeri alsa, yaxşı olardı. Lakin buna ümid az idi. Tehranda ali təhsilli adamların belə işsiz gəzdiyini bilirdi. Halbuki, onun məlumatı orta təhsil həcmində idi. Buna baxmayaraq, evdən çıxdıqda birinci olaraq maarif vəzarətinə getdi və vəzarətin qapılarında oturub söhbət edən, gəzişən, tez-tez girib-çıxan çoxlu müəllim gördü. Onların qeydkeş simaları, bir-birilə olan qırıqkəsik söhbətləri iş dalınca gəldiklərini göstərirdi. Fridun içərisindəki həyəcanı boğaraq, sakit bir görkəm almağa çalışıb, cavan bir müəllimə yaxınlaşdı, yeni təyinat almaq üçün kimə müraciət etmək lazım gəldiyini soruşdu, müəllim başdan-ayağa onu süzüb:– Təhsilin nədir? – deyə soruşdu.
Poems by other poets
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
VarOl gündən lənət olsun şeytana,Ondan ötrü çoxlu fitnə-feli var,
Yumruqlar çiçək açıbGözəl dünya, təbili çal,İtib getdi qara xəyal,