«------------» (iki dəfə öpmək)
Aşıq odur həm sevilə, həm sevə,Elin səadətin ay edə «------------».Səyin, səliqəsin diyarbədiyar,
Göstərə xidmətin ay edə «------------»
Kimə deyim, kimə yazım bu sanı,Kimdi bilən, kimdi sayan bu sanı,Ayaq torpağından ala busanı,Əslin, həqiqətin ay edə «------------».
Miskinli Vəliyəm hər birisinə,Gələn gedir, qalmır hər biri sinə,Məhəbbət oduna hər bir isinə,Sevə sədaqətin ay edə «------------».
Kitabxana.az · https://kitabxana.az/en/works/miskin-veli-iki-defe-opmek
Use ← → keys to move, R for a random poem