Cəhd eyləyən, var qazanan, ad alan,Əl atdı hər yana, nə qaldı-qaldı?Ləl axtaran, dəniz gəzən, ya dalan,Nə çıxartdı yana, nə qaldı-qaldı?

Saxlayacaq cəsədində sirri nə?Sin səsinin işarəsi, sirri nə?Kainatın çərxi nədi, sirri nə?Tarixini sana, nə qaldı-qaldı?

Cansız nədi, nədi candan ayrılar?Nə qarışar, nədi sandan ayrılar?Vəli getdi nədi yandan ayrılar?Həyatda nişanə nə qaldı-qaldı?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets